1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə168/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   164   165   166   167   168   169   170   171   ...   181

H Ü M A Y İ - Ə R Ş

    451

Açılsun qəlbi-gümrahın Nigaridir çü dilxahın,

Münəvvər cismi ol şahın hüzurunda imam olsun.

Namazı sübhü şam öglə anınla qıl, dua eylə,

Sana yüz bin səxa ilə anın beyti məqam olsun.

Gəzdim kuhu səhranı gördüm zirü balanı,

Umaram dinü imanı virən anı Xudam olsun.

Kamal ərməz kəmalinə ulaşmaz göz camalinə,

Anın əla cəmalinə fəda ata-anam olsun.

Könül yad eyləməz hərgah diyər anlara həp billah,

Ərib lütfi-rəsulillah şəfii-yəvmi-qiyam olsun.

Həzaran sad həzar, ey dil, Xudanın rəhmi var, ey dil,

Cihanda yadigar, ey dil, sana Rəncuri nam olsun.

* * *


Gedərsən şahı-üşşaqa çü rahi-açığın vardır,

Xəbər ver ziri-dəstimdə sənin bir aşiqin vardır.

Sərapa ahu əfqanı tutubdur kuhü səhranı,

Vəşi-Fərhadü Məcnunun misalı-Vamiqin vardır.

Şərabı-nabı-ləlinçün dəxi bin intizar ilə,

Dili-məcruhu-pür-dağın cigəri yanığın vardır.

Əcəb səyyadı-kamilsən ki, tirin tirəgahında,

Keçüb firqət sarayında yatar bir yazığın vardır.

Çü sənsin xəlfeyi-kamil bi-həmdillah ki, ol şahın,

Hüzuru-sərvi-qəddində qılub sadiqin vardır.

Dili-bimarımda zarın, həbiba, dərdi-düşvarın, 

Görüb bin ərzi-hal eylə çün öylə haziqin vardır.

Bəlayı-bi-şümarınçün nə qəm var, xəstə Rəncuri,

Ki bin bin himməti-pirin, rəhim bir xaliqin vardır.

* * *


Hifz eyləsün gözdən Xuda kim cəm olub məstanələr,

Saqi eylər sağdan nida əldə dolu peymanələr.

Var eyləsün Haqq yarını, kar eyləsün inkarını,

İzhar edib ənvarını rövnəq bulub meyxanələr.


452     

H Ü M A Y İ - Ə R Ş



Çıxub əldə zərrin qədəh cövlanə can eylər fərah,

Gəh dövr eylər, gəh rəqs, gəh ağlar, gülər divanələr.

Öpüb dəsti-əltafını umarlar camı-safını,

Almış qamu ətrafını Rəncur tək suzanələr.

* * *


Çəküb əl qəhri-dünyadan, könül, cövrü-cəfadan keç,

Fənadır axiri əlbət fərəhlənmə səfadan keç.

Həzər qıl ruzi-məhşərdən olan sorğu-sual içün,

Qılub fəryadı-vaqifanlar bu gün çeşmi-ziyadan keç.

Bilürsən nəfsi-insani çox eylər bunda üsyanı,

Kərəm qıl Hayyi-Rabbani qamu əhli-xətadan keç.

Sualı-yeddidən hifz et, siratı-müstəqimindən,

Bağışlagil asilərin və həm yüzü qaradan keç.

Dərində gözləri giryan edər bu xəstə-dil Rəncur,

Günahın məğfirət eylə olan fərzi-qəzadan keç.

* * *


Ah kim, ey dil, çü gitti xəlfeyi-xan ağlaqıl,

Vah kim bu il Qazağı oldu viran ağlaqıl.

Qəm çəküb qan-yaş döküb gözlərim giryan edər,

Qərq olub dərdi-dərunə zarı-zaran ağlaqıl.

Can verüb eşqində daim an gibi şəhzadənin,

Seyl edüb hər sirişkin misli-ümman ağlaqıl.

Eyləyüb beytin ziyarət görmədən didarını,

Bulmadan andan fənadə dərdə dərman ağlaqıl.

Ey gözüm, olmazmı əhvalı pərişan aləmin,

Güc edər andan sora bu xəlqə şeytan ağlaqıl.

Gözləyib rahi-şərifin gəlməyin Haqdan dilə,

Kəs anın payi-şərifi altında qurban ağlaqıl.

Eylədin cürmi-kəbiri nəfsi-əmmarədən həzər,

Dur müqabili-həzrətində bağla dəstan ağlaqıl.


H Ü M A Y İ - Ə R Ş

    453

Söyləsün lütfi-nəsihət elmi-bürhandan sana,

Dut qulağın dinlə anı nalə əfqan ağlaqıl.

Həm sualı-Nəkrü Münkir, həm əzabı-qəbr içün,

Gözlərindən eylə daim xuni-əfşan ağlaqıl.

Heyətindən xof edüb hər dəm saqın ol Xaliqin,

Rəhmətindən istə hər dəm lütfü ehsan ağlaqıl.

Cənnətindən qıl təmənna ol Qafurun hər zaman,

İbrət eylə duzəxindən istə əman ağlaqıl.

Şimdi, ey dil, hali-zarın oldu Məcnundan betər,

Dari-dünya içrə gönlün yaxdı hicran ağlaqıl.

Xəstə Rəncuri, otur bir guşeyi-səhradə sən,

Gahi izhar eylə dərdin, gahi pünhan ağlaqıl.

* * *


Ol dəm ki, bən səndən cüda, biganə mən, biganə mən,

Olsam əcəbmi, ey gözüm, divanə mən, divanə mən.

Ey can ki, məndən bu cahan, heyfa ki, həm zühur olub,

Can vermədim, can vermədim, mərdanə mən, mərdanə mən.

Fərhadvəş səndən cüda bu aləmə salmış səda,

Olsam əcəb düşsəm əgər əfganə mən, əfganə mən.

Düşdüm qəmi-zaman ilə hər ləhzə ki fəğan ilə,

Bu dideyi-giryan ilə hicranə mən, hicranə mən.

Gözyaşımı ümman ilə, gül yüzümü tufan ilə,

Seyr eylədim Məcnun gibi hər yanə mən, hər yanə mən.

Gəldim dəri-cananına bən xəstəyi-didarına

Baxmazmı heç bizarına qurbanə mən, qurbanə mən.

Sürdüm yüzüm dərgahına, qıldım səna Allahına,

Ərz eylədim əhvalimi sultanə mən, sultanə mən.

Hərçənd ki, qüsurluyam, mən bu dərgahın quluyam,

Acizəm, yetim Rəncuriyəm, loğmanə mən, loğmanə mən 


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə