1. Gender haqqında anlayış Gender inkişaf əmsalı Azərbaycanda gender inkişafı



Yüklə 21,16 Kb.
səhifə2/2
tarix31.12.2021
ölçüsü21,16 Kb.
#81296
1   2
AZƏRBAYCANDA GENDER INKIŞAFI.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi v ə demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.

BMT-nin1995-ci ilin sentyabr ayında Pekində qadın hüquqları üzrə keçirdiyi Ümumdünya konfrasında və Rio konfransında qəbul edilmiş XXI Əsrin Gündəliyində, “Qadınlara münasibətdə ayrı seçkilkiyin bütün formalarının ləğv olunması haqqında” Beynəlxalq konvensiyasında qarşıya qoyulan müddəa və prinsiplər Dünyanın bütün ölkələri., o cümlədən Azərbaycan Respublikası üçün də əsas fəliyyət proqramı kimi qəbul edilmişdirr. Ölkəmidə Davamlı insan inkişafı kontekstində qa-dın problemləri üzrə hazırlanan Strateji Milli Fəaliyyət Proqramının əsas prioritet istiqamətləri aşağı-dakılardan ibarətdir (cədvəl 1):

Yuxarıda qeyd edilən problemlərin həlli üçün hər şeydən əvvəl, dünyanın bütün ölkələrində gender bərəbərliyinin təmin olunması məqsədilə BMT və digər nüfuzlu beynalxalq təşkilatların qəbul etdiyi qərar və layihələr həyyata kecirilməlidir. Bu müasir sivilizasiyalı cəmiyyətin formalaşmasına və ölkədə Davamlı İnsan İnkişafına təkan verən başlıça amillərdən biri dəyərləndirilməlidir. Unutmaq olmaz ki, gender bərəbərliyinin təmin olunmadığı ölkə və reqionda

Davamlı İnsan İnkişafının tərəqqisinə nail olmak qeyri mümkündür. Bu problemin həllinə nail olmuş ölkələr Davamlı İnsan İnkişafında da böyük uğurlar qazanacaqdır. Azərbaycanda Gender İnkişafı əmsalı ( GİƏ) ildən-ilə dinamik inkişafa malikdir.

GİƏ-nın ən yüksək göstəricisi Norveçdədir. Yüksək göstəricilər həmçinin şimali avrpoanın bəzi ölkələrində, ABŞ və Kanadada müşahidə edilir. Azərbaycanda bu əmsal yuxarıda adları çəkilən ölkələrdən az olsa da, bu göstəriciyə görə vəziyyət İtaliya, İspaniya, İsrail, Yunanıstan, Portuqaliya, Çexiya, Macarıstan və başqa ölkələrdə müşahidə olunan səviyyəyə yaxındır. Lakin Azərbaycanda bu göstəricinin daha da yüksəlməsi üçün şərait var və bu sahədə müvafiq siyasət həyata keçirilməkdədir.

Gender problemini həll etmək üçün Azərbaycan Respublikasında ardıcıl olaraq bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlər arasında hökumətin tərkibində Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, sonralar bu komitənin səlahiyyətləri genişləndirilməklə onun yeni dövlət strukturunun-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilməsini göstərmək olar. Bununla yanaşı, Azərbaycanda gender problemləri ilə məşğul olan çox saylı qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərir. Bir çox beynəlxalq təşkilatlar, ilk növbədə BMT-nin müxtəlif agentlikləri ölkədə gender problemlərinin həllinə yönəldilmiş siyasətin həyata keçirilməsinə maraq göstərirlər.

Azərbaycan Respublikasında dünyada ilk “İnsan İnkişafı və Davamlı Gəlir Əldə Edilməsinə Kömək” adlanan ictimai birlik qadınlar tərəfindən yaradılıb və rəsmi qeydiyyatdan keçirilib. Bu, davamlı insan inkişafının institutlaşmasına yönəldilmiş yeni addımdır və gender problemlərinin həllinə yönəldilmişdir.

Gender bərabərliyinə aid konvensiyalar və digər beynəlxalq sənədlər və burada Azərbaycanın iştirakının əsas beynəlxalq hüquqi sənədlər arasında BMT və Beynəlxalq Əmək Təşkilatının “eyni əməyə görə eyni ödəniş” prinsipinə əsaslanan Konvensiyasını (1951-ci il) göstərmək olar. Bu prinsip bir çox ölkələrin milli qanunlarında, o cümlədən Azərbaycan respublikasının qanunlarında da əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən gender bərabərliyinə yönəldilmiş beynəlxalq tədbirlərə qoşulub və bir çox saziş və təşəbbüslərin iştirakçısıdır. Azərbaycanın nümayəndə heyətləri gender inkişafına həsr olunmuş beynəlxalq tədbirlərdə mütəmade olaraq iştirak edirlər.



Beynəlxalq təşkilatlar gender inkişafına və bu sahədə mövcud olan qeyri-bərabərliyin aradan götürülməsinə daim diqqət yetirirlər. BMT-nin 2000-ci ilin iyununda keçirilən baş assambleyasının sessiyası məhz gender problemlərinə həsr edilmişdir. Toplantının əsas şüarı “Gender bərabərliyi: 21-ci əsar üçün inkişaf və sülh” olmuşdur. Sessiya, gender bərabərliyinin təmini üçün. Qadınlar və kişilər arasında mövcud olan bərabərsizliyin aradan qaldırılması istiqamətində əsas məqsədləri müəyyən etmişdir. Sessiiyada qəbul edilmiş qərara əsasən bu məqsədlərə aşağıdakılar aiddir:

  • yoxsulluqla mübarizə. Bu sahədə bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq yoxsulluq sahəsində gender qeyri-bərabərliyi mövcuddur və yoxsulların 70%-ni qadınlar təşkil edir. Yoxsulluğun ümumiyyətlə və xüsusi ilə qadınlar arasında azaldılması davamlı insan inkişafı sahəsində ən mühüm problemlərdəndir;

  • qadınların təhsil və təlimi. Bəzi ölkələrdə təhsil sahəsində gender qeyri-bərabərliyi mövcuddur və aradan qaldırılmalıdır. Qeyd etməliyik ki, Azərbaycan Respublikasında təhsil və təlimdə gender qeyri-bərabərliyi mövcud deyil;

  • qadınların sağlamlığı. Bu sahədə bir sıra ölkələrdə gender bərabərsizliyi müşahidə olunmağına baxmayaraq qadınların orta ömür uzunluğu kişilərin ömür uzunluğundan, bir qayda olaraq çoxdur. Lakin buna baxmayaraq qadınların sağlamlıq problemləri mövcuddur və aradan qaldırılmalıdır.

BMT-nin baş asambleyasının sessiyası eyni zamanda bir sıra digər məsələlərini müzakirə etmışdir. Bunların arasında qadınlara qarşı zorakılıq, qadınlar və hərbi münaqişələr, qadınlar və iqtisadi inkişaf və digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Habelə qadınlar və təbii mühit, qadın və mətbuat məsələlərinə dair təkliflər qəbul edilmişdir.
Yüklə 21,16 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə