1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti



Yüklə 93,38 Kb.
səhifə16/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
Huquq 75

Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti 

Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti prinsipi müasir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarından biridir. Ümumi beynəlxalq adət hüququnda, universal konvensiyalarda və beynəlxalq məhkəmə qərarlarında öz əksini tapmış bu prinsipin məzmunu ondan ibarətdir ki, hər hansı beynəlxalq cinayəti törətmiş və yaxud törədilməsində bu və ya digər şəkildə iştirak etmiş fiziki şəxs, cəmiyyətdə və dövlət aparatında tutduğu mövqeyindən asılı olmayaraq, həmin cinayət əməlinə görə məsuluyyət daşıyır. 

Beynəlxalq cinayətlərə görə fiziki şəxslrin cinayət məsuliyyəti birbaşa beynəlxalq hüquqla müəyyən olunur. Beynəlxalq fərdi cinayət məsuliyyəti, bu və ya digər əməlin milli qanunvericilikdə kriminallaşdırmaması faktından asılı olmayaraq yaranır. 

Beynəlxalq cinayətlərə görə dövlətin beynəlxalq məsuliyyəti və təqsirkar fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti arasında qarşılıqlı əlaqə belə bir ümumi prinsipə əsaslanır ki, fiziki şəxslərin məsuliytə cəlb olunması və cəzalandırılması həmin dövlətin beynəlxalq hüquq əsasında daşımalı olduğu məsuliyyətini istisna etmir. 


  1. Narkotik maddələrin hazırlanması, yayılması və tətbiq edilməsinə qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyalar 


  1. Yüklə 93,38 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə