1. Qruplarda psixoloji iqlim



Yüklə 243,67 Kb.
səhifə2/6
tarix21.04.2022
ölçüsü243,67 Kb.
#85836
1   2   3   4   5   6
Sevinc işgüzar pisxologiya kollec 2019

N°4. Sivil biznesmenin xarici görünüşü.

İşgüzar  insanın  xarici  görünüşü  uğura  doğru  ilk  addımdır,  çünki  potensial tərəfdaş üçün onun kostyumu etibarlılıq və nüfuzluluq dərəcəsinde xeber verən kod kimi çıxış edir. Səliqəli, zövqlə geyinmiş insan partnyor vəkolleqaları tərəfindən xeyirxahlıqla qarşılanacaqdır.Biznesmenlərdə geymə münasibətdə müəyyən stereotip formalaşmışdır. İstənilən beynəlxalq yarmarka və ya sərgini ziyarət etsəniz görəcəksiniz ki,  stendistlərin  əksəriyyəti  qalstuk,  köynək və  yakostyum  rənginin  seçimində  oxşar  baxışlara  malikdirlər Hazırkı  dövrdə  bir  çox  biznesmenlər modelyerlərin  

tövsiyələrini  hesaba  alırlar.  Onların  fikrincə,  qarderobun təşkilində təməl prinsip geyimin universallığı olmalıdır.Köynəklər  də 

açıq  tonlara,  çox  vaxt  ağ  rəngdə  seçilir.  Qalstkun rəngi də mühümdür.Belə bir qayda vardır ki, qalstuk köynək və kostyumla eyni  tonda,  lakin  daha  açıq  və  ya  daha  tünd,  yaxud  kostyum  və 



 qalstukkontrast  tonlarda  olmalıdır.  Qalstukun  hansı  formasının  hazırda  dəbdə olması ilə də maraqlanmaq lazımdır.  İşgüzar şəraitdəqısa  qollu köynəklər geyinmək düzgün hesab edilmir, çünki köynəyin manjeti pencəyin qolunun altından görünməlidir. Əlbəttə ki, çox  isti  havada  siz  qısa  qollu  köynəkdə  uzunqolluya  nisbətən  daha  təbii görünəcəksiniz.  Yaxşı olar ki, qara rəngli ayaqqabı geyinilsin. Yayda açıq rəngli kostyuma qara rəngli ayaqqabı geyinməmək də olar, lakin istənilən halda səndəl olmamalıdır. Əgər imkan varsa, ayaqqabının rəngi kostyumun rəng qammasına  uyğun  seçilməlidir.  Corabların  rəngi  çox  açıq  və  nəzərə  çarpan  olmamalıdır. Yaxşı olar ki, corab və qalstuk öz rənglərinə görə ahəng təşkil etsin.  Baş  geyimini  və  əlcəkləri  hazırda  plaş  və  ya  palto  ilə  birlikdə  soyuqdan qorunmaq üçün geyinirlər. Şlyapa da üst geyimə uyğun gəlməlidir. Yaz  və  yayda  daha  açıq  rəngli,  payız  və  qışda  isə  daha  tünd  rəngli  şlyapa geyinilir.  Qara  rəngdə  olmayan  kostyum  və  ya  palto  ilə  qara  rəngli  şlyapa geyinmək tövsiyə olunmur.  Beləliklə, xarici partnyorlarla birinci təmas və növbəti danışıqlar üçün diqqətlə  təmizlənmiş  və  ütülənmiş  kostyum,  açıq  rəngli  köynək  və  eyni kostyumla tonda qalstuk geyinmək lazımdır.  Danışıqlara özünə hörmət edən işgüzar insanların yalnız şəhər kənarına gəzinti  zamanı  geyindikləri  gödəkçədə,  idman  şalvarında,  cinsdə,  habelə  dəri pencəkdə gəlmək olmaz.  Xarici biznesmenlər detalları diqqətlə izləyir və onları öz nəticələrində  bəhanə kimi istifadə edirlər. Misal üçün, biznesmen ayağını ayağının üstünə qoyaraq əyləşdiyi zaman onun ayağının yalın hissəsini göstərən qısa, qırışqırış corablar çox pis təəssürat yaradır.Tozlu  və  çatlamış  tuflilər  hətta  kifayət  qədər  sanballı  kostyum  haqda təəssüratı belə korlaya bilər. Kostyum və qalstuku səndəllərlə tamamlamaq kimi  sadəlövh  milli  vərdişi  tərgitmək,  həddən  artıq  kəskin  iyli  odekolonlardan və təraş sonrası lasyonlardan uzaq olmaq lazımdır.  İşgüzar  danışıqlarda  müqavilələrin  bağlanması  zamanı  uğura  nail  olmağı  arzulayan  qadın  biznesmen  üçün  öz  xarici  görkəmi  haqqında  düşünmək,  həmçinin  onu  biznesə  xidmət  kimi  qəbul  etmək  çox  mühümdür.  İşgüzar  geyimi  klassik  içim,  gözə  çarpmayan  rənglər  və  çoxfunksiyalılıq kimi xüsusiyyətlər fərqləndirir. Işgüzar qadının qarderobunda ikiüç yubka, jaket, ikiüç bluzka olmalıdır.  Paltarlar  yaxşı  olar  ki,  teztez  dəyişsin,  çünki  hər  gün  geyinilən  eyni şey təngə gətirir və əhval ruhiyyəni “söndürür”. Dəbə gözübağlı riayət edərək yubkanı həddən artıq qısaltmaq olmaz. Həmçinin sizin cazibədarlığınızı  ifadə edən şeylər (yapışan sviter, cins) də geyinmək düzgün deyil. Bu, ona gətirib çıxara bilər ki, kişilər danışıqlarda sizi dinləmək əvəzinə sizin gözəlliyinizi seyr edəcəklər. Bundan başqa, onlarda belə bir fikir yarana bilər ki, siz  işgüzar  keyfiyyətlərinizin  yox,  ilk  növbədə  sizin  bədən  fiquranızın gözəlliyinə inandırmağa çalışırsınız.  Saç düzümü, makiyaj, bijuteriya sizin işgüzar kostyumunuzu üzvi olaraq  tamamlamalıdır.  Saç  düzümü  ciddi,  lakin  bununla  belə  zərif  olmalıdır. Bəzəklər mümkün olduqca az olmalıdır, lakin onlardan, ümumiyyətlə imtina etmək də olmaz. Ən yaxşı bahalı bəzəklərlə bəzənin. Kosmetika yalnız yaxın məsafədən hiss olunmalıdır. Mütəxəssislər dekorativdən çox, profilaktik kosmetika  almağı  tövsiyə  edirlər.  Pencəyin, bir qayda olaraq, bütün düymələri bağlı olmalıdır (ən aşağıdakı  istisna  olmaqla).  Düymələri  bağlı  olan  pencəklə  tanışlara,  restorana, iclasa, teatra gedir, prezidiumda oturur və ya məruzə ilə çıxış edirlər. Düymələri  səhər,  şam,  nahar  yeməyi  zamanı  və  ya  qoltuqda  əyləşərkən  açmaq olar.  Bütün  qəbul  növlərinə  kraxmallı  və  ya  yumşaq  yaxalı  ağ  köynək, parlaq və ya qara rəngdən başqa istənilən rəngdə qalstuk geyinmək lazımdır. Qara qalstuk, əgər forma geyiminə uyğun gəlirsə, yalnız hüzn əlaməti olaraq geyinilir. Ciddi kostyumlarla tünd qəhvəyi və ya qara rəngli yarımçəkmə və ya çəkmə geyinmək lazımdır. Açır qəhvəyi və ya qəhvəyi çəkmələr qara kostyuma  heç  uyğun  gəlmirlər,  qara  çəkmələr  isə  qara  kostyuma  uyğun  gəlir. 

5 Xarekterin aksentuasiya tipləri.
Aksentuasiya latınca vurğu deməkdir. Xaraktein aksentuasiyası dedikdə, onun ayrı-ayrı xarakter əlamətlərinin normadan artıq güclənməsi nəticəsində əmələ gələn kənar ifrat variantları nəzərdə tutulur. Burada normaya uyğun olan xarakter əlamətləri haqqında söhbət gedir. Xarakter və onun aksentuasiya məsələsinə də ciddi fikir verilməlidir. Çünki xarakter şəxsiyyətin mahiyyətini açmağa, onu düzgün anlamağa imkan verir. Xarakterin vasitəsilə insanın gələcək planlarını,hərəkətlərinin istiqamətini və s. proqnozlaşdırmaq və ona təsir etmək mümkündür.Xarakter aksentuasiyası tiplərini alman psixiatrı A.E.Liçko və K.Leonqard təsnif etmişdirlər. Liçkonun təsnifatı ilə gəlin tanış olaq:

1. Gipertim tip - əhvalları həmişə yüksək olur, bir işə həvəslə başlayır, ammaa axıra qədər çatdırmırlar, tək qala bilmirlər.

2. Tsikloid tip - əhvalları əsasən xarici şəraitlə bağlıdır, əhvalı yaxşı olanda zarafatcıl olurlar, pis olanda isə dostlarından və yoldaşlarından qaçır və tənbəl olurlar.

3. Labil tip - əhvalları həddən artıq tez-tez dəyişir və onun ünsiyyəti, iş qabiliyyəti, iştahı da bundan asılı olaraq dəyişir.

4. Astenonevrotik tip - tez yorulur, bir şey olmamış tez həyəcanlanır, ruh düşgünlüyü olur.

5. Senzitiv tip - çox həssas, utancaq, qorxaq, cəsarətsizdirlər. Dostları ilə mehribandırlar.

6. Psixoastenik tip - həmişə nədənsə ehtiyat edirlər, şübhələnirlər, qorxurlar, həyəcanlanırlar.

7.Şizoid tip - adamlardan qaçırlar, qaradinməzdirlər. 

8. Epileptoid tip - özlərini idarə edə bilmirlər, heç nədən dava salırlar, uzun müddət özlərinə gələ bilmirlər, hövsələsizdirlər.

9. İsteroid tip - yerli-yersiz danışırlar, yalan danışırlar, şöhrətpərəstdirlər, özlərini yalandan xəstəliyə vururlar.

10. Səbatsız tip - indiki günlə yaşayırlar, gələcək barəsində fikirləşmirlər, tez təsir altına düşürlər, adamlarla tez dil tapırlar.

11. Konform tip - başqa adamların tələblərinə tez uyğunlaşırlar, hamı necə mən də elə.

12. Konform tipin konform gipertim variantı - qaydalara canla- başla riayət edir, gələcəyinə optimistcəsinə yanaşır, başqalarının istədiyi kimi hərəkət edirlər.

13. Qarışıq tip - davranışında müxtəlif tiplərin əlamətləri özünü göstərir.




Yüklə 243,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə