1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə156/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   152   153   154   155   156   157   158   159   ...   181

416     

H Ü M A Y İ - Ə R Ş



soyuq davranmasından başqa bir şeyə səbəb olmadı. Əgər bütün xəbisliklərin anası 

olan eyş-işrətdən və sair haramlardan sidq və ixlasla tövbə edib bunda sabitqədəm 

və daim bəhs etdiyiniz ixlas və məhəbbətdə qeyrətli olsanız, Süleymanın yardımcınız 

olmasını Xuda xanəsi olan can və könlümdə məqbulum ......(oxunmadı-müəllif). Və 

təmiz zövcəsi kənizi-Fatimeyi-Zəhra və ümmətin qadınlərının şahı anası bacım dəxi.. 

Ərzi-niyaz edən müxlislərə salam. Vəs-səlam 25 kanunu-sani il. 99. 

Nömrə 25 

Alicənab Hacı Məhəmməd Əli əfəndiyə.

Risaleyi-mərsuləniz be-mucibi-siyahi rəsid. Hamili-məlfufə əhvalatı-

türfəmizi əyan və bəyan xahəd nəmud. Əd-dua vəs-səlam. 

Sadələşdirilmiş mətni: 



Alicənab Hacı Məhəmməd Əli əfəndiyə. 

Məktubu gətirən halımızı əyan və bəyan sizə anlatacaqdır. Göndərdiyiniz 

məktub gəldi. Dua və salam sizinlə olsun. 

Nömrə 26 

Əşrəfzadə Hacı İbrahimə.

Bədət-təhiyya və-s-səna irsal buyurulan məktub vasil, məmnun və 

məsrur oldum kamranı-dareyn olasız. Məlfufədə Çoban Vəli

230


 və mərhum 

Allahyar Ağazadə mərhum Hacı Rəhim ağadan bəhs etmisiz (etmişsiniz). 

Çoban, Musa-məşrəb səri-kuhda məzənnəsi müqtəzasınca etdiyi xidməti 

sairləri ilmi mucibincə etmədiyi hüveyda. Zira Ramazanzadə dostumuz 

Əbdürrahman əfəndinin zadı-bumu olan Xannıqlarda

231


 dörd mah 

məksimizə elmi hasil ikən rugərdan olub tərəfimizə əsla meyl etmədiyi 

məlumanız və ba-xüsus beynimizdə olan hüquq və məhəbbətə görə tərəfi-

Hicaz-ı məğfirət-tirazdan canibi-Qafqaziyə əzimətimizi mazannə bilsə 

yenə Ərzuruma və daha irəluya (iləriyə) qədər istiqbal etməsi məmul 

ikən vətəni-əslisi olan Xannıqlarda müddəti-mədidə məksimizə yəqinən 

elmi hasil ikən xilafı-məmulda bulunması aşikarə imdiyə qədər nə miqdar 

məlfufatı-niyazanələri gəlsə nik və ya bəd bir cəvaba nail olmadığı etdiyi 

karı-na-məquli-qəbihə məbnidir. “Mən əz biganəkan hərgiz nənaləm” 

Cənabı-dərvişanəmizin iqaməti əyyamında mərhum Ağazadə Hacı Rahim 

Ağanın kərrat və mərratilə hasbətən lillah ixlası-xalisəsi mucibincə bəxti 

yavər olub söhbətimiz ilə müşərrəf və dili-sevdazədəmizdə cay-gir olması 

hüveyda və Əşrəfzadə Hacı İbrahimin məhəbbəti-drinə və xidmət güzəştə 

və mənzuru-nəzərimiz olmasına görə asaləti-mülaqatı-mütəaddidə lazım 

ikən ziyarəti-Hicaz vasitəsilə təbəiyyətən də görüşməyib rugərdan olması 

daireyi-məhəbbətdən xaric və haleyi-ixlasdan birun bir bəxti-mənhusdur. 

230

  Çoban Vəli adlanan bu eşq və məhəbbət pərvanəsi Akkaya yaylasında dağın dibindən 



təpəsinə qədər bir qoyunu alıb çıxarmış. Və Həzrəti Pir oturmazdan əvvəl qoyunu 

xakipayinə qurban etmək kimi bir məhəbbəti-aşiqanə ibrazına müvəffəq olmuş bir 

bəxtiyardır.

231


  Xannıqlar nunun şəddəsilə Azəri şivəsindədir. bu kəndin adı Xanlıqlardır. Ağstafa 

rayonuna 5 km məsafədə yerləşmişdir. 




H Ü M A Y İ - Ə R Ş

    417

“Məra hər ançe kərd an aşina kərd”. Ama görmədiyimiz və bilmədiyimiz 

atəşzədə və sinə-suzan və cigər-büryan talibi-həqiqət olan möhtərəmlər 

vardır ki, atəşi-iştiyaq və narı-məhəbbətlərinə məbni gəlib və getmədən sirab 

və rəyyan olmayıb “əlataş əl-ataş deməkdən fariğ olmazlar. Jənki-sinələrinə 

və qəlbi-səyyahlarına günbəgün qubarı-təriq cila və ziya verməkdədir. Əl-

minnətü lillah. Qaraqoyunlu və sair yerlərin xalis-müxlisləri və mühriqləri 

kimi ki, qəhrimizi lütf və zəhrimizi şəhdi-musaffa və dərdimizi şəfa və 

cəfamızı səfa və səngi-xaramızı ləli-giranmayə bilib məcmuunu canı-əzizləri 

gibi sineyi-bi kinələrində hifz edərlər. Bihamdillahi vəl-minnəti. Niyyəti-

xalisə və ixlası-xasslarına binaən nə miktar nimətə nail olduqlarını Mövla 

və rəsuli-Mövladan başqa bir kimsə bilməz bu təriq ilə süluk edənlər ixlası-

sadiqanələrinə məbni mükafat və ihsanatı-rəbbaniyələrini ruzi-cəzada 

gördükdə “ah niçin daha ziyadə “daha ziyadə” təriqi-ixlasa salik olmadıq” 

deyə təhəssürləri zahir ...(dörd kəlimə  oxunmadı-müəllif) başqa Mövlayi-

Mütəal həzrətlərinə məlumdur ki, bu babda nəfsimi mədh eyləyib meydana 

çıxarmadım. Xuda nə kərdə əgər xilaf söylərsəm Əfrənclərdən bədtərəm, 

bəlkə, söylədiklərim məhzi-iştiyaq-keş məzkurların ixlası-xaslarının nə 

dərəcədə olmasını bəyan etmədə və pəsəndideyi-ərbabı-təriq olmalarında 

dəryadan bir qətrə bəlki nim qətrədən əqəlli-qalildir. Allahumməcalnə 

minəl-muxlisin bihörməti-Seyyidil-mürsəlin. 

Sadələşdirilmiş mətni:



Əşrəfzadə Hacı İbrahimə.

Salam və mədhdən sonra. Göndərilən məktubu alıb məmnun və məsud oldum. 

Hər iki dünyada bəxtiyar olasınız. Məktubda Çoban Vəli və mərhum Allahyar 

Ağazadə mərhum Hacı Rəhim

232

 ağadan bəhs etmisiz. Çoban, Musa-məşrəb kimi 

dağ başında məzənnəsi müqtəzasınca etdiyi xidməti sairlərin elmlərinə görə etmədiyi 

aşkardır. Çünki Ramazanzadə dostumuz Əbdürrəhman əfəndinin doğma yurdu olan 

Xannıqlarda dörd ay gözlədiyimizi bildiyi halda üz döndərib tərəfimizə əsla meyl 

etmədiyi məlumunuz və xüsusən aramızda olan hüquq və məhəbbətə görə Hicazdan 

Qafqaz tərəfinə yola çıxdığımızı mazannə bilsə yenə Ərzurum və daha irəliya qədər 

qarşılaması gərəkirkən əsl vətəni olan Xannıqlarda uzun müddət gözlədiyimizi bildiyi 

halda alışılmışın əksinə hərəkət etdiyi aşkardır. İndiyə qədər nə miqdar xahiş məktubu 

yazsa da, yaxşı və ya pis bir cavab ala bilməməsinin səbəbi etdiyi ağılsız iş və qəbih 

əməllərdən qaynaqlanır. Dərvişanə cənabımızın iqaməti günlərində mərhum Ağazadə 

Hacı Rahim Ağanın dəfələrlə Allah rizası üçün səmimi ixlası gərəyincə bəxti yavər 

olub söhbətimiz ilə müşərrəf və sevda ilə yaralı qəlbimizdə özünə yer tutması aşkar 

və Əşrəfzadə Hacı İbrahimin qədim məhəbbətinə, xidmətlərinə etdiyimiz güzəştə 

və daim nəzərimizdə olduğuna görə bizimlə dəfələrlə görüşməsi lazım ikən Hicaz 

ziyarəti vasitəsilə dolayısıyla dahi bizlə görüşməyib üz döndərməsi onun məhəbbət 

dairəsindən xaric və ixlas həlqəsindən kənar bir bədbəxt olduğuna uğursuz işarədir. 

“İnsan bildiyinə aşina olar”. Amma görmədiyimiz və bilmədiyimiz elə atəşli və ürək 

yandıran və ciyər dağlayan həqiqət arzusunda olan möhtərəmlər vardır ki, özlərində 

olan şövq və məhəbbət atəşlərinə görə gəlib və getmədən mənən qanmış və doymuş 

olmayıb “yandım”,”yandım” deməkdən uzaq olmazlar. Küflü sinələrinə və siyah 

232


 Əbdürrəhim Dilbazi


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə