1. Multikultural təhlükəsizlik və onun əsas prinsipləri Azərbaycançılıq və multikulturalizm


Multikultural təhlükəsizlik və onun əsas prinsipləri



Yüklə 30,2 Kb.
səhifə2/2
tarix15.01.2022
ölçüsü30,2 Kb.
#82896
1   2
Muhazird 2

1. Multikultural təhlükəsizlik və onun əsas prinsipləri

Məlum olduğu kimi, milli təhlükəsizlik sisteminin bir çox komponentləri vardır. İqtisadi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və s. hər biri ayrılıqda və bütövlükdə dövlətin yaşaması üçün vacib komponentlərdir. Bu sistemin içərisinə mənəvi, ideoloji həyatın ayrılmaz hissəsi olan multikultural dəyərləri də bir bütöv təhlükəsizlik komponenti kimi daxil etmək vacibdir. Ölkə öz enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir.

Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər mKfşäfedərsə, bu, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə Avropanın bir sıra ölkələrində etnik və dini radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyllərinin artması qeyd olunanların bariz nümunəsidir.

Multikultural təhlükəsizlik bir sıra prinsiplərdən ibarətdir. Bu prinsiplər dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir. Multikultural təhlükəsizliyin prinsipləri aşağıdakılardır:

1 Cəmiyyət daxilindəki biitün konfessiyalara və onun nümayəndələrinə dövlət tərəfindən siyasi münasibətin bərabər şəkildə yönəlməsi.

2. Multikultural təhlükəsizliyin başqa bir prinsipi ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşdırılması ilə müəyyən edilir.

Ulu öndər Heydər Əliyev deyirdi: “ nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümümdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Ölkədə məskunlaşmış bütün xalqların və etnik qrupların nümayəndələrinə dövlət tərəfindən bərabər, eyni münasibətin göstərilməsi bu prinsipin əsasını təşkil edir.

Konstitusiyamızın “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində göstərilir: “ Hərkəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.

3. Multikultural təhlükəsizliyin bir vacib prinsipi də cud olan etnik-mədəni müxtəlifliyin qorunmasına və inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsinin təmin edilməsindən formalaşır.

Azərbaycanda bütün milli azlıqların dili, tarixi, ədəbiyyatı öz- özlüyündə öyrənilməsi üçün şərait vardır. Bunun nəticəsində milli azlıqlar ölkə daxilində özlərini yad elementlər kimi hiss etmirlər.

Təhsil sahəsi ilə bağlı konkret olaraq onu qeyd etmək olar ki, müstəqilliyin ilk dövründən başlayaraq ölkəmizdə Azərbaycan dili ilə yanaşı rus və gürcü dillərində fəaliyyət göstərən orta məktəblər olmuşdur. Bundan başqa ölkəmizdə tədris ləzgi dilində olan 108 (I-IX siniflər) məktəb fəaliyyət göstərir. Milli azlıqların sıx yaşadıqları bəzi rayonların orta məktəblərinin ibtidai siniflərində ana dili (avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq və s.) dərslərinin tədrisi həyata keçirilir.

Azərbaycançılıq ideyası - Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlməsinə yönələn bir ideyadır. Bu ideyanın əsasında Azərbaycan xalqının milli azadlıq uğranda mübarizəsi durar. Azər- baycan xalqının milli azadlıq uğranda mübarizəsi tarixi Azərbaycançı- lıq ideyasının formalaşması prosesi ilə bağlıdır. Bu proses XIX əsrin ikinci yarısında başlamışdır. Məlum olduğu kimi, o vaxt Azərbaycan Çar Rusiyasının bir əyaləti idi. Çar Rusiyasının millətlərarası münasibətlər siyasəti milli azlıqların raslaşdırılması, diskriminasiyası və isti- marına əsaslanırdı. Qeyd olunan vaxt Azərbaycan xalqının milli azadlıq uğranda mübarizəsi Azərbaycançılıq ideyasının formalaşmasının əsas hərəkətverici qüvvəsi idi.

Cavana görə, Şərq xalqlarının milli hərəkatı ardıcıl olaraq üç mərhələdən keçir: mədəni, siyasi və iqtisadi Şərq xalqlarının milli hərəkatı onların mədəni oyanışından başlayaraq, siyasi hərəkat formasını qəbul edir və daha sonra iqtisadi proqramların tərtib olunması mərhələsinə daxil olur.

Bu müəlliflərin qeyd etdikləri xüsusiyyətə uyğun olaraq Azərbaycançılıq özünü ilkin olaraq mədəni hərəkat kimi göstərdi.

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbiyyatının, sənətinin və maarifçilik hərəkatının görkəmli xadimləri “Azərbaycançılıq” hərəkatına başçılıq edirdilər. Onlar Mirzə Fətəli Axundzadənin başladığı ənənəni davam etdirərək dini fanatizmi, xalqın inkişafına mane olan köhnə adət-ənənələri tənqid edir, xalqı elmə və təhsilə yiyələnməyə çağırırdılar. Bu səylər nəticəsində yeni tədris metodlarını tətbiq edən (Üsul-i Cədid) milli məktəblər açıldı, ədəbi Azərbaycan dili və yeni əlifba uğranda mübarizə başladı, milli kitabxanalar və oxu zalları açıldı, milli qəzet və jurnallar təsis olundu.

Azərbaycançılıq ideyasının mədəni sahədən siyasi sahəyə keçməsi Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan Topçubaşov, Məmmədəmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin nəzəri və siyasi fəaliyyətləri ilə bağlıdır.

Siyasi Azərbaycançılığın nümayəndələrinin bu fəaliyyətlərinin sırasında onların Dövlət Dumasında iştirakını xüsusi qeyd etmək lazımdır. 1905-ci ilin aprel ayında Dumanın Azərbaycan deputatları Əlimərdan Topçubaşovun tərtib etdiyi “Rusiyanın müsəlman əhalisinin nümayəndələrindən” adlı petisiyanı Dumaya təqdim etdilər. Petisiyada Rusiya müsəlmanlarının siyasi, iqtisadi və mədəni hüquqlarının qorunması, ölkədə feodal qalıqlarının aradan qaldırılması tələb olunurdu.

Siyasi Azərbaycançılıq ideyasının nümayəndələri fəaliyyətlərinin ilkin mərhələsində öz ideyalarım açıq şəkildə təbliğ edə bilmirdilər, çünki o vaxt Azərbaycan xalqı öz kimliyini dini əsasda müəyyən edirdi. Onların etnik türk kimlikləri qəbul edilmirdi.

O zamankı Azərbaycançılıq ideyasının nəzəri əsasını üç inkişaf istiqamətinin birliyi təşkil edirdi: - türkləşmək, islamlaşmaq və müasirləşmək. Bu ideyanı ilk dəfə olaraq Əli bəy Hüseynzadə «Həyat» jurnalında 1905-ci ildə irəli sürmüşdür. Sonradan bu ideya Azərbaycan Demokratik Respublikasının rəsmi doktrinasina çevrildi və öz əksini onun üçrəngli bayrağında tapdı.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması siyasi Azərbaycançılıq ideyasının inkişafında keyfiyyətcə yeni bir mərhələ idi. Bu mərhələ Azərbaycançılıq ideyasının iqtisadi mərhələyə keçməsi üçün lazımi şərait yaratdı. Lakin 28 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması səbəbindən bu keçid baş tutmadı. Azərbaycançılıq ideyasının inkişafının qarşısı müvəqqəti olaraq alındı. Azərbaycan xalqının tarixinin yeni mərhələsi - sovet dövrü başladı.

Sovet dövrü ərzində Azərbaycan xalqı müvafiq iqtisadi, elmi-texniki, sosial-mədəni inkişaf yolu keçsə də, onun milli mədəniyyəti mərkəz tərəfindən sıxışdırılırdı. Bolşeviklər cəmiyyətin bütün sahələrində ruslaşdırma siyasəti aparırdılar.

Sovet İttifaqının milli siyasətinin əsas vəzifələrindən biri bütün müttəfiq respublikaların siyasi, iqtisadi, sosial və mədəni sahələrində quruculuq işlərinin aparılması idi. Qeyd etmək lazımdır ki, bu siyasətin nəticəsində əvvəllər geridə qalmış qeyri-rus regionları bütün sahələrdə mühüm nailiyyətlər əldə etdilər.

Sovet hökumətinin ruslaşdırma siyasəti rus şovinizminin dirçəlməsinə səbəb olmaqla qeyri-rus xalqlarının milli mədəniyyətlərinin dəyərlərini sıxışdırırdı. Kommunist sivilizasiyasının dəyərləri ilə milli mədəniyyətlərin dəyərləri arasında ziddiyyət getdikcə artırdı.

1980-ci ilin sonlarında sovet totalitar sisteminin çökməsi prosesi başladı. Bu, ilk növbədə Sovet İttifaqının əsas makro-iqtisadi göstəricilərə görə inkişaf etmiş ölkələrdən geridə qalmasında, milli məsələ- dəki boşluqda özünü biruzə verirdi. Mixail Qorbaçovun başladığı Yenidənqurma siyasəti sovet totalitar sisteminin çökməsi prosesini sürətləndirərək müttəfiq respublikaların çoxunda, o cümlədən Azərbaycanda milli azadlıq hərəkatının oyanışı üçün əlverişli şərait yaratdı.

İttifaq respublikalarının əksəriyyəti Yenidənqurma siyasətinin yaratdığı şəraitdən öz suverenliklərinin qorunması məqsədilə istifadə etdiyi halda bəzi respublikalar bu şəraiti qonşu dövlətlərin ərazilərini zəbt etmək üçün istifadə edirdi. Məsələn, Ermənistan SSR ölkəmizə qarşı torpaq iddialarını qaldıraraq Azərbaycanın əzəli hissəsi olan Dağlıq Qarabağı öz tərkibinə qatmaq tələbi ilə Kremlə müraciət etdi. Ermənilərin bu hərəkəti təkcə Azərbaycana qarşı yönəlməmişdi. O, iki səbəbə görə digər respublikalarda başlayan milli azadlıq hərəkatlarının inkişafında ciddi maneə idi. Birincisi, Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı torpaq iddiaları ermənilərin milli hərəkatını təcavüzkar bir qüvvəyə çevirdi. İkincisi, bu, qeyri-rus respublikalarda başlayan milli azadlıq hərəkatlarını yatırtmaq üçün Kremlə yaxşı bir imkan verirdi.

Beləliklə, 1980-ci illərin sonlarında Azərbaycan xalqının milli azadlıq hərəkatının üzləşdiyi Ermənistanın ərazi iddiaları bu hərəkatın qarşısında duran ən böyük maneə idi. Ermənistanın ərazi iddiaları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasına səbəb oldu. Azərbaycan xalqının öz ərazisinin müdafiəsinə qalxması ölkədə başlayan milli azadlıq hərəkatını kütləvi etdi. Lakin Azərbaycan xalqının milli azadlıq hərəkatı o qədər də əlverişli vəziyyətdə deyildi. Belə ki, onun qarşısında iki çətin məsələ dururdu. Birincisi, Ermənistanın hərbi təcavüzündən Azərbaycanın ərazi bütövlüyünü qorumaq; ikincisi, Sovet imperiyasına qarşı mübarizədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək. Bu tarixi zərurətə cavab olaraq 1988-ci ilin sonlarında Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradılır.

AXC-nin meydana gəlməsi siyasi Azərbaycançılığın inkişafında mühüm bir hadisə idi. Fəaliyyətinin ilkin aylarında xalq tərəfindən dəstəklənən AXC bəzi obyektiv (xarici ölkələrin kəşfiyyat xidmətlərinin müdaxiləsi, Rusiyanın Ermənistana hərbi yardımı) və subyektiv səbəblərə görə (AXC liderlərinin Azərbaycan xalqının milli azadlıq hərəkatına rəhbərlik etmək iqtidarında olmamaları, onlar arasında fikir ayrılığı, parçalanma) tarixi missiyanı yerinə yetirə bilmədi.

18 oktyabr 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bu hadisə Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixinin üçüncü mərhələsinin başlanğıcı idi. Lakin dövlət müstəqilliyinin bərpa olunması Dağlıq Qarabağ problemini həll etmədi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20% ərazisi işğal olundu. Bu işğalın və paralel olaraq Ermənistan SSR-də aparılan etnik təmizləmə siyasətinin nəticəsində hazırda Azərbaycan Respublikasında bir milyondan artıq qaçqın və məcburi köçkün vardır.

Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünü təmin edə biləcək və ümumiyyətlə müasir dövrdə Azərbaycanı bu durumdan çıxara biləcək yeganə şəxs kimi Ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycançılıq ideyası tarixində tamamilə bir mərhələ başlandı. Bu mərhələ Azərbaycançılıq ideyasının bütün tarixi inkişafının zirvəsini təşkil edir.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycançılıq ideyasının inkişafına, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinə güclü təsir göstərdi. Belə ki, Ümummilli lider Heydər Əliyev Azərbaycançılıq ideyasını əsas tutaraq onun bütün sahələrdə inkişafını təmin etdi. Ümummilli lider Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi.

Ulu öndər Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etdi. O, siyasi və hüquqi sahələrdə multikulturalizmin dil və milli xüsusiyyətlərini sənədlərlə təsdiq etdi. Buna görə də o, Azərbaycan multikulturalizminin siyasi banisi hesab olunur.

“Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızda keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi.

Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı Ümumilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmalıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir: “Din və dövlət” (Maddə 18, bənd 1); “ dili” (Maddə 21, bənd 2); “Bərabərlik hüququ” (Maddə 25, bənd 3); “Milli mənsubiyyət hüququ” (Maddə 44, bəndlər 1, 2); “Ana dilindən istifadə hüququ ”(Maddə 45, bəndlər 1, 2); “Fikir və söz azadlığı (Maddə 47, bəndlər 1, 2, 3); “Vicdan azadlığı” (Maddə 48, bəndlər 1, 2); “Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri” (Maddə 127, bənd 10)

Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi "dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyııi hüquqlara malik"olmalarını təmin etməli idi.

Təbii olaraq, Ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və əsas mənəvi bazası olan Azərbaycançılıqprinsipini milli ideologiya kimi irəli sürdü. O, qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycan- çılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir Ulu öndərin dediyi kimi, həqiqətən də “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kunıık da, başqası da bütünlükdə hamısı azərbaycanlıdır”.

Azərbaycan multikultpralizminin siyasi banisi kimi Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətinin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verirdi.

Beləliklə, Ulu öndər Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə ölkəmizdə multikulturalizm siyasətinin əsasını qoymuş və Azərbaycan multikulturalizminin siyasi banisi olmuşdur. Ulu öndərin multikulturalizm sahəsində həyata keçirdiyi bu böyük iş müasir dövrdə onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Müasir dövrdə Azərbaycan Respublikasının multikulturaliznı siyasətinin uğurla həyata keçirilməsi Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. O, müasir dövrdə Azərbaycan multikulturalizminin siyasi dayağı kimi olduqca əhəmiyyətli işlər həyata keçirir.

XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələri müəyyən obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşdi. Akademik Ramiz Mehdiyev qeyd etdiyi kimi, Avropanın aparıcı ölkələrinin (Böyük Britaniya, Fransa, Almaniya) başçıları multikulturalizmə inamlarını itirərək bəyan etdilər ki, bu layihə özünü doğrultmadı və uğursuzluğa düçar oldu.

Onlar multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını rəsmi olaraq bəyan etdilər. Onlar bu siyasətin səmərəsizliyini ölkələrində məskunlaşmış etnik və dini azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əsaslandırırdılar.

Multikulturalizmə dair Qərb dövlətləri başçılarının fikirləri elmi ədəbiyyatda da dəstək tapdı. Məsələn, britaniyalı tədqiqatçı Trevor Filips qeyd edir ki, multi kulturalizmin xoşagəlməz təsiri altında Britaniya yata-yata seqreqasiyaya (latın dilində - “ayrılma”) inteqrasiyaya əks proses) yuvarlanır.

Yuxarıda qeyd etdiyimiz kimi, müasir dünyada multikulturalizm siyasətinə ikili baxış, iki qütb formalaşmışdır - bədbin və nikbin. Bədbin qütbü Kameron, nikbin qütbü isə Azərbaycan Prezidenti İlham Əliyev formalaşdırmışdır. Prezident İlham Əliyev Kameronun bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni nümayiş etdirir. O, Azərbaycan xalqının çoxəsrlik multikultural dəyərlərə malik olması ideyasına arxalanaraq belə bir siyasi bəyanatla çıxış edir: “Bu gün multikulturalizmin dünyada alternativi yoxdur.”

Bəzi ölkələr tarixən ən qədim zamanlardan bəri hər hansı müxtəlifliklərlə üzləşmədən digər mədəniyyətlərlə təmas nöqtəsinə mono- r.nik bir birlik kimi gəlib çıxmışdır. Buradakı müxtəlif mədəniyyətliliyi sonrakı müxtəliflik kimi ayıra bilərik. Bəzi ölkələrdə isə müxtəliflik ilkin xarakterli olmuşdur. Birinci hal ilə bağlı real sosial nəticə odur ki. gəlmə multikultural dəyərlər dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində bu modelin ifasa uğramasının obyektiv səbəbləri yox deyil. Bəzi ölkələrdə isə xalam tarixində müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qədim zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müasir dövrə qədəm qoyurlar.

Azərbaycanda normal multikultural əhvalın olması - müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır. “İlkin müxtəliflik” Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdən- dir və bu hal “sonrakı müxtəliflikdən” kəskin şəkildə fərqlənir. Məhz “ilkin müxtəliflik” bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə loyal münasibəti məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng qazana bildi.

Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi təcrübəsi böyükdür. Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Tarix boyu Azərbaycan mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas olmasına bir sübutdur.

Azərbaycanda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin subyektiv səbəblərinə gəldikdə, ilk növbədə ölkə rəhbərliyinin bu sahədə gördüyü böyük işləri göstərmək lazımdır. Prezident İlham Əliyev ölkədəki multikultural durumu daha da möhkəmlətmək məqsədilə bir sıra mühüm işlər həyata keçirir. O, ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə böyük önəm verir.

Bunun bariz nümunəsi kimi ilk növbədə onun 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavir- liyi xidmətinin, 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, həmçinin Prezidentin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini və 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsini göstərmək olar. Qeyd olunan təsisatların və Sərəncamların hər biri Azərbaycanın multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinə yönəlmişdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əsas məqsədi Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir. BBMM-in qarşısında duran bütün vəzifələr Azərbaycan multikulturalizminin inkişafına yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu Sərəncamla sıx bağlı olan, onun bir növ davamı olan 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir.

“Tədbirlər Planı” üç əsas istiqaməti əhatə edir: Azərbaycan multikulturalizmi modeli ilə bağlı ölkədaxili tədbirləri, Azərbaycan multikulturalizmi modeli ilə bağlı beynəlxalq tədbirləri və Azərbaycan multikulturalizmi modelinin təbliğinin informasiya təminatı ilə bağlı tədbirləri.

Prezident İlham Əliyevin multikulturalizm siyasətinə yüksək önəm verməsi ölkənin daxili siyasəti ilə yanaşı xarici siyasətində də özünü büruzə verir. Mütəmadi olaraq ölkəmiz dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasına həsr olunmuş bir çox beynəlxalq forumlara, konfranslara ev sahibliyi edir.

2011-ci ildən indiyədək Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoqun dörd Forumu, 2010-cu ilin 26-27 aprel tarixlərində Dünya Dini Liderlərinin Sammiti, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü və 2016-cı illərdə Bakı Beynəlxalq Humanitar Forumları və 2016-cı ilin 25-27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir.

Avropada multikulturalizmə münasibətdə artan inamsızlığa təəssüf hissi ilə yanaşan ölkəmizin Prezidenti İlham Əliyev deyir: “...bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.



Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa dövlətlərinin (Almaniya, Böyük Britaniya, Fransa) başçıları bu siyasətin ölkələrində iflasa uğradığım bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizm siyasətinin müasir dövrdə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsində ən mütərəqqi və optimal siyasət olduğunu qeyd edir yə onun təbliği, təşviqi istiqamətində çox böyük işlər həyata keçirir.
Yüklə 30,2 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə