1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə159/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   155   156   157   158   159   160   161   162   ...   181

H Ü M A Y İ - Ə R Ş

    423

bilinmədi. Və sual olundu isə dəxi “kaş ki, və olabilsin ki” ilə cavab verib 

gizli və örtülü xəzinə misalı özlərini gizlədikləri ravinin rəvayətindən 

anlaşıldı. Qulaq asınız. Bir həftə keçəndən sonra qeyd edilən xanımlar 

bu kərə sözü keçən sevimli ərəb yanlarında olmadan digər bir kimsə ilə 

təşrif buyurdular. Mövlanənin ayağının torpağını öpəndən sonra Cənabı-

Həzrəti Mövlanə bunlara çürümüş sümüyü dirildən ruhül-qüdsün feyzi 

kimi bir nəzər etdilər. Bunun müqabilində zərrənin günəşə və qət-

rə nin dənizə nisbəti qəbilindən olması günəş kimi aydındır. Təvəccöh 

əsnasında təsəlli bəxş edər şəkildə gah “Nə qəmim var cihan içrə bənim 

yar bənim; Nəyim əksikdi bənim yar bənim var bənim” tərənnüm edər 

və gah “Mənəm, ya rəb ki, canan ra zi laləş busə mi çinəm; Duayı sübh 

dəm didi ki çün aməd bekari-axir” təltif edici lətafət bəxşilə və gah “Fələk 

sərgəştəyi-zülfü-mütərrayı Məhəmməddir; Qəmər və xurşid Məcnunu-

du Leylayi-Məhəmməddir”) könül oxşayan işarəsi ilə söz atan və yenə 

aşiq müridlərin könülləri ilahi cəzbə ilə dolu olub hər birisi bir tərəfə 

dalğın bir məst halda düşdüklərində “Saqi, məgər, vəzifeyi-hafiz ziyadə 

dad; Kaşifdə kəşf türreyi-dəstari-mövləvi” qəmzəylə münasibət quran 

və gah “Ya qıllam kuhu-səhrada həbiba iştiyaqımdan; Məhəbbət atəşi 

qaynar nə yerdə olsam ocağımdan“ yaxıcı qəzəli ilə qədəh oynadar və 

gah üslub...

236


  “Bizlər dəxi yəni Seyid Sədəddin əfəndi qardaşımız və 

Poslu Xacə və Trabzoni Mahmud Ağa və acizləri həsrət qəmxanasında və 

heyrət yuvasında sərgərdan və qəlbən coşmuş ikən -....”

Eyvallah əzizim, hu dost, Allah sədası səmaya yüksəldi. 

Qısaca, yarım saat qədər ... ondan sonra o nazəninlər məhəbbət şəra-

bından bir neçə qədəh nuş etdiklərinə görə məhəbbət qığılcımı qəlblərində 

alovlanıb həzin göz yaşları ilə ağlayaraq “biz necə edək, ayrılıq atəşinə necə 

tab edərik?” deyərək bir neçə addım irəli varıb, təkrar geri dönüb “va hasrəta 

va firqəta” (vah həsrət, vah ayrılıq) deyərək bir-birlərindən ayrı düşmüş 

ahu misalı heyran və valehedici şəkildə yan-yörələrinə nəzər edərək səadət 

yuvasından çıxıb faytona minərək getdilər. Qulaq asınız. (Nəmlətun caət 

biriclin min cəradin. “Tu Süleyman kun ey ali nijad. Hərçənd hədiyyeyi-

haəqirəst, bepəzir ki, töhfeyi-fəqirəst” (Bir qarışqa gəlib: Ey Süleyman, sən 

alicənab ol. Hədiyyə həqir olsa da, fəqirlərin töhfəsini qəbul et) - hərçənd 

hədiyyəmiz nalayiq isə də izzətlilər məqbul sayıb dedi (hədiyyətün-nəml li 

Süleymanə (Qarışqanın Süleymana hədiyyəsi). Bu kimi sözləri nəticəverici 

kəlamlar və bir şal xirqə və bir sarıq ilə və bir abaniyə (Əhmədiyyə) sarıq 

şahı-lahuta hədiyyə götürmüşlər. Bu səadətli xirqədən bəhs edək. Lahuri 

denilən şal bunun müqabilində xaşak

237


 səviyyəsində olduğu və kəşmir 

adlansa da kəşmir şalının əlasından əla olub bunun fövqündə bir şal 

olmadığı və xarici olmayıb yerli mal olduğu haldan anlaşılmışdır. Fəfhəmu 

ya maşərəl-xullan. (Anlayın, ey dostlar) Bu səadətli xirqəsi xoş qoxulu 

cənab şahın keçmişdə geyindiyi şərəfli xirqədən bir barmaq miqdarı uzun 

236


  Kağızı qat kəsdiyindən altı söz oxunmamışdır. Hər halda çətinliklə oxumaq da 

mümkün olmadı. Ancaq (üslub məst ayini ilə, yaxud məlahat ayini ilə müsafirlərə 

hörmət və yaxud sağirir qəzəlxan) kimi şəkillərə bənzər bir yazı tərzi zənn edilə bildi, 

yəni qat yerlərində qalan əlamətlər bu qədər dəqiqləşdirilə bildi.

237

 Çör-çöp –red.




424     

H Ü M A Y İ - Ə R Ş

və içərisində astar yerinə istifadə olunan bir qumaş var ki, mütəxəssislərə 

görə qiyməti iyirmi beş, yaxud otuz lirədən artıqdır. Dəyərini siz düşünün. 



Nə xirqə, xirqeyi-səadət, 

Sər ta be pa qamu lətafət,

Nəqqaş ona eyləyəndə xidmət, 

Vermiş ona dürlü zibu-zinət.

Hər naxışda bin acibə zahir, 

Hər xətdə bin sania bahir.

Ətraf və həvalisində cövlan, 

Zərrat qılır çü ... dövran.

Gər görsə idi anı Süleyman, 

Ehsan qılırdı ona bin can.

Asaf nəzər eyləyəydi bir dəm

Tərk eylər idi vəzarətin həm.

Hərb etdi İskəndər ilə Darat, 

Bu şal için, ey əziz, mərrat.

Zənn etmə ki, camü mal içindir, 

Etdikləri hərb bu şal içindir.

Cəm olsa əgər həkimi-Yunan, 

Əflatun, Risto, dəxi Loğman.

Bilməzlər anı nə maldır bu, 

Kəşmiri-Acəm nə şaldır bu.

Geydikdə anı o şahı-xuban, 

Yandı su içrə şəmsi-taban.

Vəsfində bəhanəyi-aczə vardı, 

Rövnəqi anın cahanı sardı.

Bir məktubda da abaniyə (sarıq) mədh olunur. Seyid Sədəddin əfəndi 

qardaşımız rahatlığımı əlimdən aldı. Tez, “poçt indi gedir” deyərək “bütün 

qohumlara salamımızı çatdıraraq məktubumuzu oxumağınız”. (Bundan 

sonra altı sətir vardır ki, ailə salamlarından ibarət olduğu üçün dərc 

edilmədi.)



22 fevral, 1300.

Haşiyələrdən biri: 

Qardaşım Seyid əfəndi qardaşımızın məktubunda xəbərlər çoxdur. 

Qiraət edərsiniz. Kök Abdullahın Qazaxdan gəlməsi və xəbərləri olduğu 

şəkildə yazması və sıxıntı xəbəri qiraət olunursa, anlaşılır. 



H Ü M A Y İ - Ə R Ş

    425

 Qazi Osman əfəndinin kitabları 

arasından zühur edən məktub

Ey əziz,


Rəbiül-əvvəl ayının axırında əzizimiz Mühib əfəndini məmləkət tərəfə 

cəlb, fəqiranə ev üçün göndərmə və rəbiül-axir ayının axırında Ərzurum 

şəhərindən köç və Bayburd qəsəbəsində yerləşmə və Ulu cameyi-şərif 

dərsanəsində sakin, ondan sonra əzizim, Maraşlı Osman əfəndini bu tərəfə 

cəlb və rəcəbül-mürəccəb ayının on ikisində tərəfimizə gəlişi və tərəfi-

əzizimizdən xoş xəbərlər ilə bizləri məsrur eyləməsi və xoşnud olduğumuz 

bundan sonra aybəay olduğu kimi əziz əhvalınızı yazıb göndərmədə qüsur 

eyləməyib və ol tərəfdə olan ixvanların cümləsinə salamı-biriyalarımızı 

təbliğ etmədə əskiklik etməyib və xəbərlərimizə müntəzir olasız. 

Əs-Seyyid, əş-şəhid (Əs-Seyid Abdullah Həmzə)

Şabanı-şərifin iyirmisində yazılıb

Bu məktub 82-ci səhifədə bəhsi keçən məsələ üzərinə yazılmışdır. 



Seyid Nigarinin Qaraqaşlı Əhməd əfəndiyə yazdığı məktubun surəti 

(bu məktubun cavabı kitabda 386-388-ci səhifələrdədir)


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə