1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə166/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   162   163   164   165   166   167   168   169   ...   181

H Ü M A Y İ - Ə R Ş

    445

Firqəti-vəslin ilə munca ki, fəryad edərəm,

Kim edə nagah xəbəri badi-Səbadan qeyri.

Dil ki, hər ruz çəkər ahına bin həsrətlə,

Nə bulur anda baxan türlü cəzadan qeyri.

Kim edər cürm, şəha, dəhridə məndən özgə,

Kim edər əfv dəxi Hayyi-bəqadan qeyri.

Afüvvü Rəhman eşidər fəth edə rəhmət babın,

Nə olur əbdin işi cürmü xətadan qeyri.

Həm bizə Fatimədən onca şəfaət kim edər,

Kim tutar məhəbbəti ol huri-liqadan qeyri.

Ol qiyamətdə qamu, ümməti-Məhəmməd də dəxi,

Kim salar sayə, məgər, həmdi-livadan qeyri.

Dəhridə, Şah Nigar, xəstə Rəncuri sənin,

Nə qalar həzrətinə canı fədadan qeyri.

* * *


Əl-qüdrətü lillah ki, nəzmi-qəzəlidən,

Kim qıldı anın təbini şirin asəlidən.

Hər dəm könül eylər tələbi layəzəlidən,

Avarə dəxi qılma bizi xoş əməlidən.

Ya Rəb, bəni ayırma şahənşahı-vəlidən,

Ya Rəb, bəni dur eyləmə övladı-Əlidən.

Seyl eylə sirişkin bu gün, ey çeşmi-giranım,

Dil qafil ikən çün dökülür ömrü-xəzanım.

Bir gün irə fərmanı-Xuda, həm çıxa canım,

Peyvəstə dilindən bunu yad etmə dəhanım.

Ya Rəb, bəni ayırma şahənşahı-vəlidən,

Ya Rəb, bəni dur eyləmə övladı-Əlidən.

 

Halim ki əyandır sana, ya Qadiri-Sübhan,

Əfv eylə ki, çox eyləmişəm cürmilə isyan.


446     

H Ü M A Y İ - Ə R Ş



Mən mücrimə qıl mərhəmət, lütfiylə ehsan,

Qıllam rəhi-eşqində anın  canımı qurban.

Həmçinin:



Könlüm ki edər munca ki fəryad Muhamməd,

Qıl duzəxdən bizləri azad Muhamməd.

Çün gördüm edər nəzm dil-abad Muhamməd,

Bildim ki, o şəhzadədir övladı-Muhamməd.

Həmçinin:



Hər ləhzə ki, dildən bu qədər söz olur peyda,

Ey arifi-billah, demə kim, söyləmə bica.

Gər cuşa dəhəndən qəmi-dərdi-dili şeyda

242

Tərk etmə dilindən bunu hər ruzü leyla.

Həmçinin:



Həmd eylə Haqqın birliyinə, ey dili-bimar,

Yüz şükr ki, aləmdə qılıb lütfünü izhar.

Pərvanə edüb, ey mürği-könül kuyinə səyyad,

Dərgahına yüz qoy bunu di, sidqilə yalvar

243

  

Həmçinin:



Sən çəkmə əlin saqidən, ey xəstə Rəncur,

Daim anın əla nəsəbindən

244

  dilə mənzur.

Çün eylər anın nəzmi dəxi dilləri məmur,

Bu misrayi-isneyni dəmadəm eylə məzkur.

Həmçinin:



Sanma kim candan, Nigara, dərdi-pünhanım çıxar,

Qılmasan feyzi-nəzər dilimdən suzanım çıxar.

Odlu könlüm naləsindən dağ, daş eylər fəqan,

Dövr olur ahım həvada lövhi-dumanım çıxar.

Nagəhan fəvvareyi-çeşmim nəmi eylər xüruc,

Nuhi tufanım keçər, gərdunə ümmanım çıxar.

Tutiyayi-xaki-payindən əgər bulmaz əsər,

Dur olur hər dəm ziyadən, çeşmi-giryanım çıxar.

242


 Yazılışı belə isə də qaydaya görə izafət zənciri (qəmi-dərdi-dili-şeyda) şəklində olmalıdır. 

243


   (Dərgahına yüz qoy, bunu de, sidqlə yalvar) çox qiymətli, canlı ifadələri və beytin məna 

cəhətindən ruhunu ifadə edən vəciz bir cümlə.

244

  Nəsəbindən – kəlməsi ya “mənsəb” mənasında istifadə edilmişdir. Yaxud “nəsəb” 



deyilmək istənildiyi halda imla xətası edilmişdir.


H Ü M A Y İ - Ə R Ş

    447

Aləm içrə ol münəvvər mahi-ruyin görməsəm,

Saqiya, hicranla min canı-nadanım çıxar.

Qafil olma, ey könül, sən gözlə rahın hər zaman,

Seyr edər hər dəm Qazaxa şahı-sultanım çıxar.

Pərtövi-mehri-ruxi səhraları eylər ziya,

Əks alur mirat yüzindən mahi-tabanım çıxar.

Nuri-ruyindən dəmadəm aləmə nisyan yağar,

Laləgun eylər cahanı qürbi-Sübhanım çıxar.

Kəsmə ümidin dəmadəm, ey dili-bimarımız,

Gözlə şəfqət xanəsindən, bəlkə, dərmanım çıxar.

Xəstə Rəncuri der bu nameyi-aşüftədən,

Sən özün əfv eylə, ya Rəb, hər nə nöqsanım çıxar.

* * *


Kəsilüb taqəti-tabım, tutuldu dizlərim, saqi,

Qalub bin intizar ilə yolunda gözlərim, saqi.

Rəhi-eşqində əş’arı bana ruzi qılub Tari,

Sənin şanın səzavərdi olurmu sözlərim, saqi?!

Eşit əmalımı şahım, aya dəhr içrə dilxahım,

Tutub yer yüzünü ahım, havayı tozlarım, saqi.

Qulağım qilü-qalımda, xəyalım rəşki-alımda,

Günahım yükü dalımda qırub omuzlarım, saqi. 

Nigara, xəstə Rəncuram, səninlə çeşmi-pür-nuram,

Dərində könlü məmuram, utanur yüzlərim, saqi

Buraya qədər olan beytlər hamısı öz əl yazmasından hərfi-hərfinə iqti-

bas olunmuşdur.

Vəfalı dostum Hacı Xəlilzadə Əhməd əfəndinin gətirdiyi əlyazması 

divanında mövcud olanların hamısı aşağıya dərc edilmişdir. Şeirləri dərc 

etməzdən öncə Hacı Xəlilzadə Əhməd əfəndidən bəhs etmək lazımdır. O 

zat müqəddimədə adı keçən Hacı Xəlilzadə Mustafa mərhumun böyük 

qardaşıdır. Atası, cənnət-məkan Hacı Xəlil Dayı Çaykənd əhalisinin irəli 

gələn əsilzadə bir ailəsindəndir. Rus hökuməti mərhum Hacı Xəlil dayını 

təhlükəli hesab edib Qarabağın Zəngəzur uyezdindən Sisyan mahalında Şəki 

kəndinə sürgün etmişdir. Bir il sonra əfv olunaraq yenə geri öz kəndlərinə 

qayıtmışdır. O zaman oğlu Əhməd əfəndi 12 yaşında imiş. Hacı Xəlil dayı, 

Həzrəti Pirin türbəsinin inşasında ən böyük sədaqət və vəfadarlıq göstərən 

zatlardan olub öz məhəbbət və hörmətini oğullarına tamamilə miras 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə