1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


) dövlətlərin BMT' Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi



Yüklə 93,38 Kb.
səhifə7/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   2   3   4   5   6   7   8   9   10   ...   43
Huquq 75

7) dövlətlərin BMT' Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi.

Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetinnək prinsipi beynəlxalq hüququn ən qədim prinsipidir.

Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipinin bütün beynəlxalq hüquq sisteminin fəaliyyəti üçün əhəmiyyəti danılmazdır.

6.Beynəlxalq təşkilatlar – Beynəlxalq hüququn subyekti kimi

Beynəlxalq təşkilatlar beynəlxalq hüququn törəmə subyektidir; onun beynəlxalq-hüquqi subyektliyi funksional xarkter daşıyır. Beynəlxalq təşkilatın aşağıdakı əlamətləri vardır:

a) müqavilə əsasında yaradılır;

b) müvafiq təşkilati struktura malikdir;

c) müəyyən məqsəd və vəzifələri vardır;

ç) beynəlxalq hüquq və öhdəliklərə malikdir.

Beləliklə, beynəlxalq təşkilat - müəyyən məqsədləri həyata keçirmək üçün beynəlxalq müqavilə əsasında yaradılmış, daimi fəaliyyət göstərən, müvafiq orqanlar sisteminə malik olan, üzv dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər birliyinə deyilir.Beynəlxalq təşkilatların aşağıdakı növləri vardır:

I - üzv dövlətlərin əhatə dairəsinə görə:

1) universal təşkilatlar (Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq

Əmək Təşkilatı, YUNESKO və b.).

2) regional təşkilatlar (Avropa Şurası, Afrika İttifaqı, Amerika

Dövlətləri Təşkilatı və b.).

II ~ malik olduqları səlahiyyətlərin həcminə və xarakterinə görə:

1) ümumi səlahiyyətə malik təşkilatlar (Birləşmiş Millətlər Təşkilatı,

ATƏT, Amerika Dövlətləri Təşkilatı və b.).

2) xüsusi səlahiyyətə malik təşkilatar (Ümumdünya Ticarət Təşkilatı,

Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və b.).

III - təşkilata daxil olma qaydasına görə:

1) açıq təşkilatlar (istənilən dövlət onların üzvü ola bilər)

2) qapalı təşkilatlar (bu təşkilatın üzvlüyünə qəbul təsisçi dövlətlərin

dəvəti ilə həyata keçirilir; məsələn, NATO)


7.Beynəlxalq hüquqda hüquq varisliyi institutunun mahiyyət və məz­mu­nu

Dövlətlərin varisliyi dedikdə, müəyyən beynəlxalq hüquq və vəzifələrin bir dövlətdən digərinə keçməsi başa düşülür.Dövlətlərin varisliyi məsələləri o zaman ortaya çıxır ki, müəyyən bir ərazi üzərində dövlət suverenliyi dəyişir. Bu məsələləri nizama salan normalar uzun müddət beynəlxalq adətlərdən ibarət olmuşdur. Hazırda bu normalar məcəllələşdirilmişdir. Dövlətlərin varisliyi sahəsində iki beynəlxalq konvensiya mövcuddur:

1. Müqaviləhrə münasibətdə dövlətlərin varisliyi haqqında 1978-ci il Vyana Konvensiyası (1996-cı il noyabrın 6-da qüvvəyə minmişdir).

2. Dövlət əmlakına, arxivlərinə və borclarına münasibətdə dövlətlərin varisliyi haqqında 1983-cü il Vyana Konvensiyası (hələ qüvvəyə minməmişdir).

Bu konvensiyaların məğzində duran əsas ideya ondan ibarətdir ki, dövlətlərin varisliyi ilə bağlı ortaya çıxan bütün məsələlər müvafiq dövlətlər - əvvəlki dövlətlə varis dövlət (dövlətlər) və ya varis dövlətlərin özləri arasında razılaşma yolu ilə həll olunur. Belə bir razılaşma mümkün olmadıqda isə, müvafiq tərəflər göstərilən konvensiyalarnın müddəalarına uyğun hərəkət etməlidirlər.Dövlətlərin varisliyi aşağıdıkı hallarda ortaya çıxır:

a) hər hansı bir ərazinin müstəmləkəlikdən azad olub müstəqil dövlət yaratması («yeni müstəqil dövlət»)

b) bir dövlətin bir neçə yeni dövlətə parçalanması;

c) bir neçə dövlətin bir dövlətdə birləşməsi;

ç) dövlət ərazisinin bir hissəsinin ayrılması və müstəqil dövlət yaratması;

d) hər hansı bir ərazinin bir dövlətə birləşməsi.

Dövlətlərin varisliyinin obyektləri aşağıdakılardır:

a) əvvəlki dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələr;

b) dövlət mülkiyyəti;

e) dövlət arxivləri;

ç) dövlət borelan
8.Beynəlxalq hüququn dövlət daxili hüquq sistemində implentasiyası
Beynəlxalq hüquq normalan daxili hüquq sistemlərinin «Vasi- təçiliyi» olmadan lazımi qaydada həyata keçirilə bilməz. Xüsusilə insan hüquqları, cinayətkarlann verilməsi, iqtisadi münasibətlər, regional inteqrasiya və bu kimi digər məsələləri tənzimləyən beynəlxalq hüquq müddəalannm implementasiyası, yəni həyata keçirilməsi, prinsip etibarilə, yalnız milli qanunvericinin və milli məhkəmənin «iştirakı» ilə mümkündür. Bu «iştirak»ın forma . ə metodlan müxtəlifdir və dövlətdən dövlətə fərqlənir: beynəlxalq hüquqda bununla bağlı vahid normativ sxem yuxdur. Beynəlxalq hüquq baxımından, dövlətin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri milli səviyyədə necə həyata keçirməsi və bütövlükdə beynəlxalq hüquqla milli hüququn qarşılıqlı münasibəti problemini necə həll etməsi, prinsip etibarilə, vacib deyildir. Vacib cəhət ondan ibarətdir ki - bu, əslində ümumi beynəlxalq hüququn imperativ tələbidir dövlətlər beynəlxalq hüquq normalanna əməl etsinlər və lazımi hallarda on- lann dövlətdaxili qüvvəsini təmin etsinlər. Təkrar edirik ki, bu tələbin yerinə yetirilməsinin forma və vasitələrinin seçilməsi hər bir dövlətin öz konstitusiya qanunvericiliyində və praktikasında müəyyən olunur.

Dövlətlərin konstitusiya praktikasından irəli gələrək, beynəlxalq hüquq normalarının dövlətdaxili implcmentasiyasınm iki əsas üsulunu göstərmək olar:




Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə