1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi



Yüklə 93,38 Kb.
səhifə5/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   2   3   4   5   6   7   8   9   ...   43
Huquq 75

2) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;

Əsas bir eəhəti qeyd etmək lazımdır ki, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi yuxanda şərh etdiyimiz güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi ilə sıx surətdə bağlıdır və onun məzmununu tamamlayır.


3) dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;

Bu prinsip dövlollərin suveren bərabərlik prinsipi ilə üzvi surətdə bağlıdır və əslində onu tamamlayır. Prinsipin məğzi ondan ibarətdir ki, dövlətin öz suveren hüquqlarını öz arzu və iradəsinə uyğun həyata keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz.

BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində deyilir: «Bu Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin».

4) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi.

Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində təsbit olunmuşdur. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında vo iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq probemlərin həllində əməkdaşlıq etmək dövlətlərin həm hüququ, həm do vəzifəsidir.




Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə