1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə172/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   168   169   170   171   172   173   174   175   ...   181

H Ü M A Y İ - Ə R Ş

    463

Yarınızın firaqı etdi təşdid məraqı, 

Çal neyzənim Üşşaqı, çınlat bütün afaqı.

Təqsimində, ey saqi, bul nöqteyi-mehraqı,

Ur mutriba Əraqı, dil eyləsün məzaqı,

Qalsun bu nəşə baqi, irsün muradə, saqi.

Vadiyi-atəş-zarı vəhdəti-peyam o narı,

Vəhyi-hikmət nisarı çöhrə-nümun dildarı,

Şahrahı-ərş mədarı xitabı-Gird-garı,

İstər könül Nigari həm eylər ahü zarı,

Neylər tən nizarı yetməzsə dadə, saqi. 

O ruhların fəhhacı o gözlərin vəhhacı,

O başların sərtacı könüllər ibtihacı,

Yəni ki, Mir Siraci oldu bəla amacı,

Atəşlərə Siraci, yandı nədir ilaci,

Gəl ol sən ona naci sübhü məsadə, saqi.

Polatxanəli əski mal müdirlərindən Salim əfəndinin təxmisləri 

ey nən əlyazısından Amasiya şəhərində füyuzat dolu məkanda uyuyan 

qütbül-vasilin, qavsül-aşiqin Mövlanə Əs-Seyyid Mir Hacı Həmzə Nigari 

(q.s) həzrətlərinin arifanə qəzəlinin təxmisidir:

Behin tərz, behin tarh, behin gülzardır sevda,

Gözəl qamət, gözəl şivə, gözəl rəftardır sevda.

Zəhi surət, zəhi sirət, zəhi göftardır sevda,

Əcəb nəqşü əcəb nəqqaş əcəb pürkardır sevda,

Əcəb eşqü əcəb üşşaq, əcəb xoşkardır sevda.

Gönül iqlimini zəbt eyləmiş bi-rayətü ləşkər,

Səriri-arayi-vəcdü cəzbədir ol lafəta sərkər.

Səri-üşşaqə sayə bəxş edüb açmış idi şəhpər,

Əcəb bi-yaru bi-yavər, əcəb bi-tirü bi-xəncər,

Bəhadır şiri-cəngavər, əcəb sərdardır sevda.

Yıxar nəqşi-sivaullahı verir əğyarına rüxsət,

Yapar beyti-Xuda seyrrdə şiranı edər dəvət.

Könüllər ləhdidir Mehdiyi səvadül-eyn vəcdiyət,

Əcəb halət ki, bi-alət əcəb hikmət ki, bi-zəhmət,

Məşəqqətsiz dili-viraneyi əmmardır sevda.

Sarayı-(li maallah)a güşadə rahı-əsradır,

Məqamı-(qürb əvədna)yə muvassal bərqi-bicadır,

Mutalsam ismü zatı müctəmi bir Xızrı-ülyadır,

Açılmaz bir memardır bilinməz elmi-kimyadır,

Mücərrəd qeybdir düşvartər əsrardır sevda.


464     

H Ü M A Y İ - Ə R Ş



Üsuli-danişü idrak başqa sahədən peyda,

Dəsatiri-üqulü rədd edər bunda dili-şeyda,

Cünunu-xass ilə eylər rəşadət Qeysi bi-həmta,

Dəlili-rahi-Leyla məhrəmi-əsrardır amma,

Əbul-üşşaqdır fərzəndi-hüsnü-yardır sevda.

Təmənniyatı-(əfqar) ərzinə mehrab və minbərdir,

Hərimi-izzətə meracı-ülyayi-müqərrərdir,

Cəmalullahı seyr etdirməyə miratı-ənvərdir,

Miyanı-aşiq və məşuqə dair bir peyğəmbərdir,

Nəbiyyil-aşiqandır, Cibrili-dildardır sevda.

Hüsuli-məqsədi-üşşaq için haqqıyla raifdir,

Ki (ədin minni) razın kəşfə ciddən müxalifdir.

İradəti-Haqdadır hər dəmdə ilhama müsadifdir,

Ədibi-kudəkan məktəbi-elmü-məarifdir,

Ki rəbbil-arifandır pərvəriş-kirdardır sevda.

...

...

...

...

Buyursun rindi-piri-Muğanə amidi meyxanə,

(Və səqahum şərabən) zövqü ilə sunmaqda peymanə.

Dəri-Mir Nigariyə yürü (Salim) zəlilanə,

Nigari damənin dut xaki-payin öp ki, musirranə,

Yədi-Xeybər güşadır, fatihi-didardır sevda. 

Cevri əfəndi

Cevri əfəndi İbnül-Əmin Mahmud Kamal bəyin “Son əsr şairləri” adlı 

əsərindən eynən iqtibas (səh. 249).

İbrahim Cevri əfəndi rica üzərinə göndərdiyi vərəqdə deyir ki: 

“İbrahim Cevri bin Hüseyn bin Əhməd bin Mustafa bin Abdullah 

Merzifoni. 

1267-ci ilin məhərrəm ayında [m.1850 noyabr/dekabr] Merzifonun 

Hacı Salih məhəlləsində atam Hüseyn əfəndinin evində dünyaya gəldim.

İki yaşımda ikən atam vəfat etməklə anamla bərabər ana babamın 

yanına yerləşdik. Bu ev xalqı istər kişi, istər qadın ﻭ ﻢﻠﺴﻣ ﻞﻛ ﻰﻠﻋ ﺔﻀﻳﺮﻓ ﻢﻠﻌﻟﺍ ﺐﻠﻁ 

ﺔﻤﻠﺴﻣ (Elm hər bir müsəlman kişi və qadına fərzdir) əhkamına əvvəldən də 

riayət edənlərdən olduğundan, hələ kiçik yaşlarımdan evdə Quran qiraəti

təcvid, elmi-hal (ibtidai dini biliklər) və risaleyi-əxlaq kimi elmləri təlim 

etdilər. Bir az daha böyüyüncə məhəllə məktəbinə göndərərək Quran 

hafizliyinə və ondan sonra süls xəttilə yazmaq üçün bir xəttata və daha 

sonra Rüşdiyyəyə davam etdirdilər. 

Rüşdiyyədən sonra mədrəsə dərslərinə davam ilə sərf, nəhv (ərəb 

dilinin morfologiyası və sintaksisi), məntiq, fiqh oxuduqdan sonra 1291-ci 

ildə [m. 1874/75] İstanbula gələrək təhsilimi tamamlamaqda ikən 1292-ci 




H Ü M A Y İ - Ə R Ş

    465

ildə [m. 1875/76] bir müsabiqə imtahanı ilə Beşiktaş Əsgəri Rüşdiyyəsinə 

türkçə müəllimi təyin olundum. Məşhur mərhum şair Nabizadə Nazim ilk 

tələbələrimizdəndir. 

Üç il qeyd edilən müəllimlikdə qaldıqdan sonra Səlanikdə “Tərəqqi” 

adlı yenicə təsis olunmuş xüsusi məktəbə nəql edildim. Yeddi il tədrislə 

məşğul olduqdan sonra Mülkiyə İdadisinə məmur getdim.

Səlanik Əsgəri Rüşdiyyəsinin türkcə və daha sonra ərəbcə müəllim-

liyinə təyin olundum. 1324-cü ildə [m. 1906/07] Amasiya millət vəkilliyinə 

se çil diyimdən Məclis buraxılana qədər çalışdım.

249

 1328-ci ildə  [m. 



1910/11] Gelenbəvi İdadiyyəsində ədəbiyyat və Mərcan İdadiyyəsində 

türk cə müəllimi oldum. Bir il sonra qeyd edilən məktəblər Sultaniyyəyə 

təh vil edilməklə Gelənbəvi Sultaniyyəsinin ədəbiyyatı öhdəmdə qaldı və 

fəlsəfə dərsi də birləşdirilərək xidmətim Gelənbəvi ilə məhdudlaşdı. 

1331-ci ilin  [m. 1912/13] martında vəzifəm artırılaraq Bəzmi-aləm 

Validə Ünas (qızlar litseyi) Sultaniyyəsinə ədəbiyyat müəllimliyinə keçdim. 

1333-cü ildə  [m. 1914/15] İsparta vəkilliyinə seçilərək noyabra qədər 

qaldım. Bəzmi-aləm müəllimliyi öhdəmdə qalıb məclisin toplanmasına 

qədər dərslərimi keçirdim.  

21 eylül (sentyabr) 1337-ci ildə  [m. 1918/19] yaşıma görə təqaüdə çıx-

dım. 

Səlanikdə 1301-ci ildə  [m. 1883/84] evləndim. İndiyə qədər üç oğlum 



dünyaya gəldi. Birincisi olan Mehmed Nurul-hüda dünyadan getdi. Digər 

ikisi ki, Əhməd Azmi və Həsən Safidir həyatdadırlar. Kimsə ilə görüşməz

iqbal arxasından qaçmaz, izdihamı sevməz, guşənişin təbiətli, halına qane 

bir adamam.  

Bu da 1271-ci ildə  [m. 1854/55] atam vəfat edərək yetim qaldığımdan, 

anamı qeyb etdikdən sonra hüzn ilə böyüyərək bu halın damarlarıma və 

bədənimə işləmiş olmasının nəticəsidir. 

 Son. İbnül-Əmin Mahmud Kamal bəyin sözləri.

Müəllim Cevri əfəndi elmilə fəzilət əhlinin ən seçilmişlərindəndir. 

İllərcə oxumuş, illərcə oxutmuş, elmdə məharət hasil etmişdi. 

Ərəb və fars dillərinə ana dili dərəcəsində vaqif və üç dildə –o dillərin 

ən mühüm şair və yazarları mərtəbəsində nəzm və nəsrə müqtədirdir. 

Fransızcaya aşinadır. Hətta, La Martinin “Göl” mənzuməsini nəzmən tər-

cümə etmişdir. Sürətlə və asanlıqla şeir söyləyənlərdəndir. Şeirlərində 

ağır lıq yoxdur. 

Şeyxül-islam Əbus-Suud mərhumun Sultan Süleyman haqqındakı 

ərəb cə məşhur mərsiyəsinin tərcümə edilməsini vaxtilə bəzi fazillərə 

təklif etmişdim. O zaman Səlanikdə olan Cevri əfəndi –bir neçə saat 

249

  Cənnət-məkan mərhum Cevri əfəndi birinci dövrədə Amasiya millətvəkili təyin 



olunmuşdu. İkincidə mərhumu amasiyalılar seçilməyə qoya bilməzdilər. Səbəbi də 

onun millətvəkilliyi zamanında bir kərə də olsun, seçki dairəsinə gəlməməsi idi. O 

zaman “İttihad və Tərəqqi”nin nümayəndəsi olaraq Sivasda olan mərhum Mustafa 

Nəcib bəy onun Amasiya vəkilliyinə seçilməsini və özünün çox dəyərli, fəzilətkar bir 

zat olduğunu söyləmiş isə də, yuxarıdakı bəhanəni gətirməklə onun təyinində israr 

edilməməsini özündən rica etmişlərmiş. 

     (Sabiq, yəni Məşrutiyyətdən sonra ikinci dövrə millətvəkilliyinə seçilən Qurdoğlu 

Həsən Rasim bəyin rəvayətindən). 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə