1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə25/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   21   22   23   24   25   26   27   28   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Pauli prinsipi. İsveç alimi Volfqanq Pauli kvant səviyyərində elektronların mümkün olan sayını müəyyən edən prinsip vermişdir:
Atomda bütün kvant ədədlərinin qiyməti eyni olan iki elektron yerləşə bilməz.
Bu elektronlar kvant ədədlərindən heç olmazsa biri ilə fərqlənməlidir. n, l, ml kvant ədədləri eyni olan iki elektron spin kvant ədədi (ms) ilə fərqlənir. Hər bir orbitalda əks spinli iki elektron ola bilər. Orbitalların sayı hər bir yarımsəviyyədə 2l + 1, kvant səviyyəsində isə n2 olduğundan Pauli prinsipinə görə həmin səviyyələrdə elektronların maksimal sayı, uyğun olaraq, 2(2l + 1) və 2n2 olmalıdır. Kvant ədədlərinin qiymətlərinə uyğun olaraq kvant səviyyələrində və yarımsəviyyələrdə elektronların paylanması 1- ci cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi, elektronların maksimal sayı, uyğun olaraq, s-, p-,d-,f- yarımsəviyyələrində 2, 6, 10,14 ; K,L,M,N...., kvant səviyyələrində isə 2, 8, 18, 32 olur. 32- dən çox elektron saxlayan kvant səviyyəsi məlum deyil. Cədvəl 1.
He Z=2 ) 1s2 ⟶ ↑↓ n =1 l = 0 ml = 1 ms = + ½
n=1 2 n =1 l = 0 ml = 1 ms = - ½
Minimum enerji prinsipi. Kleçkovski qaydası.
Elektronlar orbitallarda paylandıqda da birinci olaraq, minimum enerjiyə malik orbitalları tutur. Onlar az enerjili orbitallar dolduqdan sonra, ardıcıl olaraq nisbətən çox enerjili orbitallara keçir. Minimum enerji halında elektronun nüvə ilə əlaqəsi artır və dayanıqlı vəziyyət yaranır. Kvant səviyyələrinin elektronlarla dolması baş kvant ədədinin qiymətinin artması (1→7) istiqamətində, yarımsəviyyələr həddində isə s-p-d-f ardıcıllığı ilə gedir. Lakin nüvə yükü +19 (K) olan elementdən başlayaraq həmin ardıcıllıq pozulur. Kleçkovski kvant səviyyələrində enerjinin artma ardıcıllığının n+l cəminə uyğun olaraq dəyişdiyini müəyyən etmiş və bunun əsasında iki mühüm qayda vermişdir.
I q a y d a : Atomda orbitallar elektronlarla dolduqda n + l cəmi kiçik olan orbital əvvəlcə tutulur. Məsələn, 3d – orbitalı üçün n + l = 3+2 = 5 və 4s- orbitalı üçün n+l = 4+0 = 4 olduğuna görə, 4s – orbitalı 3d – orbitalından əvvəl dolur. Bu səbəbdən də 5s – orbitalı (n + l = 5 + 0), 5p- orbitalından (n+l = 5+1) və 6s- (n+l = 6+0) orbitalı isə 4f- orbitalından əvvəl tutulur (n+l = 4+3).
3d n+l = 3+2=5 5s n+l = 5+0=5 6s n+l = 6+0=6
4s n+l = 4+0=4 5p n+l = 5+1=6 4f n+l = 4+3=7

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə