1. Qruplarda psixoloji iqlim



Yüklə 243,67 Kb.
səhifə5/6
tarix21.04.2022
ölçüsü243,67 Kb.
#85836
1   2   3   4   5   6
Sevinc işgüzar pisxologiya kollec 2019

N°9. Mübahisə mədəniyyəti.
Mübahisə — fikirlərin, mövqelərin kəsişməsidir. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır.

Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, onların tərifləri verilmişdir. Mübahisələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşdi kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli, ya da öldürülməli idi. Mübahisələri uduzan tərəfin ardıcılları da təqib olunurdular.Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir. Burada artıq təkcə dini deyil, həm də dünyəvi problemlər haqqında çəlişmələrə yol verilirdi. Burada ilk dəfə olaraq, ontoloji, antropoloji, siyasi, iqtisadi və s. problemlər müzakirə obyekti olmuşdur. Daha sonra orada fəlsəfi məktəblər yaranmışdır.

Mübahisələrin aparılması üçün gərəkli olan anlayislar:

Çəkişməyə aid bir sıra nəzəri anlayışlar vardır. Onlardan bəziləri:

1. Dəlil (latınca - argumentum) nəyisə sübuta yetirən bir şeydir[7].

2. Fakt (latınca - faktum) gerçəkdə olan və sübuta yetirilən bir şeydir[8].

3. Fərziyə (yunanca - ὑπόθεσις/hipotesis) biliyə və təcrübəyə arxalanan, lakin dəlillərlə sübuta tam olaraq yetirilməyən nəyinsə ilkin izahı[9].

4. Tezis həqiqət sayılması üçün sübuta yetirilməli olan və müzakirə üçün irəli sürülən bir iddiadır

5. Antitezis tezislə ziddiyət təşkil edən iddiadır

6. Önərmə (mühakimə) qərarın verilməsinin təməlində duran iddia və yə fikirdir

7. Sillogizm (yunanca - συλλογισμός) iki önərmədən çıxarılan və nəticə olan qərardır. Sillogizmlər böyük və kiçik önərmələrdən ibarətdir. Böyük önərmədə ümumi nəticə, kiçik önərmədə isə subyektin nəticəsi vardır. Sillogizmin örnəyi: Hər bir insan ölməlidir (böyük önərmə). Sokrat da insandır (kiçik önərmə). Deməli Sokrat da ölməlidir (qərar).

8. Predikat (latınca - praedicatum) Predikat fikir yürüdülən seylər haqqında anlayışdır. Həmdə predikat o şeyin ümumi anlamını açır. Bu termin deyilənləri ümumiləşdirir. Örnək: Sokrat insandır, Platon insandır. Hər iki cümlədə insanlıq vardır. Deməli burada insanlıq həm Sokrata, həm də Platona aiddir, o ümumidir və predikatdır.

Mübahisələrin çeşidləri:

1. Polemika (yunanca πολεμικά) hansısa konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz fikirlərini və mövqelərini rəgibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu söz yunancadan "düşmənçilik" kimi tərcümə olunur. Çəkişmədən fərqli olaraq, polemikada tərəflər arasında ziddiyət təşkil edən tezis irəli sürülür və onun ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə çıxış edib öz mövqelərini sübut, rəqibin dəlillərini isə təkzib etməyə çalışırlar.

2. Diskussiya (latınca discussio - baxılma, araşdırılmadır) hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiya yalnız dəlillərin ortalığa qoyulması ilə aparılır. Mübahisəli problemi müzakirə edərkən çəkişənlər öz mövqelərini təsdiq edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən ictimai mübahisələri də diskussiya adlanır. Diskussiyaların özəlliyi ondadır ki, orada hansısa bir konkret tezis irəli sürülmür. Bu özəllik onu polemikadan fərqləndirir. Söhbətlər zamanı hansısa mövzular, aktual problemlər müzakirə olunur. Elmi konfranslarda da tezislər irəli sürülmədən çəkişmələr gedir. Çəkişmələrin çeşidləri vardır:

Apodikdik diskussiyada tərəflər həqiqəti araşdırırlar;

Dialektik diskussiyada həqiqətə bənzərliyə iddia olunur;

Eristik diskussiyada bir tərəf rəqibini öz fikrini qəbul etdirməyə çalışır. Sofistikadan fərqli olaraq burada saxtakarlıqlar olmur;

Sofistik diskussiyada isə hansı yolla olursa olsun (hətta hilə və saxtakarlıq işlədərək) diskussiyada qalib gəlmək üçün aparılır.

3. Disput (latınca dispute) elmi mövzular üzrə tamaşaçılar önündə açıq çəkişmələrdir.

4. Debatlar (ingiliscə debate) tərəflərin üçüncü tərəfi (hakimləri, tamaşaçıları) inandırmaq üçün apardıqları çəkişmələrdir. Bu diskussiyanın bir çeşididir. Debatlər üçün bəlli qaydalar tərtib olunur. Udan və uduzan tərəf tamaşaçıların səsverməsi, yaxud hakimlərin rəyləri ilə təyin olunur. Debatlar televiziya vasitəsi ilə bir çox qərb ölkələrində seçkilər ərəfəsində iddiaçıların arasında keçirilir. Bir çox hallarda şou xarakteri daşıyır.

Mübahisələrin ayrılmaz hissəsi olan məntiq (yunanca - λογική/logike, doğru ağıl yürütmədir) hələ əski Hindistanda, Yunanıstanda və Romada məhkəmələr prosesləri və natiqlik üçün tətbiq edilirdi.




Yüklə 243,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə