1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Terrorçuluqla beynəlxalq hüquqi mübarizə



Yüklə 93,38 Kb.
səhifə15/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   11   12   13   14   15   16   17   18   ...   43
Huquq 75

Terrorçuluqla beynəlxalq hüquqi mübarizə 



  1. Beynəlxalq hüquqda transmilli cinayətlər 

  1. Cinayət törətmiş şəxslərin verilməsi (eksdradisiya) 

Cinayətkarların verilməsi (ekstradisiya) institutu beynəlxalq cinayətlərin ayrı-ayrı növləri ilə mübarızəyə həsr olunmuş beynəlxalq sazişlərə, dövlətlər arasında xüsusi olaraq bağlanmış regional müqavilələrlə və ekstradisiya və ya cinayət işləri üzrə hüquqi yardım göstərilməsi haqqında ikitərəfli müqavilələrlə əsaslanır. 

Müasir beynəlxalq hüquqda ekstradisiya yalız artıq məhkum olnmuş və ya cinayətkar olduğu güman edilən, yeni cinatət törədilməsində ittiham edilən şəxslərə tətbiq olunur. Bir qayda olaraq, cinayətkarın verilməsini aşağıdakı dövlətlərdən hər hansı biri tələb edir; güman edilən cinayətkarın vətəndaşı olduğu dövlət; ərazisində cinayət törətmiş dövlət və yaxud cinayətdən zərər çəkmiş dövlət. 

Mövcud müqavilələrə əsasən, cinayətkarlar bu şərtlərlə verilə bilər; törədilmiş əməl ekstradisiya haqqında müqavilə ilə nəzərdə tutulmuşdur; əməl hər iki dövlətin cinayət qanunvericiliyi ilə bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır; verilən şəxs yalız həmi cinayətə görə mühakimə edilə bilər; əgər cinayətkarı verən dövlətin qanunvericiliyində ölüm cəzası nəzərdə tutulmursa, onda verilən şəxsə ölüm cəzası tətbiq edilə bilməz. 

Müəyyən hallarda şəxs başqa dövlətə verilmir: a) dövlətin öz vətəndaşları; b) siyasi cinayətlər haqqında işlər üzrə; c) cinayət, şəxsi vermək xahişi ünvanlanmış dövlətdə törədildikdə; ç) şəxs sığınacaq hüququ aldıqda və ya artıq həmin cinayətə görə cəza çəkmişsə və yaxud məhkəmə tərəfindən bəraət almışsa; d) qanunla müəyyən olunmuş müddət keçdikdə; 

e)cinayət işi xitam edildikdə; ə) verilən şəxsə işgəncə veriləcəyi təhlükəsi olduqda və s. 

 

Müvafiq dövlətlərarası sazişlərdə, bir qayda olaraq, cinayətkarların verilməsi proseduru müfəssəl təfsir olunur. 



Cinayət işləri üzrə hüquqi yardım,o cümlədən, cinayətkarların verilməsi sahəsində Azərbaycan Respublikası indiyə qədər 14 ikitərəfli saziş imzalamışdır (Rusiya, Gürcüstan, İran,Türkiyə, Bolqarıstan, Litva, Ukrayna və başqa dövlətlərlə). Göstərilən sahədə ölkəmizdə qəbul olunmuş iki – qanunun “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” 15 may 2001-ci il tarixli Qanunun və “Cinayət işlərinə dair hüquqi yardım haqqında” 29 iyul 2001-ci il tarixli Qanunun böyük əhəmiyyəti vardır. Hər iki Qanunun müddəaları Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda tətbiq edilir. 


  1. Yüklə 93,38 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə