1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Lokomotivlərin ekipirovkası



Yüklə 10,11 Mb.
səhifə27/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

69.Lokomotivlərin ekipirovkası





70.Lokomotiv parkından istifadə göstəriciləri
Hərəkət tərkibindən istifadə etmə dərəcəsi aşağıdakılarla xarakterizə edilir: lokomotivlərin dövriyyəsi, vaxt büdcəsi, orta sutkalıq gedişi (yürüşü) və məhsuldarlığı; Lokomotivin dövriyyəsi sahədə onun bir cüt qatara xidmət edən müddətlə, yəni qatara lokomotivin verilmə anından onun növbəti qatara verilmə anınadək olan vaxt müddəti ilə təyin edilir.

Burada, l - dartı xidməti sahəsinin (qolu) uzunluğu, km;
Vs- qatarların hərəkətinin orta sahə sürəti, km/saat;
-xidmət dairəsi sahəsinin briqadanın növbəni dəyişmə məntəqəsində (stansiyada) lokomotivin orta olma vaxtı, saatla;
- dövriyyə məntəqəsində (stansiyada) əməliyyat altında lokomotivin orta olma vaxtı, saatla;
- qeydiyyat məntəqəsində (stansiyada) əməliyyat altında (ekipirovka, texniki xidmət) lokomotivin orta olma vaxtı, saatla; Uzaldılmış xidmət sahəsi üzrə lokomotivlərin işində yolun sərhədləri xaricində lokomotivlərdən istifadə etmə əlavə göstəricisi kimi zaman büdcəsi adlanan parametrdən istifadə olunur. Bu göstərici işin ayrı-ayrı əməliyyatları üzrə bölünərək, (saat və ya %-lə) müəyyən vaxtları xarakterizə edir. Bu əməliyyat vaxtlarına mənzillərdə hərəkət, aralıq stansiyalarda boş dayanmalar, briqadanın dəyişilməsi üçün stansiyalarda dayanma, dövriyyə məntəqələrində və qeydiyyat (məntəqəsində) stansiyasında olma vaxtları aiddir.
71.Qazturbin lokomotivləri

72.Bölmə məntəqələrinin təyinatı və təsnifatı
Qatarların hərəkəti bölmə məntəqələri ilə məhdudlaşdırlır.Stansiyalar, sovuşma və ötmə məntəqələri, yol postları, avtomat bloklamanın keçid svetoforları, eləcə də sərbəst işarəvermə və rabitə vasitəsi kimi tətbiq edilən avtomat lokomotiv işarəverici bloksahəsinin sərhədi bölmə məntəqələridir.
Stansiyaların sərhədi aşağıdakılardır:
-biryollu sahələrdə - giriş svetoforları;
-ikiyollu sahələrdə ayrılıqda baş yolların bir tərəfindən - giriş svetoforlari; o biri tərəfindən isə axırıncı çıxış yoldəyişənindən 50 m məsafədən az olmayaraq qoyulmuş - "Stansiyanın sərhədi" göstərici nişanı.
İkitərəfli avtomat bloklama ilə təchiz edilmiş ikiyollu sahələrdə, eləcə də qatarları düzgün olmayan yolla qəbul etmək üçün giriş svetoforları qoyulmuş yerlərdə, ayrılıqda hər bir baş yolun giriş svetoforları stansiyanın sərhədidir.
Hər bir bölmə məntəqəsinin, köməkçi postun və sərnişin dayanacağının adı və ya nömrəsi olmalıdır. Ad sərnişin binasının fasadında qatarlar yaxınlaşan hər iki tərəfində, lazım gəldikdə isə eləcə də sərnişin platformasının sonunda qoyulmalıdır. Bundan başqa şəhərətrafı qatarların intensiv hərəkətli sahələrində yerləşən sərnişin dayanacaq məntəqələrində məntəqənin adı sərnişin platforması boyu bir neçə yerdə göstərilməlidir.
Dəmir yolları mənzillərdə baş, stansiya (o cümlədən, stansiyadakı baş yollar) və xüsusi təyinatlı yollara bölünür. Başqa xidmətlərin və təşkilatların ixtiyarına verilmiş stansiya ərazisindəki bütün yollar stansiya rəisinin tabeliyindədir.
Stansiyalarda hər bir yolun, yoldəyişənin, yoldəyişmə postunun və mərkəzləşdirilmiş stansiya postunun, məntəqələrdə isə baş yolların nömrəsi olmalıdır. Bir stansiya ərazisində yollara, yoldəyişənlərə və postlara eyni nömrələrin verilməsi qadağandır. Ayrı-ayrı parkları olan stansiyalarda bir parkın ərazisindəki yollara eyni nömrəni vermək olmaz. Yolların və yoldəyişənlərin nömrələnməsi qaydası ADY tərəfindən müəyyənləşdirilir.

Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə