1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq-hüquqi məsuliyyətin həyata keçirilməsi



Yüklə 391,8 Kb.
səhifə52/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   48   49   50   51   52   53   54   55   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq-hüquqi məsuliyyətin həyata keçirilməsi.Delikvent dövlət başqa dövlətə (dövlətlərə) vurduğu zərəri könüllü ödəməklə, öz beynəlxalq-hüquqi məsuliyyətini həyata keçirmiş olur. Əgər o, hüquqa zidd əməlinin davam etdirərsə və ya bu əməl nəticəsində dəymiş zərəri ödəməkdən boyun qaçırarsa, onda onun beynəlxalq məsuliyyətini həyata keçirmək üçün zərərçəkmiş dövlət (dövlətlər) məcburiyyət vasitələrinə - əks tədbirlərə (sanksiyalara) əl atmaq hüququ qazanır. Əks tədbirlər (countermeasures) – hər hansı dövlətin beynəlxalq hüquqa zidd əməli müqabilində zərərçəkmiş dövlət (və ya səlahiyyətli beynəlxalq təşkilat) tərəfindən tətbiq olunan cavab tədbirləridir. Əks tədbirlərə aşağıdakı misalları göstərmək olar: embarqo; boykot; müqavilənin digər iştirakçı dövlət tərəfindən pozulmasına cavab olaraq həmin müqaviləyə birtərəfli qaydada xitam verilməsi və s.)

Əks tədbirlər beynəlxalq-hüquqi məsuliyyətin forması deyildir (ədəbiyyatda əks fikirlər çoxdur). O, məsuliyyətin həyata keçirməsini təmin etməli olan xüsusi tədbirlərdir. Məsuliyyət və əks tədbirlər, əsas etibarilə, onunla fərqlənir ki, məsuliyyət əgər hüquq pozuntusunu törətmiş dövlətin hərəkətidirsə, əks tədbirlər isə zərərçəkmiş dövlətin hərəkətidir; ikincisi, məsuliyyət – delikvent dövlətin üzərinə qoyulan vəzifədir və o, bu vəzifəni mütləq yerinə yetirməlidir; əks tədbirlər isə - zərərçəkmiş dövlətin hüququdur və, deməli, o, bu tədbirlərə əl atmaya da bilər.
Əks tədbirlər özü-özlüyündə “beynəlxalq hüquq pozuntusudur”, çünki belə bir tədbirə əl atmaqla, dövlət delikvent dövlət qarşısında əvvəllər öz üzərinə götürdüyü beynəlxalq öhdəliyini pozmuş olur. Əslində isə, başqa dövlətin beynəlxalq hüquqa zidd əməlinə proporsional cavab olduğundan, əks tədbir hüquqauyğun xaraqter alır. Yuxarıda göstərdiyimiz kimi, əks tədbirlər məsuliyyəti aradan qaldıran hallardan biridir. Belə ki, beynəlxalq hüquqda başqa bir məcburiyyət tədbiri sayılan retorsiyadan əks tədbir onunla fərqlənir ki, retorsiya təkcə beynəlxalq hüquq pozuntusuna görə tətbiq olunmur və, ən başlıcası, bu zaman belə bir tədbirə əl atan dövlət heç bir konkret öhdəliyini pozmur. Retorsiya, əsas etibarilə, digər dövlətin qeyri-dost hərəkətlərinə cavab olaraq tətbiq edilir. Bu tədbirlər beynəlxalq hüquqla qorunmayan hüquqların məhdudlaşdırılmasına (pozulmasına) yönəlmişdir; məsələn, gömrük rüsumlarının qaldırılması, idxalın azaldılması, həmin dövlətdəki səfirin geri çağrılması və s.).
Əks tədbirlər cəza deyildir. Onların kokret məqsədi vardır və bu məqsəd əldə olunan kimi əks tədbirlər dayandırılmalıdır.
Əks tədbirlər beynəlxalq hüquqla müəyyən olunmuş şərtlər çərçivəsində tətbiq olunur.
Birincisi, bu tədbirlər yalnız hüquqa zidd əməlin dayandırılması və ya dəymiş zərərin ödənilməsi barədə ilkin tələbdən sonra tətbiq edilə bilər. Bu yönümdə ortaya çıxan problemləri, ən əsası, zərərin ödənilməsini problemin həll etmək üçün əvvəlcə zərərçəkmiş dövlət delikvent dövlətlə danışığa girməli və ya digər dinc nizamasalma vasitəsinə əl atmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız bu
vasitələr bir nəticə vermədikdə, yəni irəli sürülmüş müvafiq iddialar rədd edildikdən sonra zərərçəkmiş dövlət əks tədbirlərə əl ata bilər.
İkincisi, əks tədbirlərin intensivliyi və miqyası törədilmiş hüquq pozuntusunun ciddiliyinə və vurulmuş zərərin xaraqterinə uyğun olmalıdır.
Üçüncüsü, əks tədbirlər tətbiq edilən zaman müəyyən qadağalara əməl olunmalıdır. Belə ki: əks tədbirlər: a) güclə hədələməyə və ya güc tətbiqinə əsaslanmamalıdır (bu qadağa fərdi əks tədbirlərə şamil olunur); b) beynəlxalq hüququn ümumi imperativ normalarından irəli gələn hüquqları pozmamalıdır; c) dövlətin ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhlükə altına atmamalıdır; ç) əsas insan hüquqlarına və diplomatik və konsul agentlərinin toxunulmazlığına xələl gətirməməlidir.
Əks tədbirlər iki cür olur: 1) fərdi tətbirlər və 2) kollektiv tədbirlər (beynəlxalq təşkilatlar çərçivəsində). Kollektiv tədbirlərə aşağıdakıları misal göstərmək olar: dövlətin təşkilatda üzvülüyünün dayandırılması; dövlətin təşkilatdan çıxarılması, kollektiv silahlı tədbirlər və s.).


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə