1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi



Yüklə 93,38 Kb.
səhifə8/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   4   5   6   7   8   9   10   11   ...   43
Huquq 75

L İnkorporasiya («daxiletmə»).

Bu zaman beynəlxalq hüquq normaları, onların məcburiliyi dövlət tərəfindən müvafiq qaydada tanındıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil edilir və milli hüquq normalan kimi tətbiq edilir. İnkorporasiya aşağıdakı qaydada formulə edilir: «beynəlxalq hüquq milli hüququn tərkib hissəsidin). Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycan Respublikasında bu üsuldan istifadə olunur.



2. Transformasiya («çevirmə»).

Bu halda beynəlxalq hüquq ipso facto milli hüququn hissəsi sayılmır. Beynəlxalq hüquq milli hüquqa ayrı-ayrı qanunvericilik aktları vasitəsilə daxil edilir (yəni beynəlxalq hüquq milli hüquqa «çevrilİD>, «transformasiya edilİD>). Deməli, beynəlxalq nonnanı milli hüquq sisteminə gətirən qanun verilməyibsə, milli məhkəmə həmin normanı heç cür tətbiq edə bilməz. Böyük Britaniyada, Skandinaviya ölkələrində, Tailandda və bir sıra digər dövlətlərdə transformasiya üsulu əsas götürülür.

9.Dövlət ərazisinin tərkibi və onun hüquqi təbiəti

Beynəlxalq hüquqda geniş mənada «ərazi» dedikdə, yer kürəsinin quru və su səthi, yerin təki, bütün hava məkanı, habelə kosmik fəza və orada yerləşən göy cisimləri başa düşülür.


Dövlət ərazisinin tərkibinə daxildir: a) quru ərazisi; b) daxili sular: c) ərazi suları; ç) quru ərazisinin, daxili suların və ərazi sularının təki; d) quru ərazisinin, daxili suların və ərazi sularının üzərində yerləşən hava məkanı.

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.

Dövlətin quru ərazisi onun sərhədləri çərçivəsində olan bütün quru hissəsidir. Buraya, təbii ki, adalar və anklavlar da daxildir.

Su ərazisinə, yuxarıda göstərildiyi kimi, daxili sular və ərazi suları aiddir. Daxili sular dedikdə, hər şeydən əvvəl dövlətin ərazisi daxilində olan, sahilləri həmin dövlətə məxsus olan çaylar, göllər, kanallar və digər su hövzələri başa düşülür. Bundan əlavə, Dəniz hüququ haqqında 1982-ci il Konvensiyasına görə, daxili sulara aşağıdakılar aiddir: a) ərazi sularının enini ölçmək üçün qəbul olunmuş düzünə başlanğıc xətlərdən sahilə doğru yerləşən dəniz suları; b) liman suları; c) sahilləri həmin dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan körfəzlərin sulan; ç) tarixi körfəzlər.

Bunlardan başqa, habelə dövlətə məxsus olan hava və dəniz gəmiləri (müvafiq olaraq «uçan» və «üzən» ərazi), kosmik obyektlər, sualtı boru və kabellər, açıq dənizdə şelf üzərindəki qurğular da dövlətin ərazisi sayılır. Bunlara bəzən «kvazi-dövlət ərazisi» və ya «şərti ərazi» deyilir.

Dövlət ərazisi təkcə onun öz ali hakimiyyətini həyata keçirdiyi məkan deyildir; o, həm də quru ərazisi, sular, hava məkanı, yerin təki və habelə təbii ehtiyatlar kimi ünsürlərdən ibarət olan təbii mühitdir. Bunlar hamısı dövlət ərazisinin maddi məzmununu təşkil edir.


Hor bir dövlət öz ərazi hüdiıdlannda öz ərazi üstünlüyünü həyata keçirir. Ərazi üstünlüyü o deməkdir ki:

a) dövlətin hakimiyyəti onun ərazisindəki bütün fiziki və hüquqi şəxslərə şamil edilir;

b) dövlətin hakimiyyəti üzərində başqa hakimiyyət ola bilməz: dövlətin ərazisində istənilən digər dövlətin və ya beynəlxalq təşkilatın hakimiyyəti istisna edilir;

c) dövlət öz ərazisindən heç bir halda, hətta ən ağır cinayətə görə zorla məhrum edilə bilməz: dövlətin sərhədləri pozulmaz və toxunulmazdır.


10.Vətəndaşlığın əldə edilməsi və itirilməsi qaydaları.
Vətəndaşlıq - fiziki şəxslə dövlət arasında, onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan möhkəm hüquqi əlaqədir.
Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 8-ci maddəsində deyilir: «Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikasının vətəndaşlığının xitamına səbəb olmur»
Vətəndaşlıq aşağıdakı üsullarla əldə edilə bilər:


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə