1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Qatarların mənzildən buraxılma sxemləri



Yüklə 10,11 Mb.
səhifə34/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

85.Qatarların mənzildən buraxılma sxemləri
Qatarların tərkibi öz sxem və kompozisiyalarına görə fərqlənirlər. Onların tərkibinin sxemi onun heyətində hərəkət edən vaqonlar adlanır, kompozisiyası isə eyni növdən olan vaqonlar hesab olunur (bələdçilərin sırası, “sonuncu kupe”). Kupe, plaskart və ümumi vaqonlar qrupu həm qatarın baş, həm də quyruq hissəsində (sonunda) yerləşdirilə bilər. Vaqon-restoran, radio qovşaqlı kupe vaqonlar və yumşaq vaqonlar, adətən, qatarın orta hissəsində olur. Qatarın sxemi sərnişin axınının xarakterindən, sahədə dövr edən qatarların sayından və digər amillərdən asılı olaraq fərqlənir.
Dayanacaqların sayının çoxluğu poçt əməliyyatlarını təmin etməyə imkan verir. Buna görə sərnişin qatarlarının tərkibinə poçt vaqonu da qoşulur. Firma qatarının tərkibinə əsasən kupe və əl yüklərinin səyyar saxlama kamerası da qoşula bilər. Müasir şəraitdə sərnişin axınını nəzərə almaqla qatarların ənənəvi tərtibat sxemi dəyişilmişdir. Sərnişinlərin xahişi ilə onların da təcili əl yüklərini daşımaq üçün saxlama kamerası kimi təchiz edilmiş vaqonlar qoşulur.
Sürətli gündüz qatarı “Gəncə ekspresi” uğurlu sınaqdan çıxmışdır. Onun tərkibində oturacaq kresloları olan vaqonlar var. Orada gediş haqqı başqa qatarlara nisbətən yüksək olsa da, sərnişinlər rahat şəraitdə yol gedirlər və onlara beynəlxalq standartlara uyğun mədəni xidmətlər göstərilir.
86.Yol və stansiya təsərrüfatının tikili və qurğuları (TİQ)
Dəmir yolunun bütün elementləri (torpaq yatağı, yolun üstquruluşu və süni qurğular) öz möhkəmliyi, davamlığı və vəziyyətinə görə qatarların həmin sahə üçün müəyyən olunmuş ən yüksək sürətlə təhlükəsiz və səlis hərəkətini təmin etməlidir. Dəmir yolu əyrilərinin radiusu, düz və əyri xətlərin bir-biri ilə birləşməsi, yolun maillikləri təsdiq edilmiş plana və profilə uyğun gəlməlidir. Stansiyalar, sovuşma və ötmə məntəqələri bir qayda olaraq üfüqi meydançada yerləşdirilir: ayrı-ayrı hallarda isə onların 0,0015-dən (mürəkkəb şəraitlərdə 0,0025-dən) böyük olmayan maillikdə yerləşdirilməsinə icazə verilir. Torpaq yatağının üstdən eni biryollu xətlərdə 5,5 m, ikiyollu xətlərdə 9,6 m olmalıdır. Yolun eni (rels başlıqlarının daxili səthləri arasındakı məsafə: - düz sahələrdə və radiusu 350 m və daha böyük olan əyrilərdə - 1520 mm; - radiusu 349 m-dən 300 m-dək olan əyrilərdə - 1530 mm; - radiusu 299 m və daha kiçik olan əyrilərdə - 1535 mm olmalıdır. Bu məsafənin -4 mm və +6 mm fərqlənməsinə icazə verilir. Əyrilərdə mərkəzdənqaçma qüvvəsinin mənfi təsirini önləmək üçün xarici rels sapının daxili rels sapından ən çoxu 150 mm hündür olmasına icazə verilir. Bu hündürlüyün 150 mmdən çox olmasına yalnız “Azərbaycan Dəmir yolları” Qapalı Cəmiyyətin sədrinin icazəsi ilə yol verilə bilər. Dəmir yollarında yolların və tikililərin vəziyyətinə nəzarət etmək üçün yolölçən vaqon və arabacıqlar, defektoskop vaqonları və arabacıqları, defektoskopiya laboratoriyaları, körpü, tunel, yol müayinələri, əndazə müayinəsi və s. tətbiq edilir. Baş yollar ayda bir dəfə yolölçən vaqonla yoxlanmalıdır. Yoldəyişdiricilərin çarpazlarının markaları – baş yollarda 1/11-dən sərt (böyük) olmamalıdır. Digər yollarda çarpazın sərtliyi daha böyük ola bilər. Düz sahələrdə yanaşı yolların oxları arasındakı məsafə 4100 mm-dən (stansiyalarda 4800 mm-dən) az olmamalıdır. Qovuşan yollarda qatarların təhlükəsiz hərəkətinin təmin etmək üçün həmin yolların ortasında yolların oxları arasında 4100 mm-dən az olmayan məsafədə hüdud dirəkləri qoyulur.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə