1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Xəzər dənizinin beynəlxalq hüquqi statusu



Yüklə 93,38 Kb.
səhifə18/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   14   15   16   17   18   19   20   21   ...   43
Huquq 75

Xəzər dənizinin beynəlxalq hüquqi statusu 

Sovet İttifaqı dağıldıqdan sonra Xəzər dənizinin statusu, habelə onun dibi və orada olan təbii ehtiyatlar ilə bağlı mürəkkəb suallar ortaya çıxdı: bu ehtiyatlara bütün sahilyanı dövlətlər sahibdir, yoxsa onların arasında bərabər bölünməlidir, əgər bölünməlidirsə, onda bu, hansı əsasda həyata keçirilməlidir? 

Azərbaycan Respublikasının mövqeyi onun Konstitusiyasında birmənalı şəkildə elan olunmuşdur. Konstitusiyasının 11-ci maddəsinə görə, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. 



Qeyd edək kiXazar heç bir danizvya okeana çıxışı olmayan qapalı daxili daniz, daha doğrusu, göldür. SSRİ-nin dağılmasına qədər, yalız iki Xəzəryani dövlət var idi: İran və SSRİ. Problem burasındadır ki, Xəzərdə Sovet-İran sərhədləri heç bir vaxt müəyyən olunmamışdı. Məsələn, bu iki dövlət arasında 1954-cü ildə bağlanmış Sarhadlarin nizamlanması haqqında Müqavila Xəzərin hər iki tərəfdən sərhədi müəyyən edilir, lakin dənizin özündəki sərhədlə bağlı isə heç nə demirdi. Bundan əvvəl bağlanmış müqavilələrdə də dəniz sərhədi haqqında bir göstəriş yoxdur. 1940-cı il Sovet İran müqaviləsi (Ticarat vGamiçilik haqqında Müqavila) hər iki tərəf üçün “10 dəniz milli həddində öz sahil sularında müstəsna balıqtutma azadlığı” nəzərdə tuturdu. 1935-ci il və 1940-ci il Sovet-İran müqavilələrinə əlavə olunmuş nota mübadilələrində bəyan olunurdu ki, Xəzər “hər iki Hökumət tərəfindən Sovet və İran dənizi sayılır” (1035-ci il) və “tərəflər hesab edir ki, Xəzər İrana və Sovet İttifaqına məxsusdur” (1940-cı il). Bu və digər müqavilələr İran və SSRİ gəmilərinin Xəzər dənizinin hər bir yerində sərbəst və bərabər naviqasiya hüququnu nəzərdə tuturdu. Xəzərin “Sovet İttifaqına və İrana məxsus olmas

haqqında yuxarıda göstərdiyimiz müddəaların mənası ondan ibarət idi ki, heç bir üçüncü dövlət bura hər hansı bir hüquqa, o cümlədən naviqasiya hüququna malik deyildi. Qeyd edək ki, Sovet İttifaqı “qapalı dəniz” dotirinasının qızğın tərəfdari idi və o, bu doktirinanı Qara dənizə də şamil etməyə san atmışdı. İran Xəzərin qapalı dəniz olması ilə razılaşmışdı. Belə ki, Kontinental şelfin tədqiqi və istismarı haqqında 19 iyun 1953-cü il tarıxlı İran qanununda deyilirdi: “Xəzər dənizinə gəlincə, buraya beynəlxalq hüququn qapalı dənizlərə aid olan normaları şamil olunur”. 



  1. Yüklə 93,38 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə