1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Beynəlxalq hüquqi məsuliyyətin növləri və formaları



Yüklə 93,38 Kb.
səhifə23/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   19   20   21   22   23   24   25   26   ...   43
Huquq 75

46.Beynəlxalq hüquqi məsuliyyətin növləri və formaları

Beynəlxalq-hüquqi məsuliyyətin iki növü vardır: qeyri-maddi məsuliyyət (bəzən buna siyasi məsuliyyət də deyirlər) və maddi məsuliyyətZərərin xarakteri ilə (mənəvi və ya maddi zərər) məsuliyyətin növü arasında qəti uyğunluq yoxdur; belə ki, maddi zərər qeyri-maddi məsuliyyət də doğura bilər. Hər iki növ məsuliyyət müxtəlif formalarda ifadə oluna bilər. Beynəlxalq adət hüququnda tanınmış və BMT Beynəlxalq hüquq komissiyasının Layihəsində öz əksini tapmış bu formalar aşağıdakılardır:

1) restitusiya;

2) kompensasiya;

3) satisfaksiya;

4) təkrar etməmə təminatları (analoji hüquq pozuntusunu təkrar törətməmək barədə təminat vermə).

Kestitusiya hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin (status quo antc-nin) bərpa edilməsidir. Bu məsuliyyət formasına misal olaraq aşağıdakıları göstərmək olar: zəbt edilmiş ərazinin bütünlüklə azad edilməsi; qanunsuz ələ keçirilmiş əmlakın geri qaytarılması; qanunsuz həbs edilmiş və ya həbsdə saxlanılan şəxsin azad edilməsi və s.Kompensasiya dövlətə və ya beynəlxalq hüququn digər subyektinə vurulmuş maddi (daha doğrusu, iqtisadi baxımdan qiymətləndirilə bilən) zərərin pul formasında ödənilməsidir.Satisfaksiya beynəlxalq hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas fonnasıdır. Əksər hallarda o, qeyri-maddi (mənəvi) zərərin vurulması ilə əlaqədar, yəni digər dövlətin şərəf və ləyaqətinə toxunan hüquqa zidd əməllərlə bağlı tətbiq olunur. Satisfaksiya aşağıdakı formalarda ifadə olunur: zə- •rərçəkmiş dövlətdən rəsmi üzr istənilməsi; təəssüf ifadə olunması; törədilmiş əməlin hüquqa zidd olmasının etiraf edilməsi; təqsirli şəxslərin məsuliyyətə eəlb olunması və cəzalandırılması və s.Təkrar etməmə təminatları (guarantees of non-repetition) de- likvcnl dövlətin bu cür hüquq pozuntularına gələcəkdə bir daha yol vemıəyəcəyi barədə öz üzərinə götürdüyü xüsusi öhdəlikdir. Bəzən beynəlxalq-hüquqi məsuliyyətin bu forması satisfaksiyanm bir növü kimi nəzərdən keçirilir.


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə