1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyUir



Yüklə 93,38 Kb.
səhifə11/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   7   8   9   10   11   12   13   14   ...   43
Huquq 75

Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyUir.

Beynəlxalq müqavilolər hüququ sahəsində hazırda iki əsas akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) Dövlətlər və beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası.

Əslində bu iki Konvensiyadan yalnız birincisi beynəlxalq müqavilələr hüququnun mənbəyi sayıla bilər, çünki ikinci Konvensiya hələ qüvvəyə minməmişdir.
Beynəlxalq müqavilənin məcburiliyinə hər hansı yolla razılıq verərkən dövlət (və ya beynəlxalq təşkilat) bəyan edə bilər ki, müqavilənin hər hansı müddəasını qəbul etmək istəmir. Belə bir bəyanat vasitəsilə dövlət həmin müddəanı ya ümumiyyətlə qəbul etmir, ya da onun məzmununu özü üçün dəyişdirir. Buna beynəlxalq müqavUələr hüququnda qeyd-şərt deyir.

Qeyd-şərt yazılı formada olmalı və müqavilənin iştirakçısı olan bütün digər dövlətlərin diqqətinə çatdırılmalıdır.

Qeyd-şərt ilə razı olmayan dövlət müqavilədə göstərilmiş müddətdən gec olmayaraq buna yazılı formada etiraz edə bilər. Lakin belə bir etirazın edilməsi bu dövlətlə qeyd-şəıti etmiş dövlət arasmda müqavilənin qüvvəyə minməsinə maneə yaratmır. Bu iki dövlət arasmda yalnız qeyd-şərtin aid olduğu müddəa qüvvəyə minmir. Bummia belə, qeyd-şərtə etiraz edən dövlət bəyan edə bilər ki, müqavilə bütövlükdə iki müvafiq dövlətin arasında qüvvəyə minməyəcəkdir.

Qcyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə, geri götürülə bilər.

Müqaviləni imzalayarkən, ratifikasiya edərkən və s. dövlətlər bəzən bu və ya digər müddəanın necə başa düşülməsi və ya onun əhəmiyyəti ilə bağlı bəyanatlar verirlər; bunlar qeyd-şərtlərdən fərqləndirilməlidir. Belə ki, bu cür bəyanatlar müqavilənin hər hansı müddəasını dəyişdinnir və ya onu aradan götürmür.
17.Beynəlxalq təşkilatlar hüququnun əsas cəhətləri.

Nəhayət, bu mövzu çərçivəsində daha bir məqamı da qeyd etmək istəyirik. Beynəlxalq hüquq elmində və habelə praktikada «müasir beynəlxalq hüquq» ifadəsinə tez-tez rast gəlmək olar. Bu ifadə təkcə zaman mənasında deyil, daha çox keyfiyyət baxımından işlədilir. Bu gün qüvvədə olan beynəlxalq hüquq klassik beynəlxalq hüquqdan keyfiyyətcə kəskin surətdə fərqlənir. Müasir beynəlxalq hüququn səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir: a) bu gün beynəlxalq hüquq təkcə sivil və xristian dövlətlərin deyil, bütün dünya birliyinin ümumi mənafeyini əks etdirən və beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün xüsusi mexanizmi olan normativ sistemə çevrilmişdir; b) müharibə və istənilən güc tətbiqi birmənalı şəkildə qadağan edilmişdir; c) əsas insan hüquq və azadlıqlanmn təmin edilməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir və bununla bağlı olaraq fərd müəyyən dərəcədə beynəlxalq-hüquqi subyektliyə yiyələnmişdir; ç) beynəlxalq normativ sistemdə jus cogens normalannm və erga omnes öhdəliklərinin (yəni bütün beynəlxalq birliyə qarşı olan öhdəliklərin) olması hamılıqla qəbul edilmişdir; d) beynəlxalq cinayətlərə (təcavüz, soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və b.) görə fiziki şəxslərin beynəlxalq məsuliyyəti institutu yaranmışdır.


18.BMT-nin ixtisaslaşmış təsisatları və onların statusu.

BMT-nin ixtisaslaşmış təsisatları - beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində (iqtisadi^ sosial, mədəni, təhsil, səhiyyə və s.) fəaliyyət həyata keçirən. Birləşmiş Millətlər Təşkilatı üə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlərarası təşkilatlardır.

İxtisaslaşmış təsisatların BMT ilə əlaqəsi BMT-nin əsas orqanlann- dan biri olan EKOSOK vasitəsilə həyata keçirilir. EKOSOK: ixtisaslaşmış təsisatlarla saziş bağlayır, məsləhətləşmələr aparmaq və tövsiyələr vermək yolu ilə ixtisaslaşmış təsisatlann fəaliyyətinin ümumi koordinasiyasini həyata keçirir, ixtisaslaşmış təsisatlardan, onlann fəaliyyəti haqqında və verdiyi tövsiyələrin iera olunması üçün görülmüş tədbirlər haqqında məruzələr alır; öz işində və ya yaratdığı komissiyalann işində iştirak etmək üçün ixtisaslaşmış təsisatlann nümayəndələrini dəvət edir.

Hazırda 17 ixtisaslaşmış təsisat mövcuddur. Onlan aşağıdakı qruplara ayırmaq olar:

a) sosial xarakterli təşkilatlar - Beynəlxalq Əmək Təşkilatı (ILO), Ümumdünya Səhiyyə Təşkilatı (WHO);

b) mədəni və humanitar xarakterli təşkilatlar - Təhsil, ehn və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı (UNESCO), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO);

c) iqtisadi təşkilat - Sənaye inkişafı üzrə Birləşmiş Millətlər Təşkilatı (UNIDO);


ç) maliyyə təşkilatları -- Beynəlxalq Valyuta Fondu (IMF), Beynəlxalq bərpa və inkişaf bankı (IBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFS), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD);

d) kənd təsərrüfatı sahəsində təşkilat ~ Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO);

e) nəqliyyat və rabitə sahəsində təşkilatlar - Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Beynəlxalq Dəniz Təşkilatı (IMO), Ümumdünya Poçt İttifaqı (UPU), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU);
ə) meteorologiya sahəsində təşkilat - Ümumdünya Meteorologiya Təşkilatı (WMO),

f) turizm sahəsində təşkilat - Ümumdünya Turizm Təşkilatı (UNWTO).


İxtisaslaşmış təsisatların tərkibinə BMT-nin üzvlərindən başqa digər dövlətlər də daxil ola bilər; lakin onlann üzvlüyə qəbul olunması üçün daha mürəkkəb mexanizm müəyyən olunmuşdur.

İxtisaslaşmış təsisatların əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: beynəlxalq əməkdaşlığın ayn-ayrı sahələri üzrə beynəlxalq konvensiya və reqlamentlərin işlənib hazırlanması; dövlətlərin bu sahədə fəaliyyətinin əlaqələndirilməsi; inkişaf etməkdə olan dövlətlərə texniki yardımın göstərilməsi; infonnasiya mübadiləsi və b.

19.Azərbaycan Respublikasının məhəlli təşkilatlarla (Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, GUAM timsalında) əməkdaşlığının beynəl­xalq hüquqi forma və üsulları

20.Ümumdünya Ticarət Təşkilatın beynəlxalq-hüquqi statusu: formalaşması və normativ bazası.

21.Beynəlxalq mübahisələrin dinc yolla həll edilməsinin üsul və vasitələri

Beynəlxalq hüququn əsas prinsiplərindən biri olan beynəlxalq mübahisələrin dinc yolla həll olunması prinsipinin normativ məzmununu və əhəmiyyətini yuxarıda biz geniş açıqlamışdıq. Göstərmişdik ki, aralarında ortaya çıxan mübahisələri nizamlamaq üçün dövlətlər onların ixtiyarında olan dinc vasitələrin hər hansı birindən istifadə edə bilərlər. Dinc vasitələrin tam olmayan siyahısı BMT Nizamnaməsinin 33-cü maddəsində öz əksini tapmışdır: danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə araşdırması, regional orqan və ya sazişlərə müraciət. Göstərilən siyahıya «xeyirxah xidmətlər» daxil edilməmişdir; «müayinə» termininin əvəzinə isə hazırda «araşdır- ma» («təhqiqat») işlədilir.

Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələrini iki növə ayırmaq olar:


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə