1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Hərəkət vahidlərinin nişanlanması üçün istifadə olunan işarələr (İVT)



Yüklə 10,11 Mb.
səhifə39/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   33   34   35   36   37   38   39   40   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

94.Hərəkət vahidlərinin nişanlanması üçün istifadə olunan işarələr (İVT)
Görünən işarələrə işığın rəngi, lövhələr, bayraqcıqlar, disklər, işarəvermənin sayı və qarşılıqlı göstəricisi, işarə işığının qaranlıq vaxtlarda göstəricisi və köçürülən işarələrin forması ilə təyin olunur. Görünən işıq işarələrinin səs işarələrindən üstün cəhəti ondan ibarətdir ki, uzaq məsafədən görünür. Vaxta görə görünən işarələr gündüz lövhənin rənginə, qaranlıqda isə rənginə və işıqlanma rejiminə bölünür. Görünən işarələrə svetoforlar (işıqfor), bayraqcıqlar, fənərlər, lövhə və disklər aiddir. Belə işarələr TİQ-ə və İşarəvermə və rabitə təlimatına uyğun yerləşdirilir. Görünən işarələr işarəverici cihazın tipindən asılı olaraq daimilərə (svetoforlar, dəmir yolunun təyin olunmuş yerlərində qurulur və lokomotiv svetoforları), köçürülənlərə (lövhələr, bayraqcıqlar, dirəkdən asılmış fənərlər), qatar işarələrinə (bayraqcıqlar, disklər, fənərlər) bölünür. Svetoforlar öz növbəsində təyinatına görə giriş, çıxış, keçid, marşrut, çəpərləmə işarələrinə bölünür. Giriş və çıxış svetoforlarının normal vəziyyəti bağlı şəkildə olmalıdır. Bu svetoforlar stansiya növbətçisi tərəfindən açıla və bağlana bilər. Giriş svetoforları stansiyaya mənzil tərəfindən icazə və yaxud qadağanedici göstəriş verir, çıxış svetoforları qatara stansiyadan yola düşməyə icazə verir və ya hərəkəti qadağan edir, keçid svetoforu mənzildə bir blok sahədən digərinə keçməyə qatara icazə verir və yaxud qadağan edir, marşrut svetoforu qatarlara stansiyanın bir rayonundan digərinə keçməyə icazə verir və ya qadağan edir, çəpərləyici svetofor iki dəmir yolunun kəsişməsində, tramvay yolu, trolleybus xətti, açılan körpü və keçidlərdə hərəkəti tənzimləyir. Bundan əlavə xəbərdaredici, manevr, təpə, təkraredici və lokomotiv svetoforları da olur.


95.Səs işarələri. Həyəcan işarələri və xüsusi göstəricilər (İVT)
Səsli işarələr səslərin sayı və müxtəlif davam etməyi ilə təyin olunur. Səsli işarələrə lokomotivin, motor-vaqonlu qatarın, drezinin fiti, zənglər, əl fiti, nəfəs aləti, sirenalar və petardlar aiddir. Bir neçə növ işarə göstəriciləri mövcuddur ki, onlara marşrut-yolun sıra nömrəsini göstərən, qəbul və yola salma, yoldəyişənin nömrəsi, yoldəyişənin baş və yaxud yan yola istiqamətini bildirən, təhlükəli yerin başlanğıcı və qurtaracağı, fit vermə, sayıq ol xəbərdarlıq işarəsi, fit ver, pantoqrafı qaldır və yaxud endir və s. aiddir. İşarə nişanları daimi, xəbərdaredici və müvəqqəti növlərə bölünürlər. Müvəqqəti nişanlar təmir-tikinti işləri yerinə yetirilən zaman və sahədə qar təmizləmə işləri aparılarkən qurulur.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə