1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu



Yüklə 10,11 Mb.
səhifə25/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

Vaqonların təmiri
Vaqon təsərrüfatında təmirin texnoloji prosesinə vaqonların yuyulması, detalların təmiri və bərpası, rənglənməsi və s. daxildir. Təmir prosesi standarta uyğun bir çox göstəricilərə görə təsnif olunur:

  • Təmir olunan hissələrin istifadəetmə sahəsinə görə ( təmir olunan hissə öz yerinə qoyulur və ya eyni tipli istənilən vaqona qoyulur);

  • Yerinə yetirilən işin xarakterinə və təyinatına görə (əsaslı, depo və cari təmirlər);

  • Planlaşdırma göstəricisinə görə (planlı və qeyri-planlı);

  • Təmirin təşkilinə görə (axınlı və aqreqat üsullu).

Depo şəraitində təmir – vaqonların ayrı-ayrı hissələrinin təmiri və dəyişdirilməsi yolu ilə bərpa edilməsi.
CT-1 cari təmirdə – boş vaqonlar tərkibdən ayrılaraq ixtisaslaşdırılmış təmir yoluna verilir və təmir olunur.
CT-2 cari təmirdə – qatarlardan nasaz vaqonlar ayrılaraq təmir olunurlar.
Sərnişin vaqonlarının əsaslı təmiri iki qrupa bölünürlər:

  • I əsaslı təmirdə - vaqonların ayrı-ayrı hissələrini moderniləşdirmək, dağılmış və yeyilmiş hissələri təmir etmək üçün istifadə olunan planlı təmir;

  • II əsaslı təmirdə - vaqonların daxili və xarici örtük səthlərini hissə-hissə yenidən quraşdırmaq, elektrik naqillərini və lazım gəldikdə digər baza hissələrini dəyişmək.

Vaqonların təmirinin dövrülüyü Nəqliyyat Nazirliyinin normativləri əsasında qəbul olunur.

65.Vaqonların texniki xidmət və təmir müəssisələri


66.Lokomotiv təsərrüfatının əsas vəzifəsi
Dəmir yolunda yük və sərnişin daşımalarına çəkilən istismar xərclərinin təqribən 36 %-i lokomotiv təsərrüfatının payına düşür. Lokomotiv təsərrüfatı yanacaq və elektrik enerjisi tələb edən iri istehsalat obyektidir. Lokomotiv təsərrüfatının əsas funksiyası daşıma prosesini fasiləsiz olaraq saz və işəyararlı dartı hərəkət vasitələri ilə təmin edərək, bu vasitələri texniki tələbatlara (Texniki İstismar qaydalarına) uyğun saxlamaq və təmin etməkdir. Bu məqsədlə onun əsas vəzifəsinə aşağıdakı məsələlər daxildir:

  • yeni lokomotivlərin, motorvaqonlu hərəkət vasitələrinin, dəmiryolu gedişli kranların tikilməsi üçün texniki tələbatların və əsas parametrlərin işlənib hazırlanması;

  • depoların yenidən tikilməsi, lokomotiv təsərrüfatı tikililərinin tikintisində smeta və texniki layihənin təsdiq olunması, lokomotiv təsərrüfatı obyektlərinin lazımi texnoloji avadanlıqlarla təchiz olunması;

  • yanacaq – enerji ehtiyatlarının magistral dəmir yolu və sənaye dəmir nəqliyyatı müəssisələrində səmərəli paylanmasına nəzart;

  • lokomotivlərin və motorlu hərəkət tərkiblərinin planlı təmir sistemi və texnologiyasınınişlənib hazırlanması;

  • lokomotiv təsərrüfatı işçilərinin ixtisasının artırılmasının təşkili, qabaqcıl əmək üsullarının öyrənilməsi və istehsalatda tətbiqi;

  • lokomotiv təsərrüfatında əmək mühafizəsi, texniki təhlükəsizlik və qatarların hərəkət təhlükəsizliyinin təmini üzrə tədbirlər planının işlənməsi və müəssisələr arasında yayılması.



Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə