1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə53/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   49   50   51   52   53   54   55   56   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq hüquqla qadağan olunmayan əməllərə görə dövlətlərin məsuliyyəti.Yuxarıda ümumi prinip kimi qeyd etdi ki, dövlətlərin məsuliyyətinin yeganə faktik əsası beynəlxalq hüquq pozuntusudur. Lakin xüsusi sazişlərə dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə, onun beynəlxalq hüquqa zidd olmayan əməli nəticəsində başqa dövlətə (dövlətlərə) vurulmuş zərəri ödəmək vəzifəsi qoyula bilər. Beynəlxalq müqavilələrdə belə məsuliyyət, əsas etibarilə, yüksək təhlükə mənbəyi olan fəaliyyət növləri ilə əlaqədar (məsələn, kosmik fəaliyyət, atom enerjisindən istifadə və s.) nəzərdə tutulur.

Göstərilən hallarda dövlət mütləq məsuliyyət daşıyır: dövlətin əməli nəticəsində, - bu
əməl həmin dövlətin beynəlxalq öhdəliklərinə uyğun olsa da, - əgər başqa dövlətlərə zərər dəymişsə, o, bu zərəri ödəməyə borcludur. Məsələn, Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyasının 11-ci maddəsində dövlətlərin mütləq məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, kosmik obyekri buraxan dövlət bu obyektə
“yerin səthində və ya uçuşda olan hava gəmisinə vurulan zərərin müqabilində kompensasiya ödəməyə görə mütləq məsuliyyət daşıyır”.
Beynəlxalq-hüquqi məsuliyyətin bu xüsusi növü, qeyd edildiyi kimi, yalnız müqavilə hüququna söykənir və hər hansı bir müqavilədə nəzərdə tutulmuş bütün digər hallara tətbiq oluna bilməz.

  1. Beynəlxalq təşkilatların məsuliyyəti. Bir sıra mövcud beynəlxalq müqavilələrdə beynəlxalq təşkilatların məsuliyyəti haqqında müvafiq müddəalar təsbit olunmuşdur.

Beynəlxalq təşkilatların məsuliyyəti onların orqanlarının və ya vəzifəli şəxslərinin əməlləri nəticəsində dövlətlərə, digər beynəlxalq təşkilatlara və fiziki şəxslərə vutulan zərərə görə ortaya çıxır.
Beynəlxalq təşkilat həm maddi, həm də qeyri-maddi məsuliyyət daşıya bilər.
Maddi
məsuliyyətə gəlincə, beynəlxalq təşkilatlarin vəsaiti üzv-dövlətlərin üzvlük haqqından təşkil olunduğundan, ödənilməli olan pul məbləği, əsasən, beynəlxalq təşkilat ilə üzv-dövlətlər arasında bölünür.



Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə