1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə158/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   154   155   156   157   158   159   160   161   ...   181

420     

H Ü M A Y İ - Ə R Ş

Nömrə 31

234


 

Molla İsmayıl əfqarü-füqəra və məsakini-mühacirindən bir mərdi-

fəqirdir. Ana hörmət lazım ikən bi-hörmətlik bi-münasib olması məlum və 

ba-xüsus ki, sizin ricanız ilə bən o biçarəni qəbul etdim. İmdi qəbahəti məlum 

deyil ki, qəbahətin var diyəm bi-qəbahət ana bir söz söylənməz. İsmayıl bir 

söz söyləmədi ama sən bildiyin hər kəsin qəbahati var isə o getsin gözümə 

görünməsin. İsmayıl məqbul qəbahəti olan mərdud. Baqi əd-dua. 

Sadələşdirilmiş mətni:



Molla İsmayıl fəqirlərin ən fəqiri və mühacirlərin miskinlərindən olan bir fəqir 

kişidir. Ona hörmət lazım ikən hörmətliksizlik edilməsinin namünasib olması məlum 

olsun və ələlxüsus ki, sizin ricanız ilə mən o biçarəni qəbul etdim. İndi qəba həti 

məlum deyil ki, qəbahətin var deyim. Günahsız olduğundan ona bir söz söylənməz. 

İsmayıl bir söz söyləmədi, amma sənin bildiyin kəsin qəbahəti var isə, o getsin gözümə 

görünməsin. İsmayıl məqbuldur, qəbahəti olan rədd olsun. Qalanlara dua olsun. 

Haşiyə 


Bu kitabın mücəllidi Hafiz Həsən əfəndinin ricası üzərinə

dərcinə lüzum hiss edilən məlumat 

Hafiz Həsən əfəndi Merzifonludur. Həzrəti Pirin müxlislərindəndir.

Bu qənaəti atası Hacı Başzadə Əli əfəndidən almışdır. 549-cu səhifədə 

12 nömrəli məktubun bu zata yazılmış olduğunu dərc etmişdik. İndi özünə 

aid məlumatı –vaqe istirhama əsasən- burada zikr edirəm. Əli əfəndini 

gördüyüm zaman çox fəqir idi. Həqiqətən, mülayim deyilə biləcək bir 

əxlaqa malik idi. Həzrəti Pirə intisab etməklə bərabər irfan zövqündən 

bəhrədar olmuşdu, deyilə bilməz. Fəqət, Həzrəti Pir haqqındakı görüşləri 

hər cür tərif və tövsifin fövqündə idi. 

Onun üçündür ki, həyatında ən böyük iftixar duyduğu şey, (Həzrəti 

Pirin Havzada olduğu zaman hamamda Həzrəti Piri şəxsən yuyundurmaq) 

xidmətini göstərməsi idi. Bunu məhrəmiyyətinə dəlil hesab edər və onu 

hər yerdə –münasibətli-münasibətsiz- söylərdi. Etirafa layiqdir ki, Həzrəti 

Pir üzündən uğradığı danlaq və məzəmməti səbr və sükunətlə qarşılamış, 

bu səbəbdən ona qarşı dillərdə gəzən söhbətlərdən ələm yerinə zövq 

duymuşdur. Ömrünü Həzrəti Pirin gözəl sənasını yad və təkrar etmək və 

başqa cür məclislərdə olmaq surətilə başa vurmuşdur. Ona xitabən yazılan 

bu məktubu Divanın nəhayətinə bir sıra yaldızlı kağızlarla bəzəyərək 

yapış dırmıştır. Başqaca qeydə və söyləməyə dəyər bir halı məlumum 

deyildir. 1335-ci ildə [m. 1916/17] şiddətli ehtiyac içərisində vəfat etmişdir. 

Təvəkkülü təhəmmülün fövqündə idi. Bu halı onun ülviyyətinə dəlalət 

etməyə kafidir. Qəbri Merzifonda Dəli Osman oğlu bağçasının yanındakı 

qəbristandadır. Allah təqsirindən keçsin. 

234


  Bu məktubun sərlövhəsi yırtılmışdır. Fəqət bu məktubun xüsusi fəslində adı yad edilmiş 

möhtərəm müridlərdən Hacı Vəli əfəndiyə yazıldığı anlaşılmaqdadır. Bu məktubun 

göndərilməsinə səbəb Küpəli kəndində adının söylənməsi doğru olamayan birisinin 

nalayiq bir iş etməsi səbəbilə vəziyyət Həzrəti Pirə ərz edilmiş. Xətalı olduğundan Hacı 

Vəli əfəndi tərəfindən o şübhəlinin uzaqlaşdırılması əmr edilmişdir. 



H Ü M A Y İ - Ə R Ş

    421

XOCA BƏHAƏDDİN ƏFƏNDİ 

HƏZRƏTLƏRİNİN SƏNƏDLƏRİ 

ARASINDA OLAN MƏKTUBLARIN SURƏTİ

Ə

ziz oğlum cənab Tayyib əfəndiyə.



İyulun üçü tarixli göndərdiyiniz risalə dərvişanə hüzurumuza 

çatdı. Sərf edilən ləvazimatdan məsud oldum. Cənab uca Mövla 

ən yaxın zamanda üzbəüz söhbətimizi müyəssər eyləsin, peyğəmbərlərin 

seyidi hörmətinə amin!

Bəzi əhvalı yazmışdın, valilərin dəyişilməsindən nə qəm, nə də ələm 

eyləmə, olacaqda xeyir var. Mövla görəlim neylər, neylərsə gözəl eylər.

Gözümün nuru Seyid Cami əfəndiyə

235


 göndərdiyim məktuba əməl 

etsin. Xarput valisinə yazılan şəhadətnamə əldən çıxmış. Əgər etibarınız 

var isə yenidən birisi yazılıb göstərilməlidir.

Dua və salam olsun.

Rüşdiyyə məktəbinin baş müəllimi 

Osman əfəndiyə salamımı çatdırın.

 Bu dəxi


Gözümün nuru Seyid Cami əfəndiyə,

Əqrəba və bağlılarımıza salam çatdırın. Və Mustafa Ağaya və Hacı 

Nəbi əfəndiyə dəxi villasının üst qatında ayna gillərinin olması namünasib 

olduğu için ücrəti biz vermək üzrə münasib bir evi ücrəti ilə tutub rahat 

etdirəsən, inciməsinlər. Dua və salam olsun.

 Bu dəxi


Tayyib və Sədəddin və Qazi və Şükrü əfəndilərə 

O dəli... Hacının yalançı dəli olduğunu biliriz. Dəli ...n sözünə 

niyə etibar edərsiz. Məktub çatanda möhlət vermədən ixrac ediniz. Və 

qardaşlarını ziyadə danlayın ki, bu yalançı dəli...n sözlərinə niyə etibar 

edib özünüzü pərişan etdiniz. Buraya gəlməsinlər, hara gedərlərsə, 

getsinlər. İstər öz yerlərinə, istər sair yerlərə.  Ağılları yox imiş, hamısı, 

hamısı dəli imiş ki, bir məcnunun sözünə tabe olub özlərini pərişan 

etmişlər. Dəlinin və qardaşlarının üzlərinə qarşı oxuyub anladasan və 

əməl edəsən. 

Bu dəxi


Əla lə təhzən ixvanül-bəliyyəti 

Fəlir-rəhmani əltafun xafiyyə

(Əsla, dostlar bəlalardan məhzun olmasınlar

O bəlalarda Rəhmanın gizlin iltifatları var).

235


 Həzrəti Pirin dayısının oğludur.


422     

H Ü M A Y İ - Ə R Ş

Əziz oğlum Pusluzadə dərviş Əhməd əfəndiyə və ixlaslı sadiqim filan 

əfəndiyə Hafiz əfəndi ilə göndərilən məktublarınız dərvişanə hüzuruma 

çatdı. Məhəmmədi təriqətdə və Əhmədi yolda gördüyümüz bəlalara 

şükr edirəm. Çünki əgər Məhəmmədi dərgaha və Əhmədin eşqinə qəbul 

edilməsəydik, onun yolunda bəla və ələmə düçar olmazıdıq. Bu nemətə 

nail olduğumuza görə “əlhəmdü lillah vəl-minnəti” kəlməsi dilimin virdi 

və əfkari-cinanımdır.

Aşiqəm der isən, bəlayi-eşqdən ah eyləmə. 

Bir məktub 

Xoca Bəhaəddin əfəndi həzrətlərinin bu sənədləri arasında özünün 

Merzifonda ərbəində (çilədə) və seyri-süluk əyyamında ikən qardaşı Hacı 

Məhəmməd əfəndi həzrətlərinə yazdığı bir məktub var ki, bu məktub 

Həzrəti Pirin mürşidanə qüdsiyyəti, arifanə saflığı və ilahi məqamını tam 

açıq bir ifadə ilə göstərdiyindən, bundan başqa bu məktubun içində zikr 

edilmiş xanımların həm özlərinin, həm də Həzrəti Pirə bəxş etdikləri şalın 

mənəvi qiyməti arifanə bir dil ilə rəmzi şəkildə elan edildiyindən Həzrəti 

Pirin ruhani ucalığının qüdsi dərəcəsini izaha bais olan bu məktub da 

eynən əslindən iqtibas və istinsax edildi. 

Xanımların mənəvi məmuriyyət və ruhaniliklərinin xatirdən uzaq 

tutulmaması bəsirət və irfan əhlindən təmənni olunur. 

Məktubun surəti

Əziz qardaşım Məhəmməd əfəndi həzrətlərinin ali hüzuruna,

Qardaşım əfəndi həzrətləri,

Tamam gözəl bir dəstxəttilə göndərilməsinə himmət buyurulan 

bir qitə dəyərli bir məktub kimi əlimizə çatdı. Xeyli bəyəndim. Cənabı-

Haqq tövfiqini anbaan yoldaş edib adına uyğun olaraq tay-tuşlarına üs-

tün dünya və axirət kamalı ilə, yəni dünyəvi və mənəvi elm və irfanı 

ilə aləmdə məşhur edib hər iki dünyada arzuna naile yləsin. Acizanə 

əhvalımız soruşularsa, Allaha həmd və şükür olsun ki, rahatıq. Qulaq 

asın. Bir gün Mövlanə dərgahında iqamətdə ikən bir fayton zühur edib 

qapı döyüldü. Qapıçı İlyas əfəndi dərgahı açdı. İki gözəl müstəsna xatun 

ki, sanki əsrin Asiyə, Sarası, sevimli bir ərəblə bərabər içəriyə təşrif 

buyurdular. Mövlanənin hüzurunu ziyarətlə “Əfəndim, Cənabi-Haqqın 

yardım və lütfü ilə biz zəifə cariyələriniz seyidlik şərəfinizin müqəddəs 

feyzindən istifadə və Cənabi-Nəqşibəndiyyə misalı səhhətverici əlinizdən 

müridlik almaq üçün atabəy timsalı şahanə mərtəbənizə və nur saçan 

qüdsi hüzurunuza acizlik və qüsurla gəldik. Biz zəifləri qara üzümüzlə 

şərəfi-qəbulunuzla müşərrəf buyurun” dedikdə Cənab Mövlanə dəxi 

bunlara müridlik təlimini və rabitə məfhumunu izah edib üzlərində mə-

həbbət nuru parladı və başında səadət quşu olaraq faytona minib mə-

həlləyə təşrif etdilər. Bununla birlikdə hansı yerin məftunedici kəkliyi, 

hansı səhranın toxumu və hansı yerin bəyənilmiş quşu olduqları əsla 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə