1 uluslararasi azərbaycan felsefe araştirmalari fəLSƏFƏ VƏ sosial-siyasi derneğİ elmlər assosiASİyasi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə10/52
tarix26.11.2017
ölçüsü5,03 Kb.
#12669
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

 
 
- 30 - 
 
 
 
 
 
 
Aristoteldə ruh-bədən təlimi və onun 
Şərq-islam fəlsəfəsi üzərindən müasir qərb 
düşüncəsinə transformasiyasi 
 
 
Səlahəddin Xəlilov 
 
 
 
Aristotelin  mənəvi  və  maddi  dünyalar    haqqında  düşüncələri  ruh  və 
bədən timsalında daha bariz ifadə olunur.  Onun mənəvi-intellektual həyatın 
strukturu  ilə  bağlı    fikirləri  sonrakı  dövrdə  ən  çox  orta  əsrlər  islam 
fəlsəfəsində inkişaf  etdirilmişdir. Aristotelin   müasir Qərb fəlsəfəsinə təsiri 
də  daha  çox    Fərabi,    İbn  Sina  və  İbn  Ruşdunəsərləri  vasitəsilə  həyata 
keçmişdir. 
İbn  Sina  öz  fəlsəfi  yaradıcılığında  Aristotel  təlimini  bir  neçə 
istiqamətlərdə inkişaf etdirmişdir.  
Məlum  olduğu  kimi  Aristotel  təlimində  hələ  mahiyyət  məzmundan, 
substratdan fərqlənmir və nəticədə mahiyyət «təkcə» çərçivəsində axtarılır.
1
 
İbn  Sina  isə  «mahiyyət»  anlayışının  müasir  anlamını  vermiş  və  onu 
«ümumi» olaraq izah etmişdir. Özünün  «Metafizika»  əsərində  İbn Sina  bu 
məsələni  önə  çəkmiş  və  kitaba  «Zəruri  mövcudadda  mahiyyətin  fərdi  ola 
bilməməsinin izahı» adlı xüsusi paraqraf daxil etmişdir.
2
 Mehdi Əminrazavi 
də  diqqəti  bu  cəhətə  yönəldərək  göstərir  ki,  İbn  Sinaya  görə  mahiyyətlər 
                                                 
1
 Аристотель. Физика. // Сочинения, том 3, М., «Мысль», 1981, стр.63. 
2
 Ибн Сина. Избранные философские произведения. М., «Наука», 1980, стр.140. 


Aristotel – 2400 
 
 
- 31 - 
şeylərdə yox, ancaq mücərrəd şəkildə mövcuddurlar.
1
    
Məntiq  sahəsində  İbn  Sina  Aristotel  məntiqini  sadəcə  şərh  etməmiş, 
bu  sahəyə  bir  sıra  yeniliklər  gətirmişdir.  Əslində  İbn  Sina  məntiqin  xüsusi 
bir  sahəsi  olan  modal  məntiqin  banisidir.  Belə  ki,  Avropada  bu  problemlə 
ancaq XIII-XIV əsrlərdən məşğul olmağa başlamışlar və o da yəqin ki, İbn 
Sinanın əsərləri ilə tanışlıqdan sonra.  
İbn  Sina  məntiqə  daha  geniş  planda  yanaşır.  Aristotelə  görə,  məntiq 
sillogizmlər  qurulması,  xüsusi  halda  sübut  haqqında  təlimdir.
2
  İbn  Sina  isə 
məntiqi  məlum  anlayışlardan  naməlum  anlayışlara  düzgün  keçidin 
qaydalarını, habelə bu anlayışların vəziyyətini öyrənən elm kimi müəyyən-
ləşdirir.
3
 Sillogizmlər və sübut məsələləri buradan xüsusi hal kimi çıxır. 
Tacik  tədqiqatçısı  M.Dinorşoyevin  yazdığı  kimi,  İbn  Sinanın 
mühakimə  təlimi,  Aristotelin  mühakimə  təlimindən  xeyli  fərqlidir;  belə  ki, 
o,  yalnız  kateqorik  mühakimələr  haqqında  deyil,  həm  də  hipotetik  (şərti) 
mühakimələr haqqında  təlimdir.
4
  İbn  Sina özü bu  fərqi  belə  izah  edir:  «Bu 
mühakimə, iki mülahizədən  yaranır  ki,  onların  hər  biri  müstəqil  mühakimə 
olmaq  xassəsini  itirərək  o  biri  ilə  şərtlənir  və  o  birindən  hasil  olur.  Elə 
mühakimələr,  şərti  birləşdirici  və  hal  mühakimələri  adlanır.  Mülahizələr 
arasında  əlaqə  belə  də  ola  bilər  ki,  onların  biri  o  birisinə  uyğun  gəlmir  və 
onun əksinə olur. Bu halda mühakimə şərti-ayırıcı mühakimə adlanır».
5
  
Məlum olduğu kimi, Aristotel Platon təlimini tənqid etsə də, materiya 
ilə  ideya  arasındakı  ayrılığı  tam  aradan  qaldıra  bilməmişdi.  İbn  Sina 
fəlsəfəsinə  görə  isə  materiyanın  dərk  olunması  ancaq  onun  formaları  və 
aksidensiyaları vasitəsilə mümkündür.
6
  İbn Sina materiyanı şeylərdən fərq-
ləndirərək ilkin zəruri mövcudat kimi dəyərləndirmişdir və onun nə vaxtsa, 
kiminsə  (hətta  Allah)  tərəfindən  yaradılmasını  mümkünsüz  hesab  etmişdir; 
                                                 
1
  Мехти  Аминразави.  Авиценна  (Ибн  Сина)  –  Великие  мыслители  Востока.  М. 
Крон-пресс. 1998, стр.574.    
2
  Аристотель.  Первая  аналитика.  24  а.//  Сочинения,  том  2,  М.,  «Мысль»,  1978, 
стр.119. 
3
 Ибн Сина. Избранные философские произведения. М., «Наука», 1980, стр. 33. 
4
  М.Диноршоев.  Ибн  Сина  и  его  философские  воззрения.  //Абу  Али  Ибн  Сина. 
Избранные произведения. Том 1, Душанбе, Ирфон, 1980, стр. 19.  
5
 Абу Али Ибн Сина. Избранные произведения. Том 1, стр. 19.   
6
 Yenə orada, səh. 29.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2 
 
 
- 32 - 
belə  ki,  yaradılan  şey  nə  vaxtsa  olmamışdır,  amma  materiya  əzəli  və 
əbədidir. Bu fikir əl-Qəzali tərəfindən İslamın ehkamlarından kənara çıxma 
kimi  qiymətləndirilmiş  və  kəskin  tənqid  edilmişdir.  Bu  məsələyə 
«Filosofların  təkzibi»  adlı  xüsusi  əsər  həsr  edən  əl-Qəzalinin  fikrinə  görə, 
filosoflar (ilk növbədə İbn Sina nəzərdə tutulur) Allahı Qurani-Kərimdəkinə 
uyğun  izah  etmirlər.  Belə  ki,  İbn  Sina  materiyanın  heç  nədən  yaranmasını 
inkar  etməklə  hər  şeyin  Allah  tərəfindən  yaradılması  fikrindən  kənara 
çıxmış  olur.  İbn  Ruşd  isə  «Təkzibin  təkzibi»  əsərində  əl-Qəzaliyə  qarşı 
çıxaraq onun göstərdiyi ziddiyyətləri inkar edir. Fəlsəfənin məqsədi həqiqəti 
işıqlandırmaq  olduğundan  və  İslam  dininin  insanları  biliyə  və  həqiqətə 
səslədiyindən  bu  iki  yolun  qarşılaşdırılması  yolverilməzdir.  «Həqiqət 
həqiqətə  əks  olmayıb,  bir-birini  ahəngdar  surətdə  tamamlayır».
1
  İbn  Sina 
Allahı yeganə zəruri mövcudat və ilk səbəb hesab edir və materiyanı əzəli 
hesab  etməklə  onu  heç  də  Allahla  eyni  tərtibdə  götürmür.  Çünki  materiya 
zəruri  yox,  mümkün  mövcudat  kimi  izah  edilir.  Bu  baxımdan,  İbn  Sinanı 
Vəhdət  ideyasından  uzaqlaşmaqda,  dualizmdə  və  deizmdə  təqsirləndirmək 
üçün kafi əsas yoxdur.  
İbn Sina əsasən Aristotel xəttindən çıxış edərək onu təkmilləşdirsə də, 
bir  sıra  məsələlərdə  Platon  və  Plotinin  təlimlərinə  müraciət  etmiş  və  yeni 
sintetik  bir  nəzəriyyə  yaratmağa  çalışmışdır.  İbn  Sinaya  görə,  insan  nəfsi 
İlahi  İşığın  emanasiyasından  (yaradıcı  enercisindən)  doğulur,  insan  həyatı 
isə  İşığa doğru qayıdış  yoludur.  «Doğuluş və qayıdış» («Mabda və maad») 
əsəri  də  məhz  bu  problemə  həsr  olunmuşdur.  İnsan  həm  də  bədənə  malik 
olduğundan  və  bədən  ontoloji  iyerarxiyada  ruha  nisbətən  aşağı  pillədə 
dayandığından  insanın  məqsədi  və  ya  kamilliyin  yolu  bədəndən  ruha, 
qaranlıqdan  işığa  qayıdışdan  ibarətdir.  Bu  fikirlərdə  peripatetizmdən  və 
neoplatonizmdən sufizmə və işraqiliyə körpü atıldığının şahidi oluruq.  
İbn  Sina,  həm  bir  filosof,  həm  də  zəmanəsinin  ən  böyük  həkimi 
olmaqla,  nəfs  və  bədən  problemini  elmi  sistem  halında  araşdırmış  və  bu 
sahədə  bir  sıra  yeni  ideyalar  irəli  sürmüşdür.  Psixologiyanın  əsasları 
                                                 
1
  G.F.Hourani.  Averroes  on  the  Harmony  of  Religion  and  Philosophy.  London,  1961, 
p.50.// Скирбекк Г., Гилье Н. Истории философии. М., 2000, стр. 252. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə