1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Fonetik prinsip. 2. Morfoloji prinsip. 3. Tarixi



Yüklə 125,57 Kb.
səhifə37/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   52
orfoqrafiya və orfoepiya

1. Fonetik prinsip. 2. Morfoloji prinsip. 3. Tarixi-ənənəvi prpinsip. 4. Fərqləndirici prinsip. 5. Etimoloji prinsip. Azərbaycan dilindəki cəm şəkilçisinin əvvəlində / səsinin yazılması morfoloji prinsiplə bağlıdır, lakin iki variantda-lar-lər halında yazılması ahəng qanununun tələffüzdəki təzahürü kimi fonetik prinsiplə əlaqədardır. Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları üç prinsip-fonetik, morfoloji və tarixi-ənənəvi prinsiplər üzərində qurulmuşdur.
Fonetik prinsip. Hər bir sözün müasir ədəbi tələffüz əsasında yazılmasını tələb edən prinsipə fonetik prinsip deyilir. Bu prinsip üçün sözlərin deyilişi əsas meyar hesab olunur, yəni söz deyildiyi kimi yazılır. Dilimizdəki sözlərin çox hissəsi bu prinsip əsasında, yəni deyildiyi kimi yazılır. Fonetik prinsiplə yanaşı fonematik prinsip də işlənir. Fonematik prinsip müxtəlif çalarlıqla tələffüz olunan səslərin vahid əsası sayılan fonemin yazıdakı hərflə ifadəsi prinsipi mənasında başa düşülür. Azərbaycan dilində söz köklərinin bir çoxu bu prinsipə görə yazılır və buna görə də bir çox söz köklərinin yazılışı çətin olmur: al, alma, ata, ana, il, iş, dağ, daş, dil, diş, bil, biz, bir, ǝl, qol, diz və s. Belə söz köklərinin yazılışı hətta ayrı-ayrı şivələrdə danışanların yazısında ciddi bir çətinliyə səbəb olmur. Çünki belə sözlərin tələffüzü ilə yazılışı arasında, demək olar ki, fərq yoxdur, hətta belə sözlərin çoxu şivələrin əksəriyyətində bir cür tələffüz olunur. Fonetik prinsipi düzgün başa düşməyərək "tələffüz etdiyin kimi yaz" qaydasını geniş mənada izah edib, "hər kəs öz şivəsində yaza bilər" nəticəsini çıxarmaq doğru deyildir. "Sözün tələffüz edildiyi kimi yazılması" anlayışı məhdud mənada işlədilən bir anlayışdır. Morfoloji prinsip: Müxtəlif çalarlıqda tələffüz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada, yəni morfoloji quruluşuna uyğun olaraq bir cür yazılmasına istiqamətverici əsas morfoloji prinsip adlanır. Müxtəlif şəkildə tələffüz olunan morfemlərin sözün mənalı hissələrinin eyni formada yazılmasını tələb edən prinsip morfoloji prinsip adlanır. Bu prinsip sözün mənalı hissələrinə əsaslanır. Morfoloji prinsipə görə, orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində, əsasən mənalı vahidlərin-sözlərin (söz kökləri, şəkilçilərlə düzəldilən, dəyişdirilən sözlər və şəkilşilər) orfoqrafiyası nəzərdə tutulur. Sözün və ya şəkilçinin tərkibində fonetik halda təzahür edən belə dəyişikliklər şivə xüsusiyyəti və ədəbi tələffüz norması halında müxtəlif fonetik məqamla əlaqədar olur. Məsələn: öv, öy, av, ev; deyil, degil, döyl, dö:l, deyil; qeyit, qeid, qayit, qayıt; qeyşər, qǝyşər qənşər və s. Morfoloji prinsip əsasında bu variantlardan yalnız biri qəbul olunur və yazıda sabitləşir. Buna görə də hər cür morfoloji dəyişiklik və tələffüz çalarlığı bunların vahid yazılışını dəyişdirə bilmir. Fonetik hadisələrdən səs uyuşması, səsdüşümü, səsartımı, yerdəyişmə, fərqləşmə, məxrəcdəyişmə sözlərin, şəkilçilərin müxtəlif variantlarda tələffüzünə təsir göstərir. Lakin bu variantların hamısını yazıya köçürmək olmaz, bu variantlardan bəzisi, xüsusən ahəng qanunu, müəyyən məqamlarda sasdüşümü, sasartımı ilə bağlı variantlar müəyyən dərəcədə qanuniləşmiş halda ümumi mahiyyət kəsb etmiş olduğundan yazıya köçürülür. Tarixi-ənənəvi prinsip: Əvvəlki dövrlərdə tətbiq edilən bu və ya digər orfoqrafik qaydaların mühafizə olunması və müasir yazıda davam etdirilməsi ümumiləşmiş halda tarixi-ənənəvi prinsip adlanır. Tarixi-ənənəvi prinsipdən əsasən aşağıdakı qruplara mənsub dil vahidlərinin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində istifadə olunur. 1) Azərbaycan dilinin öz sözlərinin və şəkilçilərinin yazılışında. Ərəb əlifbası əsasındakı yazının orfoqrafiya qaydalarını müasir əlifbada davam etdirmək mümkün deyil və məqsədəuyğun sayılmır. Lakin bəzi sözlərin, şəkilçilərin yazılışında tarixi-ənənəvi prinsipdən İstifadə etmək məqsədəuyğundur. a) son səsi d, həm də t ilə deyilib dilə yazılır. Məs: bulud, qurd, dörd, kənd, polad. b) son səsi k, g, və ya y ilə deyilən ikihecalı və çoxhecalı sözlər k ilə yazılır. Məs: böyük, çiçək, kəpənək, hörümçək, külək, çörək. c) Son səsi ğ, x, və ya q ilə deyilən ikihecalı sözlər q ilə yazılır. Məs: bulaq, qaşıq, yarpaq, qonaq, yanaq. c) sonsǝsi c, ç, j və ya ş ilə deyilən sözlər c ilə yazılır. Məs: ağac, qılınc, dinc, kərpic, gec, güc, sac, süzgəc. Bundan əlavə, -maq, -mək, -dıq, -dik,-lıq,- lik kimi şəkilçilərin sonunda q və k samitlərinin yazılması əsasən tarixi-ənənəvi prinsiplə bağlıdır. 2) Alınma sözlərin və şəkilçilərin yazılışında. Müasir Azərbaycan dilində işlənən alınma sözlər alınma tarixinə və mənsub olduğu dilə görə iki qrupa bölünür: Orta əsrlərdə ərəb və fars dillərindən alınma söz və şəkilçilər, Müasir dövrdə rus və Avropa dillərindən alınma söz və şəkilçilər.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə