1. Qruplarda psixoloji iqlim



Yüklə 243,67 Kb.
səhifə3/6
tarix21.04.2022
ölçüsü243,67 Kb.
#85836
1   2   3   4   5   6
Sevinc işgüzar pisxologiya kollec 2019

    Bu səhifədəki naviqasiya:
  • I qrupa
Psixiatriya yunan sözü olub «psyche»- ruh, «iatriya» - müalicə edirəm deməkdir. Müasir psixiatriya ağır psixi xəstəlikləri, nevrozları, şəxsiyyətin pozuntularını, somatik xəstəliklər zamanı rast gəlinən psixopatoloji halları və s.-ni əhatə edir. Psixopatiya nədir? Psixopatiya da yunan sözü olub, «psiche» - beynin xüsusi funksiyası: əqli, hissi, mənəvi, idrak və s. qabiliyyətinin bütün formalarını əhatə edən anlayış, «patos» isə pozuntu, iztirab deməkdir. Psixopatiya dedikdə, şəxsiyyətin patalogiyası nəzərdə tutulur.Psixopatiyaların hərtərəfli öyrənilməsi sahəsində böyük xidmətləri olan Qannuşkin 1933-cü ildə psixopatiyaların ümumi sistematikasını yaratdı. Psixopatiyanın diaqnozu Qannuşkinin təklif etdiyi 3 başlıca əlamətə əsaslanır. Bu üç cəhət psixopatiyanı xarakterin aksentuasiyasından fərqləndirir.

Xarakterioloji pozuntuların həcmli olması.

Həyat boyu onların az dəyişkən və davamlılığı.

İctimai uyğunlaşmanın dəyişməsi.

Hazırda şəxsiyyətin disharmoniyasmm (eybəcərliliyi) bütün formalarını 4 böyük qrupa bölmək olar:I qrupa təfəkkür sferasına məxsus dəyişikliklər qeyd olunan psixopatlar aid edilirlər. II  qrupa.təəssürat   sferasına  məxsus  pozuntuları   olan  psixopatlar daxildirlər.III qrupa iradi pozuntuları olanlar aid edilirlər. IV qrup qarışıq forma psixopatları birləşdirir. Bu qrupa aid edilən psixopatlarda polimorf əlamətlərin dəyişkənliyi əsas sindromu təyin etməyə imkan vermir. Psixopatiyanın müxtəlif tipləri var:

Astenik tip - onlarda uşaqlıqdan ümumi zəiflik, yorğunluq olur, sadəlövhlük, hissiyyata qapılma, tez yorulma, diqqətin zəifləməsi, cüzi bir səbəbdən təlaş keçirmək.

Psixoastenik tip (anankastik) - özlərinə qarşı inamsız, kövrək, daima aciz və köməksiz olduqlarını hiss etmək.

Şizoid tip - bu tip psixopatların başlıca cəhəti autistik təfəkkürə malik olmalarıdır. Təkliyi sevirlər, qeyri-adi məşğuliyyətlərə daha çox maraq göstərirlər.

Paranoid (paranoyal) tip - öz şəxsi keyfiyyətlərini, bilik və bacarıqlarını həmişə nümayiş etdirməyə səy göstərirlər. Başqalarının fikirlərini daima inkar edirlər. Onlar üçün yalnız özlərinin fikirləri mövcuddur.

Oyanıqlı (epileptoid) tip - onlar tez əsəbləşir, aqressiv, sözə baxmayan və tərsdirlər. Affektiv tip - bu tip psixopatların başlıca xüsusiyyətləri əhval-ruhiyyələrinin bir-birinə zidd qütblər arasında (distimiya və hipertimiya) tez-tez dəyişməsidir. Distimiya - pessimistlərdir, hipertimiya - onun əksidir.

İsterik tip - nəyin bahasına olursa - olsun diqqət mərkəzində olmaq istəyənlərdir. Yalançı və gopçu.

Davamsız tip - dözümsüz, cüzi bir səbəbdən əsəbiləşən, ərköyün, diqqətin davamsızlığı, liderliyə can atmaq, lakin iradənin zəifliyi onların yumşaq xasiyyət və təşəbbüssüzlüyünü büruzə verir.

N°6. Nitq verbal ünsiyyət kimi. Nitqin funiksiyalari.

İnsanlar arasında informasiya mübadiləsini təmin edə biləcək vasitələr çox və müxtəlifdir. Psixoloji ədəbiyyatda bu cür kommunikasiya vasitələrini iki qrupda birləşdirirlər. Birinci qrup kommunikasiya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir. Bu cür kommunikasiya vasitələrini verbalkommunikasiya vasitələri adlandırırlar. Burada hansı dil qrupuna aid olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları və həmin dili mənimsəmiş insanlar dildən ünsiyyət prosesində ünsiyyət vasitəsi kimi istifadə edirlər. Dil vasitəsilə insanlar arasındakı bu cür ünsiyyət prosesi nitq adlanır. İkinci qrup kommunikasiya vasitələri dildən, nitqdən kənar vasitələrdir. Bu cür vasitələr qeyri verbal kommunikasiya vasitələri adlandırılır. Onlara müxtəlif ifadəli hərəkətləri, mimikanı, pantomimikanı, işarələr sistemini və s. aid etmək olar. Hər iki kommunikasiya vasitələrini ayrı-ayrı­lıqda nəzərdən keçirək. Nitqin əhə  miyyəti onun funksiyalarında özünü aydın göstərir. Nitqin funksiyalarını nəzərdən keçirməzdən əvvəl ünsiyyət vasitəsi olan dilin funksiyalarına diqqət  yetirək. Adətən, dilin üç funksiyasını qeyd edirlər: 1) dil ictimai-tarixi təcrübənin mövcud olması, saxlanması və verilməsi vasitəsidir; 2) dil kommunikasiya,  eləcə də insanın davranışını tənzim etmək vasitəsidir; 3)  dil intellektual fəaliyyətin silahıdır.Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin edir. Mövcud  psixoloji ədəbiyyata əsasən nitqin funksiyalarına aşağıdakıları aid etmək olar. Nitqin birinci funksiyası əşyaları, hərəkəti, vəziyyəti adlandırmaqdır. Bu, nitqin siqnifikativ və ya semantik funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiy­yətindən fərqləndirir. Heyvanların çıxardığı səs əşyaları deyil, onların öz vəziyyətlərini bildirir. İnsanda isə müəyyən söz deyilərkən həmin sözlə bağlı hər hansı cismin, hadisənin təsəvvürləri canlanır. Nitqin sonrakı funksiyası onun ümumiləşdirməfunksiyasıdır. Nitq sözlərə  əsaslandığına görə daima ümumiləşdirməyə imkan yaradır. Nitqin mühüm funksiyalarından biri di kommunikativ funksiyadır. Bu funksiya da öz növbəsində məlumat vermə və fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir. Ümumiyyətlə götürdükdə nitqin köməyi ilə başqaları ilə ünsiyyət saxlayır, fikir mübadiləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk. 

Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə,  hadisəyə münasibətimizi bildiririk. Nəhayət nitq vasitəsilə başqalarına təsir edir, onların davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik. Bütün bu funksiyalarla yanaşı olaraq nitqin özünəməxsus xüsusiyyətləri də mövcuddur. Bunlara nitqin məzmunluluğu, anlaşıqlılığı, təsirliliyi və ifadəliliyini aid etmək olar. Nitqin məzmunluluğu onda ifadə olunan məlumatın əhatə dairəsindən asılıdır. Nitqdə ifadə olunan fikir və hisslərin həcmi nə qədər geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə dərəcədə uyğun gələrsə və nə dərəcə  də əhəmiyyətli olarsa o bir o qədər məzmunlu hesab olunur. Nitqin məzmunlu  olması  üçün insanın geniş biliyi, həmin bilikdən və istilahlardan düzgün istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün məlumat vermə vəzifəsini həyata keçirə bilməz.  Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün onun anlaşıqlı olması xüsusi əhəmiyyət kəsb edir. Nitqin anlaşıqlılığı ikitərəfli xarakter daşıyır. Bir tərəfdən kommunikatorun nitqinin nə qədər səlis, aydın olması, yersiz ibarələrlə yüklənməməsi, dilin qrammatik qayda və qanunlarına uyğun  olmasından asılıdır. Danışan adam öz fikrini konkretnümunələrlə əsaslandırmağı, dinləyicilərin səviyyəsini nəzərə almağı bacarmalıdır. Eyni bir mövzunu  bir müəllimin olduqca aydın, anlaşıqlı, digərinin isə qarmaqarışıq şəkildə şərh  etdiyinin şahidi oluruq. Nəticədə birinci müəllimi dinləyicilər həvəslə dinləyir,  onun dərsindən yeni biliklərlə çıxışlar, ikinci müəllimin verdiyi məlumatları qavraya bilmir, onu dinləməyə həvəs göstərmirlər. Nitqin anlaşılması dinləyicilərin hazırlıq səviyyəsindən də asılı olur. Dinləyicinin mövzu ilə bağlı zəruri biliyə malik olmaması onu anlamasını da çətinləşdirir. Ona görə də müəllim müəyyən məlumatları çatdırarkən dinləyicilərin bu sahədəki hazırlıq səviyyəsini nəzərə almalıdır. Nitqin bu xüsusiyyəti xüsusilə xarici dil dərslərində nəzərə alınmalıdır. Bunun üçün müəllim şagirdlərin tədris etdiyi dilə hazırlıq səviyyələrini aşkara çıxarmalı və öz fikrini onların başa düşəcəyi səviyyədə  şərh  etməlidir. 

Ünsiyyət prosesində nitqin təsirlilik xüsusiyyətinin nəzərə alınması da  az əhəmiyyətə malik deyildir. Nitqin təsirliliyi onun fəaliyyətə təhrik etmək funksiyasını yerinə yetirməyə imkan verir. Nitqin təsirliliyi inandırma, sübut, təlqin, məsləhət, tapşırıq, təlimat, xahiş, əmr, qadağan, komanda və s. şəklində həyata keçir. Bu cür təsir vasitələrindən yerində və müvafiq şəkildə istifadə olunması lazımi nəticəni verə bilir. Nitqin ifadəliliyi yüksək nitq mədəniyyətinə yiyələnməyin əsas göstəricilərindən biri hesab olunur.


Yüklə 243,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə