- 30 -
Aristoteldə ruh-bədən təlimi və onun
Şərq-islam fəlsəfəsi üzərindən müasir qərb
düşüncəsinə transformasiyasi
Səlahəddin Xəlilov
Aristotelin mənəvi və maddi dünyalar haqqında düşüncələri ruh və
bədən timsalında daha bariz ifadə olunur. Onun mənəvi-intellektual həyatın
strukturu ilə bağlı fikirləri sonrakı dövrdə ən çox orta əsrlər islam
fəlsəfəsində inkişaf etdirilmişdir. Aristotelin müasir Qərb fəlsəfəsinə təsiri
də daha çox Fərabi, İbn Sina və İbn Ruşdunəsərləri vasitəsilə həyata
keçmişdir.
İbn Sina öz fəlsəfi yaradıcılığında Aristotel təlimini bir neçə
istiqamətlərdə inkişaf etdirmişdir.
Məlum olduğu kimi Aristotel təlimində hələ mahiyyət məzmundan,
substratdan fərqlənmir və nəticədə mahiyyət «təkcə» çərçivəsində axtarılır.
1
İbn Sina isə «mahiyyət» anlayışının müasir anlamını vermiş və onu
«ümumi» olaraq izah etmişdir. Özünün «Metafizika» əsərində İbn Sina bu
məsələni önə çəkmiş və kitaba «Zəruri mövcudadda mahiyyətin fərdi ola
bilməməsinin izahı» adlı xüsusi paraqraf daxil etmişdir.
2
Mehdi Əminrazavi
də diqqəti bu cəhətə yönəldərək göstərir ki, İbn Sinaya görə mahiyyətlər
1
Аристотель. Физика. // Сочинения, том 3, М., «Мысль», 1981, стр.63.
2
Ибн Сина. Избранные философские произведения. М., «Наука», 1980, стр.140.
Aristotel – 2400
- 31 -
şeylərdə yox, ancaq mücərrəd şəkildə mövcuddurlar.
1
Məntiq sahəsində İbn Sina Aristotel məntiqini sadəcə şərh etməmiş,
bu sahəyə bir sıra yeniliklər gətirmişdir. Əslində İbn Sina məntiqin xüsusi
bir sahəsi olan modal məntiqin banisidir. Belə ki, Avropada bu problemlə
ancaq XIII-XIV əsrlərdən məşğul olmağa başlamışlar və o da yəqin ki, İbn
Sinanın əsərləri ilə tanışlıqdan sonra.
İbn Sina məntiqə daha geniş planda yanaşır. Aristotelə görə, məntiq
sillogizmlər qurulması, xüsusi halda sübut haqqında təlimdir.
2
İbn Sina isə
məntiqi məlum anlayışlardan naməlum anlayışlara düzgün keçidin
qaydalarını, habelə bu anlayışların vəziyyətini öyrənən elm kimi müəyyən-
ləşdirir.
3
Sillogizmlər və sübut məsələləri buradan xüsusi hal kimi çıxır.
Tacik tədqiqatçısı M.Dinorşoyevin yazdığı kimi, İbn Sinanın
mühakimə təlimi, Aristotelin mühakimə təlimindən xeyli fərqlidir; belə ki,
o, yalnız kateqorik mühakimələr haqqında deyil, həm də hipotetik (şərti)
mühakimələr haqqında təlimdir.
4
İbn Sina özü bu fərqi belə izah edir: «Bu
mühakimə, iki mülahizədən yaranır ki, onların hər biri müstəqil mühakimə
olmaq xassəsini itirərək o biri ilə şərtlənir və o birindən hasil olur. Elə
mühakimələr, şərti birləşdirici və hal mühakimələri adlanır. Mülahizələr
arasında əlaqə belə də ola bilər ki, onların biri o birisinə uyğun gəlmir və
onun əksinə olur. Bu halda mühakimə şərti-ayırıcı mühakimə adlanır».
5
Məlum olduğu kimi, Aristotel Platon təlimini tənqid etsə də, materiya
ilə ideya arasındakı ayrılığı tam aradan qaldıra bilməmişdi. İbn Sina
fəlsəfəsinə görə isə materiyanın dərk olunması ancaq onun formaları və
aksidensiyaları vasitəsilə mümkündür.
6
İbn Sina materiyanı şeylərdən fərq-
ləndirərək ilkin zəruri mövcudat kimi dəyərləndirmişdir və onun nə vaxtsa,
kiminsə (hətta Allah) tərəfindən yaradılmasını mümkünsüz hesab etmişdir;
1
Мехти Аминразави. Авиценна (Ибн Сина) – Великие мыслители Востока. М.
Крон-пресс. 1998, стр.574.
2
Аристотель. Первая аналитика. 24 а.// Сочинения, том 2, М., «Мысль», 1978,
стр.119.
3
Ибн Сина. Избранные философские произведения. М., «Наука», 1980, стр. 33.
4
М.Диноршоев. Ибн Сина и его философские воззрения. //Абу Али Ибн Сина.
Избранные произведения. Том 1, Душанбе, Ирфон, 1980, стр. 19.
5
Абу Али Ибн Сина. Избранные произведения. Том 1, стр. 19.
6
Yenə orada, səh. 29.
Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2
- 32 -
belə ki, yaradılan şey nə vaxtsa olmamışdır, amma materiya əzəli və
əbədidir. Bu fikir əl-Qəzali tərəfindən İslamın ehkamlarından kənara çıxma
kimi qiymətləndirilmiş və kəskin tənqid edilmişdir. Bu məsələyə
«Filosofların təkzibi» adlı xüsusi əsər həsr edən əl-Qəzalinin fikrinə görə,
filosoflar (ilk növbədə İbn Sina nəzərdə tutulur) Allahı Qurani-Kərimdəkinə
uyğun izah etmirlər. Belə ki, İbn Sina materiyanın heç nədən yaranmasını
inkar etməklə hər şeyin Allah tərəfindən yaradılması fikrindən kənara
çıxmış olur. İbn Ruşd isə «Təkzibin təkzibi» əsərində əl-Qəzaliyə qarşı
çıxaraq onun göstərdiyi ziddiyyətləri inkar edir. Fəlsəfənin məqsədi həqiqəti
işıqlandırmaq olduğundan və İslam dininin insanları biliyə və həqiqətə
səslədiyindən bu iki yolun qarşılaşdırılması yolverilməzdir. «Həqiqət
həqiqətə əks olmayıb, bir-birini ahəngdar surətdə tamamlayır».
1
İbn Sina
Allahı yeganə zəruri mövcudat və ilk səbəb hesab edir və materiyanı əzəli
hesab etməklə onu heç də Allahla eyni tərtibdə götürmür. Çünki materiya
zəruri yox, mümkün mövcudat kimi izah edilir. Bu baxımdan, İbn Sinanı
Vəhdət ideyasından uzaqlaşmaqda, dualizmdə və deizmdə təqsirləndirmək
üçün kafi əsas yoxdur.
İbn Sina əsasən Aristotel xəttindən çıxış edərək onu təkmilləşdirsə də,
bir sıra məsələlərdə Platon və Plotinin təlimlərinə müraciət etmiş və yeni
sintetik bir nəzəriyyə yaratmağa çalışmışdır. İbn Sinaya görə, insan nəfsi
İlahi İşığın emanasiyasından (yaradıcı enercisindən) doğulur, insan həyatı
isə İşığa doğru qayıdış yoludur. «Doğuluş və qayıdış» («Mabda və maad»)
əsəri də məhz bu problemə həsr olunmuşdur. İnsan həm də bədənə malik
olduğundan və bədən ontoloji iyerarxiyada ruha nisbətən aşağı pillədə
dayandığından insanın məqsədi və ya kamilliyin yolu bədəndən ruha,
qaranlıqdan işığa qayıdışdan ibarətdir. Bu fikirlərdə peripatetizmdən və
neoplatonizmdən sufizmə və işraqiliyə körpü atıldığının şahidi oluruq.
İbn Sina, həm bir filosof, həm də zəmanəsinin ən böyük həkimi
olmaqla, nəfs və bədən problemini elmi sistem halında araşdırmış və bu
sahədə bir sıra yeni ideyalar irəli sürmüşdür. Psixologiyanın əsasları
1
G.F.Hourani. Averroes on the Harmony of Religion and Philosophy. London, 1961,
p.50.// Скирбекк Г., Гилье Н. Истории философии. М., 2000, стр. 252.
Dostları ilə paylaş: |