|
1 Hümayi rş e
H Ü M A Y İ - Ə R Ş
65
feyzin varidatına nail şərəfinə çatsa da yenə ilahi feyzi axtarmalıdır. Həmən birdən
aşıb-daşıb
ﷲ ﺍﻮﺳ ﻲﺘﺒﺟ ﻲﻓ ﺲﻴﻟ ﻲﻧﺄﺷ ﻢﻈﻋﺃ ﺎﻣ ﻲﻧﺎﺤﺒﺳ ﻖﺤﻟﺍ ﺎﻧﺃ
[Mən Həqqəm, Sübhanam,
şənim böyükdür, cübbəmin içindəki Allahdan başqası deyildir] deməməli, Məhəmməd
peyğəmbər kimi mükəmməl sifətlərə sahib olmağa səy etməli və hər an ilahi nura və
İlahi lütfün təcəlliyatına məzhər olduqca yenə
ﻚﺘﻓﺮﻌﻣ ﻖﺣ ﻙﺎﻨﻓﺮﻋ ﺎﻣ
[Biz səni layiq
olduğun şəkildə tanıya bilmədik] müqəddəs kəlamında gizli sirlərə müvafiq hərəkət
etməlidir.
Bu qabil müridlər bu halları üzrə davam və səbat etməlidirlər. Bunların sər ma-
yəsi Haqq üçün xalqdan ayrılma və xəlvətdir.
Həzrəti-imam (Qəzali) məsələni buraya gətirdikdə “Xalqa qarışmaq nəticəsində
vaqe olan bəlaları təsvir mahiyyətində xalqdan uzaqlaşan abdallarla qarşılaşan bəzi
səyyahların aralarında cərəyan edən müsahibəni ehtiva edən hekayəni sual və cavab
tərzində söylədiyi şəkildə mən də eynən məlumatı tamamlamaq üzrə dərc etməyə
məcbur qaldım.
Çünki Həzrəti imam bu məsələni çox uzadır, halbuki, bu təfsilat risalənin
yazılması qüdrətilə mütənasib olmadığı kimi əsil mətləbə müvafiq olacaq məqamlar
da iqtidarım nisbətində tərcümə edilmişdir. Bununla yanaşı daha geniş məlumat
almaq istəyənlər üçün Həzrətin kitabı hazırdır. Ondan istifadə etmək, əlbəttə, mənim
ifadəmdən qat-qat yüksəkdir. Odur ki, bunun üçün əsil məqsədə qayıdaraq məsələni
uzatmamaq arzusu ilə eyni hekayə dərc edildi.
Səyyah: Təhqiq yolu nə qədərdir?
Abdal: Bir
S: Məni bir əmələ yönəlt ki, onunla birlikdə qəlbimdə daima Allahımı tapım.
A: Xalqa nəzər etmə, çünki onlara nəzər zülmətdir.
S: Mən xalqa nəzər etməməzlik edə bilmərəm.
A: Xalqın kəlamını dinləmə, eşitmə, çünki onların sözünü dinləmək qəsvətdir.
S: Mən bunu da edə bilmərəm.
A: Xalq ilə münasibət qurma, çünki onlarla münasibət rəftarı vəhşət
doğurur.
S: Bu necə mümkün olar. Mən onların bir dəfə arasına düşdüm. İmkan yoxdur,
bunu edə bilmərəm. Mənə onların məlumatı zəruridir.
A: Onlar ilə bir arada oturma, çünki aralarında olmaq fəlakətə səbəb olur.
S: Bax, mən bu illətə mübtəlayam. Bu bəlanı dəf etməyə müqtədir deyiləm.
A: Çox qəribədir. Qafillərə baxarsan, cahillərin kəlamını dinlərsən, bivecləri ilə
münasibət qurarsan, bir də daima qəlbini masivaullahdan xali etməyə çalışarsan,
bu, qətiyyən mümkün olmaz, ola bilməz.
Həzrəti imamın mülahizələrinə burada nəhayət verərək ondan sonra meydana
çıxmış ariflərin hakimi Şeyxül-əkbər Həzrəti Mühyiddin ibn Ərəbi həzrətlərinin bu
mövzudakı mülahizələrini görmək məsələyə daha artıq rövnəq bəxş edəcəyindən o
məhrəmi-əsrarı-ilahinin ilhamverici kəlamlarını da bu bəhsə əlavə etməyi münasib
gördüm.
Ey Allah dostları, gözünüzü, qulağınızı açın. Mürid kimə deyirlər, bilirsinizmi?
Cənab Xudavəndi-zülcəlal sənə müvəffəqiyyətini dost eyləsin, mən də söyləyim bil.
Təsəvvüf istilahlarında “mürid” ləfzi ilahi sirlərə vaqif olan əhlüllahın mühəqqiqləri
nəzdində
66
H Ü M A Y İ - Ə R Ş
ﻪﺿﺮﻣ ﻭ ﷲ ﺏﺎﺤﻣ ﻲﻓ ﻲﻋﺎﺴﻟﺍ ﷲ ﺏﺎﻨﺠﻟ ﺮﻴﺜﻤﻟﺍ ﷲ ﻰﻟﺇ ﻊﻄﻘﻨﻤﻟﺍ
[Hər şeydən qopub
Allaha yönələn, Allah üçün verən, Allahın sevdiyi və razı olduğu əməllərə səy edən]
müqabilindədir. Yəni, əhlüllahın mühəqqiq alimlərindən olanlar, (Dilçilərin sərf,
nəhv, bəyan, bədi, kəlam, hikmət fənlərinin mühəqqiqləri deyil) bu mürid ləfzini
təsəvvüf lisanında "xalqdan Haqqa dönən, Cənabı-Haqqı seçib, Allahın riza və
məhəbbətinin cəlbinə səy edən"ə demişlər. Bəziləri də “mürid demək iradəsindən azad
olan” deməkdir söyləmişdir.
Sufi mühəqqiqləri ilə bizim nəzdimizdə müridin ən yüksək mərtəbəsi kəşfə nail
olmamaq surətilə iradə sahibi olmasıdır. Kəşf ilə olsa o mürid deyildir.
O kimsə, ancaq olacaq şeyi bilər. Necə ki, iradənin zühuru üçün vücudda və
qeyridə meydana gələn şeylər səbəbilə murad şərt deyildir. Məhz bu xüsusa əsasəndir
ki, zühur etməzdən qabaq iradəsinə tabe olaraq cücərməyə başlamış halların eynən
təcəlli olması da buna şərt olaraq qəbul üçün dəlil sayıla bilməz. Bəzən olmur, bəzən
olur, bu hal, şərt olmasını gərəkdirməz.
Müridin halı istər xatirinə xoş, istərsə də naxoş olsun baş verən işlərə razı
olmalı və onların zühurundan həzz almalıdır.
Mürid haqqında bu geniş mülahizələrimlə tanış olduqdan sonra bir kimsəyə ki,
Cənabı-Allah muradını bildirir, ona Cənabı-Allahdan bir lütf olar.
Əzəli inayətin bu surətlə zühuru o kimsəni təcəlliyata görə şükrana sövq etmək
üçündür, xüsusilə zühur edəcək şeydə; başqasında deyil.
O vüquf və ittilanı şərən riza, səbr, şükürdən vaqe tələbi necədirsə o şəkildə də
onu qəbul edər.
Əgər bu, xəbər verməklə olursa, o kimsə də mürid olur bunu da bil. Fəqət bu
istək, razılaşmaq istəyidir. Bu, onunla iradənin qiyamıdır, iradəsini yeritmək de yildir.
Bu yolda iradəsi olmayan mürid adlanmaz. O, Allahın mürididir, yaxud yarat dıq-
larından birinə Cənabı-Allah tərəfindən bəxş edilmiş bir ilahi nemətdir.
Allahın yaratdıqları içərisində bir kimsənin bu məqama nail olduğunu eşitmədik,
çünki bizim nəzdimizdə həm kəşf yolu ilə, həm də nəqlən səhih olan bir həqiqətdir
ki, Həzrəti Məhəmmədin (s.ə.v) məqamından daha ali bir məqam yoxdur. Bununla
bərabər cahanın fəxri peyğəmbər Cənabı-Allahdan bir şey dilədi. O tələb etdiyi şeylər
arasında ümmətinin ümidsizlik və şiddətə məruz qoyulmaması ricası da vardı. Fəqət
Cənabı-Haqq qəbul etmədi. Həzrəti Rəsuli-əkrəm (s.ə.v) “Cənabı-Haqq mənə qadağan
etdi” buyurdular. Artıq düşünülsün. İradəsini göstərmək məqamı Həzrəti-fəxri-aləm
üçün bərqərar olmamışdırsa, başqa bir kimsənin bu məqama nail olması qabildirmi?
Bir kimsəni Cənabı-Haqq ilahi muradlarına vaqif edərsə və bununla onu xüsusi və
seçkin qılarsa, ancaq vaqe olacaq ilahi iradəsidir. Bu surətlə iradəsinin təsiri zahir olur.
Cənabı-Haqqın xüsusi ilahi lütfü ilə bəzilərinə əyan etdiyi vaqe muradının o kəsin
himmət əsəri olduğunu zənn və təxəyyül edərlər. Halbuki, heç də belə deyil. Mürid,
nəzər və bəsirətdən kəsilib Haqqa yönəlmiş, Allah rizasını tələb edən, öz iradəsini tərk
etmiş olana deyilir, çünki zərurətən məlumdur ki, meydana gələn hər şey ancaq Allahın
iradə etdiyidir, xalqın iradə etdiyi deyildir. Bu əlamətlərlə səciyyələnən mürid düşünür
ki, mən olacağına və ya olmayacağına elmim yetməyən nəyi istər və ya nəyi iradə edə
bilərəm, çünki Allahın elmində olan həqiqətlərə mənim elmim çatmır.
Həzrəti Pir bu məqamda “aşiqlərə yetər mətləb la mətləb olursa” deyə buyur-
muşdular. “Əgər mənim istədiyim şey olarsa, onun baş verməsi Cənabı-Haqqın
iradəsi daxilində olmuşdur. Bu halda mənim üçün fərəh və sevinc doğuracaq nə
vardır. Əgər vaqe olmaz isə, xəyal qırıqlığına səbəbdir. Bu hal isə kədər və qəm gətirir.
Dostları ilə paylaş: |
|
|