1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə170/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   166   167   168   169   170   171   172   173   ...   181

H Ü M A Y İ - Ə R Ş

    457

17 - Vəchi-Haqqa hər daim müvazi bir zat vardı,

Rəxşan edərdi yüzün təcəlliyi-Gird-gar.

Haqda Haqq ilə qaim olmuşdu o kərəmvar,

İrfanı dərəcəsin bən eyləyəməm təzkar.

18 - Bu zat ilə birisi cinah-pərdaz olaraq,

Alayi-illiyyində olmuşlardı kamkar.

Gahi üruc edərlər fövqəs-səma bir yerə,

Bu hallarıyla onlar olmuşlardı payidar.

Hangi mənzil əshabı olsa bunların dəxi,

Görməklə yüzlərini duyarlardı iftixar.

19 - Bir şahsüvarı-irfan meyi-heyrətlə sərməst,

Heyrəti izdiyadla olmuş idi bərxurdar.

Hər vadiyi dolaşmış hər şeydən kəsmiş ümid,

Gər heyrəti azalsa dərhal olurdu bizar.

Tuhaflığın bir gör ki, diləkləri tərk etmiş,

Heyrət-fəza olmaqçün əlin səmayə açar.

20 - Bu şahbazın yanında bir məxmuri-əzəli,

Meyi-eşq ilə olmuş sərməsti-rüxi-dildar.

Sunmuş qədəhi buna saqiyi-əzəl əvvəl,

Bil ki, bunu içərkən yoxdu bir taku xammar.

Ta o gündən bəridir ayılmaq heç bilməmiş,

Fəqət saqi hər zaman olmuş ona şərabdar.

21 - Oturmuşdu bununla ərbabı-dirayətdən,

Bir xidivi-mərifət Kəbi, ali namdar.

Azadeyi-səkrdi halı-səhv ilə pabənd,

Olmuşdu, lakin əzmi kəndisinə pərdə-dar.

Bu pərdə deyil hicab; budur hali-müstətab,

Qibtə-keşi-ənbiya məqam budur, ey dildar.

22 - Bu aşiqi-dilsuzun yəminində muqimdi,

Ustadı-vəcdü ğaram, xeyrül-xalq vəl-əbrar.

Bu zatın eşqi idi Ruhi-Qüds ilə həmzad,

Məcnunü Kərəm, Fərhad bunun yanında şirxar.

23 - Bir arifi-rəbbani vardı bu zata həmsər,

Bunlar idi be hərhal bir-birindən bəxtiyar.

Lakin bu zatın hali bir dəryayi-ümmandı,

Bütün müqərrəbinə bu idi dürri-şəhvar.

24 - Bir qüdsi vəzifəylə həm mələi-əlada,

Məmur olan bir zat ki, sahibqıranı-ədvar.

Kamillikdə təmkini özünə adət etmiş,

Şərarəyi-eşqindən aləmi-əkvan yanar.


458     

H Ü M A Y İ - Ə R Ş



25 - Hələ bir saliki-Haqq o məclisə şərəfza,

Olmuşdu, lakin onun hər hali idi muxtar.

Qüdsi məhabətiylə ərşi edərkən lərzan,

Təb’indəki lətafət tifli eylər cürətkar.

26 - Cəlilül-qədr bir zat kürsiyi-eşqdə yekta,

O mə’şəri-irfana o idi sipəhsalar.

Ol varisi-kəmalat əhrarı-ürəfayı

Əmvacı-tufanidən odur Nuhu-xilaskar.

Bir məqama ərmiş kim xəyalı belə muhal,

Onu ancaq ərdirən bilir Xudavəndigar.

Tamməyi-mübarəki Cövza ilə mütəvvəc,

Nəleyni-şərifi həm Süha ilə zinət-dar.

Budur beynəl-ürəfa isbatü həm iqrarın,

Sahibi-rüşdü fəzli, ey Haqqa pərəstişkar.

Qüdrətim daxilində gördüyüm etdim təsvir,

Mümkünmü ki, dadmayan zövqdən olsun xəbərdar.

Bu nurlar mənbələri mənim gördüklərimdir,

Heç şübhəsiz binlərcə vardı bəndeyi-Nigar.

Hər biri bir məqamın sahibi-yeganəsi,

Olmuş nicə arslanlar bunlar gibi səd həzar.

Bir təcəlliyə məzhər idi ki, ol şəhinşah,

Zülmətdə Zülqərneynə edərdi nəşri-ənvar.

Bən yazdığım məqamat ali-əbayi-qüdsün,

Sayəsində ərilmiş bir məqamı-feyz-ənvar.

Heç kimsəyə olmamış dünya olalı nəsib,

Böylə irfan ocağı, böylə mürşidi-əbrar.

Gər görsəydi Bəyazid bu piri-kümməlini,

Dərhal olurdu mürid canın eylərdi nisar.

Vəsfinə gücüm yetməz sən şu qədər anla ki,

Əsas mürşidi idi onun Heydəri-Kərrar.

Tinəti-Mürtəzayı əxlaqi-müctəbaya,

Məzc edərək olmuşdu piri-səadət-mədar.

Seyyidüş-şühədaya xeyrül-xələf olmaqçün,

Yədi-qüdrət etmişdi tərbiyəsin ixtiyar.

Ol sərvəri-kainat sayəsini hər zaman,

İbzal buyurmuş ona ta ki olmuş aləmdar.

Onun için demişdi: “Mən Məsiha nəfəsəm”

Həzrəti-fərdiyyətdə bulmuşdu cayi-qərar.

Gər anladınsa sözüm ruhani dərgahından,

Həman eylə təfəyyüz ol vasili-Gird-gar.

Demə saqın ölmüşdür naqisliyi bərtərəf

Eylə, dərhal et şitab ta olasın kamkar.

Bundan fazla əsrarı açmaya qüdrətim yox,

Sən ziyadə bilirsən eylə izahı-əsrar.

Bundan sonra qaldı bir nəfsimə dua etmək,

Əhli-hal isən sən də amin de, ey vəfakar.


H Ü M A Y İ - Ə R Ş

    459

Ya Rəbb, zatına məxsus sirrül-əsrar haqqıyçün,

Ya Rəbb, sirri-rəsul Əhmədi-muxtar haqqıyçün,

Ya Rəbb, Xədicə, Fatimeyi-razdar haqqıyçün,

Ya Rəbb, Əli, Həsən sahibul-əsrar haqqıyçün,

Ya Rəbb, sirri-şəhadət Hüseyni-kamkar haqqıyçün,

Ya Rəbb, bəqayi-şər, ruzi-şümar haqqıyçün,

Ya Rəbb, nəsli-paki-rəsuli-Gird-gar haqqıyçün,

Ya Rəbb, mühacirini-əshabü ənsar haqqıyçün,

Ya Rəbb, ya Rəbb, ürəfayi-əbrar haqqıyçün,

Ya Rəbb, piranü salikanı-əxyar haqqıyçün,

Bu əbdi-həqiri etmə sən dər ruzi-şümar,

Əcdadına şeyn-avərü bimədar.

Ya Rəbb, zatını etdiyin səna haqqıyçün,

Qürbi-qabə qövseyn əv ədna haqqıyçün,

Ya Rəbb, həbibin Muhamməd Mustafa haqqıyçün,

Ya Rəbb, ərbabı-eşq və əhli-səfa haqqıyçün,

Ya Rəbb, firiştəganı-mələi-əla haqqıyçün,

Ya Rəbb, kərubi-la xəla la məla haqqıyçün,

Ya Rəbb, ənbiya, övliya, əsfiya haqqıyçün,

Ya Rəbb, şühəda, ürəfa, ətqiya haqqıyçün,

Ya Rəbb, hərimi-Qüds ilə bəzmi-üns haqqıyçün,

Səni zikr eyləyən afaq və ənfüs haqqıyçün,

Babam, anam dəxi cəddat və əcdad,

Həm fər və əslim nə ki var dəxi ustad,

Cümləsi olalar qərini-qüdsində dilşad,

Bi-hörmətin-nəbiyyil-kərim və alihil-əmcad.

 Cənab Mühyiddin bəy tərəfindən 

Siracəddin əfəndinin qəzəlinə yazılmış nəzirə

Mərhum Nigarizadə Sirac əfəndinin bir qəzəlinə Cənab Mühyiddinin 

nəzirəsi

Ləb-təşneyi-füyuzam, lütf eylə badə, saqi,

Meyxaneyi-əməldə bən namuradə, saqi.

Səhranəvərdi-eşqəm yıllarca xəstə məhcur,

Bir şəhsüvar ikən bən düşdüm piyadə, saqi.

Sağər deyil əlindən hurmətlə aldığım cam,

Mişkatı-mənəvidir rahı-Xudadə, saqi.

Miyani-zövq edərlər Allahı Əhli-beytin,

Da’ ma kədərdə, saqi, xuz ma səfadə, saqi.

Allah ki anındır həp gönüllərdə, yerdə hər şey,

Bi-intəha meyanda təhtəs-sərada, saqi.

Məhbubu-qurəbayı təqdis için yetişməz,

Əqlama cümlə əşcar, dərya midadə, saqi.



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə