1 Hümayi rş e


     H Ü M A Y İ - Ə R Ş Qütbül-arifin, qövsül-vasilin, zübdətül-kümməlin, qüdvətül-



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə169/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   165   166   167   168   169   170   171   172   ...   181

454     

H Ü M A Y İ - Ə R Ş



Qütbül-arifin, qövsül-vasilin, zübdətül-kümməlin, qüdvətül-

əkməlin, əş-Şeyx əl-Hac əl-Əmir əl-Həmzə əl-Qarabaği əl-Bərgüşadi 

əl-Heydəri əl-Bali qaddəsallahu sırrahul-ali həzrətlərinin dərgahı-

feyz-iktinahında mişkatı-həqiqətdən bəhrəyabı-feyz və irfan olan zat-

ların idrak etdikləri arifanə məqamları həqaiqdən bir zərrə ola 

raq 

rəmzən təsvirə inayəti-rəbbani raygan buyurulan acizanə bir la yihədir.

İstila etmiş bütün qəlbimi eşqi-Nigar,

Malik deyiləm nəfsə yox əldə bir ixtiyar.

Gecə, gündüzlər daim sevdayi-Nigar ilə,

Qəlbim fəryad edərdi çün Qeysü Leylayi-zar

Bu hal bəni ilətti dəryayi-mərifətə,

Gör ki, nələr gördüm bən çün şahid Girdi-gar.

Bir rüxi-alişanın həlqeyi-irfanında,

Durmuş niçə arifan ki, haleyi-qəmərvar.

Nəfəsim atub büryanə sıfatı-qəlbə doğru,

Təvəccöh eyləyərək oldum vaqifi-əsrar.

Kim idi dirsən o ruh, bir şahı-zil-cənaheyn,

İsmi Həmzə, şahənşah ləqəbi Seyyid Nigar.

Geymiş İlahi bir tac, qoymuş başına qıyqac,

Əfsəri-mübarəkdə bir nur eyləmiş qərar.

Bir nur ki, nuru-əkvan deyil yanında şəm,

Şübhəsiz, yədi-qüdrət etmiş onu şölə-dar.

İnikas etdikcə nur qəlbimdə əksi-ziya

Anlatdı arifanı göstərdi həp aşikar.

İştə bu şəmsi-Haqqın peyki-irfanı olan

Mahi-tabandan zərrə eyləyim bən də ixbar.

1 - Biri onun salikdi təriqi-hidayətdə,

Durmaq üzrə eyləmiş əhdü misaqü iqrar.

Gərçi səyahət eylər kürəyi-zəmin üzrə

Qaibdə, amma ki o bəhri-lədunda səyyar.

2 - Digər biri vardı ki sirri-həqaiqə o,

Vasil olmaqla olmuş müntəxəbi-Gird-gar.

İşi, gücü onun həp samitü əbkəm olmaq,

Gər söyləsəydi aləm yanardı pərvanəvar.


H Ü M A Y İ - Ə R Ş

    455

3 - Üçüncüsü bunlardan haliylə qaim olmuş,

Bir təşnəlik hissini duymamış nəfsi-qəddar.

Lakin bu haliylə bir sirrinə bax ki, onun

Həft dərya edəməz sirab ilə kamkar.

4 - Üsvətü-sadat idi dördüncü olan bir zat,

Bunun vəsfin nə deyim xalq içrə bir nigəhdar.

Gərçi zahirdə yoxdu xalqdan ayrı bir fərqi,

Amma ki mənada o bir qəməri-nur-nisar.

5 - Dördüncüdən bir rütbə yuxarı olan zat ki,

Əhvalı olmuş onun günəş gibi aşikar.

Ziyasını ətrafa nəşr etmək ilə məmur,

Hikmət-cuyanı-Haqqa eylər i’lamı-əsrar.

6 - Bu zatın ziddinə bir şatih ünvanın alan,

Bir dərbanı-mərifət vardı ki, ulül-əbsar.

Kəndisini sətr etmiş bin bir pərdə içində,

Davayı-Haqq eylər o, xalq etməz onu iqrar,

Kim bunu etsə inkar odur axmaq bi-şübhə,

Ədüvvi-ilahidir həm də bu cəhli-məkkar.

7 - Yeddincisi ustadın mülkü-qəlbə təsərrüf,

Ümuru-behinində bir şahı-Bəhai var.

Əzmü səbatiylə onun cəbhəsində ləməan,

Eyləyən nuri-ziya etmiş məhrəmi-əsrar.

8 - Bu Xudai saliki təqib edən bir aşiq,

Siddiqi-əkbər gibi sinəsuzandır hər bar.

Sirrül-xəfada bu zat aləmi nurlara qərq,

Edən budur neyləyim görməzsə bi-nəngü-ar.

9 - Sahibi-nəfəsdi bundan bir dərəcə balatər,

Ənfası-mübarəki bu Çərxi eylər dəvvar.

Gər həbsi-nəfəs etsə bir dəmdə şəmsü qəmər,

Heç şübhəsiz, olurlar püfkərdeyi-ruzigar.

10 - Bu aşiqin yanında duran sadatı-arif,

Sərini versə dəxi sirrin eylərdi inkar.

Bunların qürbiyyəti şöləyi-bərqiyyəyi,

Yad etdirdi olmasın bana baisi-ənvar.

Çün biri aşiq idi bülbül tək eylər əfqan,

Biri atəşə düşsə dərdin etməzdi izhar.

Bu vadidə bir çox raz söyləmək mümkün, amma

Naməhrəmə bu gibi sirr söyləməkdir düşvar.

Ancaq bunu deyim ki, bu zatı-alişanın

Mənəvi rütbəsində adı katimül-əsrar.


456     

H Ü M A Y İ - Ə R Ş



11 - Tam mərkəzi nöqtədə vardı bir arifi-Haqq,

Simasında səcdənin asarı həp nümudar.

Bu zatın məqamının icabı idi hər hal,

Rahəttə olsa kəndin bəlaya eylər düçar.

Gər birisi istəsə dərdinə bulmaq çarə,

Çarə-cuyi-bəlayə olurdu düşnam-şümar.

Bunun səfayı-qəlbin səncə nə əql edərsən,

Şəmsü qəmərdən parlaq olduğun eylə iqrar.

12 - Bir bülbüli-xoşzəban vermiş halqaya rövnəq,

Namusu-əkbər idi peyki-əmini-Nigar.

Vəzifeyi-irfanı ilhami təfsir etmək,

Muhamməd Mustafanın şər’in eyləmək izhar.

Surətən görünüşü rəsmi xocalar gibi, 

Sirəttə lakin o zat Kərubu-ərşi-Ğəffar.

Beynəl-ürəfa adı həm seyyidül-qövm idi,

Bilir isən bu zatı demə kimsəyə zinhar.

13 - Sağa doğru oturan rast pişeyi-kamilan,

Məqamı-riyazətdə bulmuş idi istiqrar.

Məqamı-təlvin ilə kəmalatı-məkini,

Etmişdi onu biz-zat irfan evinə sərdar.

Əyyub görəydi onu səbrin edərdi təqdir,

Zindan içrə pa-bəndkən olurdu qəhqəhədar.

14 - Bundan ötə birisi kərim ibnül-kərimdi,

Məzhəriyyət icabı namı-namiyi-Ğəffar.

Öylə dərya-dildi ki, dünyada hər bir günah,

Nəzdi-qüdsində onun layiqi-əfvi-Səttar.

15 - Bununla həmhal olan bir zatı-zi-meymənət,

Cihan olsaydı onun eylərdi əlbət isar.

Guya ki, füqəraya yardım için xəlq olmuş,

Özgə için eyləmiş dərdi özünə şiar.

Bunun hali əcibdi taqətgüdaz idi həp,

Gecə-gündüz hər daim hali olmaqdı bidar.

16 - Miratı-dilə malik jənki-səvaddan azad,

Bir zat ki, eyləmişdi məclisi nurul-ənvar.

Sirri-təcəlli hər dəm qəlbində şölə-əfza,

Onun qəlbinin əksi şəmsi etmiş ziyadar.

Bir masiva halindən onu məşğul qılmamış,

Daim rəbbiylə qaim vücudu eylər əzkar.

İdrak etdiyi halat tavqı-bəşərdən xaric,

Bu bir görüşdür amma vəsfinə yox iqtidar.


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə