1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə16/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   12   13   14   15   16   17   18   19   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

H+δ – A-δ + H+δ – A-δ ⟶ H – A-δ … H+δ – A
Burada, A elektromənfiliyi yüksək olan atomdur. Bütöv xətlər əsas rabitəni, nöqtələr isə hidrogen rabitəsini göstərir. (+

3.MANQANIN OKSİD VƏ HİDROKSİDLƏRİ,ALINMASI VƏ XASSƏLƏRİ. -ün OKSİDLƏŞDİRİCİ XASSƏLƏRİ
Oksigenlə birləşmələri. Manqan oksigenlə aşağıdakı oksidləri əmələ gətirir.
MnO, Mn2O3; MnO2; MnO3, Mn2O7
əsasi oksid amfoter oksidi turşu oksidi
Mn(OH)2, Mn(OH)3 Mn(OH)4, H4MnO4 H2MnO4, HMnO4
Manqan 2-oksid, suda həll olmayan yaşıl-boz rəngli tozdur. Alınma üsulları:
MnO2 + H2 → MnO + H2O (300-600oC)
MnC2O4 → MnO + CO + CO2
MnCO3 → MnO + CO2
Manqan 2-oksid əsasi xassəlidir turşularda həll olaraq duzlar əmələ gətirir.
MnO + H2SO4 → MnSO4 + H2O
MnSO4 + 2NaOH → Mn(OH)2 + Na2SO4
Ağ rəngli Mn(OH)2-i havada oksidləşərək qəhvəyi rəngli Mn(OH)4-ə çevrilir.
2Mn(OH)2 + O2 + 2H2O → 2Mn(OH)4
Manqan 3-oksid,
Suda həll olmayan qara rəngli tozdur.Təbiətdə braunit mineralı şəklində tapılır.
4MnO2 → 2Mn2O3 + O2
4MnO + O2 → 2Mn2O3
Mn2O3 qatı xlorid və sulfat turşusu ilə soyuq halda üçvalentli birləşmələr əmələ gətirir.
Mn2O3 + 6HCl → 2MnCl3 + 3H2O
Mn2O3 + 3H2SO4 → Mn2(SO4)3 + 3H2O
Manqan 3- oksidə MnO(OH) tərkibli hidrat uyğun gəlir.
MnCl3 + 3NaOH → MnO(OH) + 3NaCl + H2O
Manqan 4-oksid, suda həll olan qara rəngli maddədir, amfoter xassəlidir.
Mn(NO3)2 → MnO2 + 2NO2
MnO2 + 2NaOH → Na2MnO3 + H2O
MnO2 + 4NaOH → Na4MnO4 + 2H2O
MnO2 qüvvətli oksidləşdiricidir. O, qatı xlorid turşusu ilə qarşılıqlı təsirdə olduqda sərbəst xlor, sulfat turşusu ilə oksigen ayrılır.
MnO2 + 4HCl → MnCl2 + Cl2 + 2H2O
2MnO2 + 2H2SO4 → 2MnSO4 + O2 + 2H2O
Manqan 4-oksidə uyğun gələn hidroksidi almaq üçün manqan 2-hidroksidə qələvi mühitində oksidləşdiricilərlə təsir edirlər.
Mn(OH)2+Br2+2KOH=Mn(OH)4+2KBr
H2MnO3-meta, H4MnO4 –orto manqanat turşusu.
Manqan 6-oksid, suda həll olan qırmızı rəngli maddədir. Turşu oksidi olub manqanat (H2MnO4) turşusuna uyğun gələn anhidriddir. MnO3 və uyğun turşusu H2MnO4 davamsız birləşmələrdir. Lakin duzları davamlı olub, manqan oksidini oksidləşdiricilərin iştirakı ilə közərtməklə əldə edirlər.
MnO2 + 2KOH + KNO3 → K2MnO4 + KNO2 + H2O
2MnO2 + 4KOH + O2 → 2K2MnO4 + 2H2O
Manqanatların suda məhlulları davamsızdır və tədricən permanqanatlara çevrilir.
3K2MnO4 + 2H2O → 2KMnO4 + MnO2 + 4KOH
Manqan 7-oksid, tünd yaşıl rəngli kristal maddədir. Manqan 7-oksid KMnO4-ə 200C-də qatı H2SO4 ilə təsir etməklə alınır.
2KMnO4 + H2SO4 → Mn2O7 + K2SO4 + H2O
2Mn2O7 → 4MnO2 + 3O2
Manqan 7-oksid, permanqanat turşusunun anhidrididir. Onu suda həll etdikdə permanqanat turşusuna çevrilir.
Mn2O7 + H2O → 2HMnO4
Permanqanatları qızdırdıqda temperaturdan asılı olaraq iki istiqamətdə parçalanırlar.
2KMnO4 → K2MnO4 + MnO2 + O2
4KMnO4 → 2K2O + 4MnO2 + 3O2
Permanqanatlar mühitin pH-dan asılı olaraq aşağıdakı kimi reduksiya olunur.
Turş mühitdə (pH<7) Mn+2 ionuna qədər reduksiya olunur.
2KMnO4 + 5K2SO3 + 3H2SO4 → 5MnSO4 + 6K2SO4 + 3H2O
Neytral mühitdə (pH=7) qəhvəyi rəngli MnO2 alınır.
2KMnO4 + 3K2SO3 + 3H2O → 2MnO2 + 3K2SO4 + 2KOH
Qələvi mühitdə (pH>7) yaşıl rəngli manqanatlar alınır.
2KMnO4 + K2SO3 + 2KOH → 2K2MnO4 + K2SO4 + H2O

4.KIMYANIN ILK QANUNLARI.STEXIOMETRIK QANUNLQAR




  • Kimya təbiət elmlərindən biri olmaqla, başqa təbiət elmləri ilə birlikdə bizi əhatə edən maddi aləmi öyrənir. Kimya-maddələrin tərkibini, quruluşunu, xassələrini və çevrilmələrini öyrənən elmdir. Elementlər və onların birləşmələri kimyanın tədqiqat obyektidir.

  • Müasir kimya zəngin eksperimental materiallar və tutarlı nəzəriyələrə əsaslanan fundamental elmlər sistemidir. Kimya təbiət haqqında olan elmlər arasında əsas yer tutur. Hazırda 20 milyon üzvi və yarım milyona yaxın qeyri üzvi maddələr məlumdur. Onların bir hissəsi bizə təbiət tərəfindən hazır şəkildə verilmiş təbii maddələrin azacıq modifikasiyası yolu ilə əldə edilmişdir. Lakin maddələrin böyük bir qrupu isə, təbiətdə mövcud olmadığı halda, insan tərəfindən sintez edilmişdir. Hər bir kimyəvi maddənin öz daxili qruluşu var və yüzlərlə müxtəlif reaksiyalara girir.

  • Elmi inkişafın əsasında kimyəvi maddələr və proseslər xalq təsrrüfatının müxtəlif sahələrində, o cümlədən maşın və cihaz qayırmada, yüngül və yeyinti sənayesində, tibbdə və kənd təsərrüfatında, inşaatda və məişətdə tətbiq edilir. Bu məqsədlə polimer materiallar, sintetik liflər, laklar, boyalar, gübrələr, yarımkrçiricilər, yuyucu və partlayıcı maddələr, həmçinin digər kimyəvi məhsullar istehsal olunur. Atom energetikasında, hesablama texnikasında, elektronikada, kosmonavtikada, radiotexnikada və digər sahələrdə kimyanın rolu böyükdür.

  • Kimyanın bir sıra ilkin qanunları stexiometrik qanunlar adı ilə məlumdur (stexiometriya-yunanca tərkib hissəni ölçmək deməkdir).


5.METALLARİN SƏNAYEDƏ ALINMA ÜSULLARI(PİROMETALLURGİYA,ELEKTROLİZ,HİDROMETALLURGİYA ÜSULLARI


+Təbiətdə rast gəlinən və sənaye miqyasında sərbəst metal almağa yararlı olan müxtəlif minerallara filizlər deyilir. Metalların filizlərdən sənaye üsullarla alınması ilə məşğul olan sahəyə metallurgiya sənayesi deyilir. Metallar piro- , hidro- və elektrometallurgiya üsulları ilə alınırlar.



Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə