1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Lokomotivlərin texniki xidmət və təmir sistemi



Yüklə 10,11 Mb.
səhifə26/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

67.Lokomotivlərin texniki xidmət və təmir sistemi
Lokomotiv parkından səmərəli istifadə etmək və onları işəyaralı saz vəziyyətdə saxlamalq üçün Azərbaycan DY QSC- də lokomotivlərin təmiri və texniki xidmətinin dəqiq planlı sistemi nəzərdə tutulur. Lokomotiv təsərrüfatında texniki xidmət və təmir işlərinin səmərəli təşkili lokomotivlərin detallarının yeyilmə intensivliyini azaldır, nasazlıqları və dayanmaları vaxtlı-vaxtında aşkar edərək onları aradan qaldırır. Lokomotivlərin texniki xidmət və təmir sistemi dedikdə müəyyən olunmuş periodiklik müddətində avadanlıqların iş qabiliyyətinin bərpa olunması və saxlanması məqsədilə yerinə yetirilən işlər nəzərdə tutulur. əsas işlərə bunlar daxildir: texniki xidmət, cari, depo və əsaslı təmirlər. Texniki xidmət lokomotivləri öz təyinatı üzrə istifadə etdikdə, onların saz vəziyyətdə saxlanmaq üçün yerinə yetirilən kompleks işlər toplusuna deyilir. Istismar zamanı itirilən keyfiyyət xassələrinin yenidən təmin olunması və fiziki cəhətdən yeyilən detalların bərpa olunması lokomotivlərin təmirində yerinə yetirilir. Cari təmir ayrı-ayrı elementlərin bərpası və dəyişdirilməsindən ibarət olub, lokomotivlərin işəyararlığını təmin və ya bərpa olunması məqsədilə yerinə yetirilir. Əsaslı təmir lokomotivlərin əsas elementlərinin növbəti əsaslı təmir müddətinədək ehtiyatının bərpası və ya dəyişdirilməsi yolu ilə lokomotivlərin iş qabiliyyətinin bərpa olunması üçün yerinə yetirilən əməliyyatlar toplusudur. Depo təmirlərini ixtisaslaşdırmaq üçün istehsalın axınlı forması, şəbəkə planlaşdırılması və təmirin aqreqat üsulundan istifadə olunur.
68.Lokomotivlərin texniki xidmət və təmir müəssisəələri
Lokomotiv təsərrüfatının əsas müəssisələrinə lokomotivlərin cari saxlanması və təmirini təmin edən təmir zavodları və depolar, həmçinin digər tikili və qurğular; texniki xidmət məntəqələri, texniki müayinə məntəqələri, dövriyyə məntəqələri, avtomatik əyləclərə nəzarət məntəqələri, lokomotivlərin ekipirovkası məntəqələri, lokomotivlərin ehtiyat bazası, lokomotivin ayri-ayrı düyünlərinin təmiri üzrə emalatxanalar və yoxlama-nəzarət postları daxildir. Bundan başqa lokomotiv təsərrüfatının tərkibinə təkər cütü emalatxanası, ixtisaslaşdırılmış emalatxanalar, ekipirovka qurğuları, lokomotiv briqadasının dəyişmə məntəqəsi və istirahət evi və s. istehsal-təmir sahələri də aid edilir. Lokomotiv təmir zavodları iri sənaye müəssisəsi olub, lokomotivlərin əsaslı təmirini yerinə yetirmək, modernizasiya etmək, ehtiyat hissələr hazırlamaq və lokomotivlərin sınanmasını təmin etməkdir. Təmir zavodları eyni tip dartı hərəkət vasitələrinin təmiri məqsədilə ixtisaslaşdırılır. Lokomotivləri planlı təmir etmək və ehtiyat hissələr hazırlamaq üçün lokomotiv təmiri zavodları yaradılır. Azərbaycan dəmir yolu şəbəkəsində lokomotivlərin əsaslı təmiri üçün Bakı lokomotiv deposunda və Biləcəri lokomotiv deposunda əsaslı təmir sexləri yaradılıb. Depolarda iri istehsal bazası yaradılaraq mütərəqqi texnoloji prosesləri tətbiq etmək üçün texniki vasitələrdən (dəzgahlar, kranlar, qaynaq aparatları, termiki sobalar, dəmirçi-pres avadanlıqları) səmərəli istifadə olunur.

Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə