1 uluslararasi azərbaycan felsefe araştirmalari fəLSƏFƏ VƏ sosial-siyasi derneğİ elmlər assosiASİyasi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə11/52
tarix26.11.2017
ölçüsü5,03 Kb.
#12669
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

Aristotel – 2400 
 
 
- 33 - 
Aristotel  tərəfindən  qoyulsa  da,  onun  sonrakı  inkişafında  ən  böyük  söz 
sahibi İbn Sina olmuşdur.  
Psixologiyanın bir elm kimi formalaşması, XIX əsrdə təbiətşünaslığın 
əldə etdiyi nailiyyətlərin və elmi araşdırma texnologiyasının «ruh və bədən» 
probleminə  yönəldilməsi,  ruhun,  nəfsin  müstəqil  tədqiqat  obyektinə 
çevrilməsi XX əsrin əvvəllərində bu sahələrdə bir sıra böyük uğurlar qaza-
nılmasına səbəb oldu. Bu uğurlar məsələnin fəlsəfi qoyuluşuna da müəyyən 
dərəcədə  təsir  etmiş,  lakin  onları  tam  izah  edən  yeni  fəlsəfi  sistem  hələ 
yaradılmamışdır.  
Bir qayda olaraq ağıl, nəfəs və ruh anlayışlarından istifadə edən fəlsəfi 
təlimlər Yeni Dövrdə şüur anlayışının prioritetliyi sahəsində fərqli düşüncə 
tərzinə  yeni-yeni  uyğunlaşdığı  bir  vaxtda  aşkarlanmayan  şüur  haqqında 
təlimin  ortaya  çıxması  fəlsəfi  paradiqmanın  yenidən  dəyişilməsi  tələbini 
ortaya  qoyur.  Lakin  bu  yenilik  tələbi  əslində  köhnəyə,  Şərq  təfəkkür 
ənənələrinə  qayıdış  tələbindən  ibarət  idi.  Fəlsəfənin  dini  düşüncədən 
ayrılması sahəsində arxa plana keçmiş ruh və bədən problemi qarışıq dini-
fəlsəfi  sistemlər  halında  olan  Şərq  düşüncəsində  həmişə  prioritet  mövzu 
olmuşdur. Qərb fəlsəfəsi təbiəti, maddi dünyanın qanunauyğunluqlarını ruha 
istinad etmədən, müstəqil şəkildə tədqiq edən elmə əsaslanma plan və elmi 
dünya  görüşünün  güclü  təsirinə  məruz  qalmaqla  Şərq  düşüncə 
ənənələrindən  çox  uzaqlaşmışdır.  İdrak  prosesləri,  şüur  fəlsəfənin 
predmetində  saxlansa  da  maddi  gerçəkliyin  öyrənilməsi  elmin  ixtiyarına 
verilmiş, elmlə vasitələnmiş və fəlsəfə bu bölgüyə ancaq elm fəlsəfəsi kimi 
daxil olmuşdur. 
XIX  əsrin  axırları,  XX  əsrin  əvvəllərində  isə  təbiətşünaslığın  inkişafı 
elə  bir  mərhələyə  gəlib  çatdı  ki,  şüurun  və  nəfsin  də  təbii-elmi  yolla 
öyrənilməsi günün tələbinə çevrildi. Elm yenə də fəlsəfəni izləməkdə davam 
edərək onun tədqiqat sahəsinə daxil olur. Ən önəmlisi isə budur ki, ənənəvi 
terminlər yeni məzmunla zənginləşir. Ruh, nəfs və şüur anlayışlarının fərqli 
kontekstlərdə  işlənməsi  bir  tərəfdən  onların  məzmununu  zənginləşdirsə  də, 
digər  tərəfdən  onların  mahiyyətini  yenidən  nəzərdən  keçirmək  zərurəti 
yaranır. Beləliklə, təbiətşünaslığın inkişafı fəlsəfi terminlərin də dəqiqləşdi-
rilməsini tələb edir.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2 
 
 
- 34 - 
Təsadüfi  deyildir  ki,  Amerika  filosofu  Uilyam  Ceyms  psixologiyaya 
təbiətşünaslığın  bir  sahəsi  kimi  baxır.
1
  Digər  tərəfdən  professor  Leddin 
yazdığı  kimi  psixologiya  şüur  vəziyyətlərini  təsvir  və  şərh  edir.  Beləliklə 
fəlsəfənin  başlıca  kateqoriyalarından  olan  şüur  (yaxud  nəfs,  və  ya  ruh) 
təbiətşünaslığın  predmetinə  çevrilir.  Düzdür  bəzi  filosofların  (məsələn  
H.Spenser) fikrinə görə «cismani həyatla ruhani həyatın mahiyyəti eynidir» 
(Spenser  bunu  daxili  münasibətlərin  xarici  münasibətlərə  uyğunlaşması 
kimi, təkamülün  nəticəsi kimi izah edir).  
U.Ceymsə  görə,  ruhani  (nəfsani,  mənəvi)  həyatın  faktları    fiziki 
mühitdən kənarda öyrənilə bilməz. Bu baxımdan o, nəfsi ancaq qeyri-maddi 
varlıq kimi nəzərdən keçirən rasional psixologiyanın mövqeyini qəbul etmir. 
Müasir psixologiya etiraf edir ki, insanın daxili qabiliyyətləri onun yaşadığı 
maddi dünyanın formalarına uyğunlaşdırılmışdır.
2
 
Təbiətşünaslığın nailiyyətlərindən istifadə etmək cəhdləri tədqiqatçını 
istər-istəməz  materialist  mövqeyə  sürükləyir.  Nəfsdəki  prosesləri,  beynin 
fəaliyyətini əsəb sistemi ilə əlaqələndirən U.Ceyms bunun açıq-aşkar mate-
rialist  baxış  olduğunu  dərk  etdiyi  üçün  vəziyyətdən  çıxış  yolları  axtarır, 
lakin  təbiətşünaslığın  müddəalarını  idealist  fəlsəfə  konteksinə  sala  bilmir. 
U.Ceyms  etiraf  edir  ki,  materializm  yüksəkdə  duranı  aşağıda  olandan  asılı 
vəziyyətə  salır.  Nəfsin  beynin  fəaliyyəti  ilə  əlaqələndirilməsi  də  bu 
qəbildəndir. Amma hələ ki, elm  ancaq bu yolu təklif edə bilir.
3
   
Burada  yada  salmaq  yerinə  düşərdi  ki,  hələ  orta  əsrlərdə  İbn  Sina  və  
Ş.Sührəvərdi nəfs hadisələrini bədənlə izah etmək cəhdlərinin qüsurlu oldu-
ğunu  göstərirdilər.  Ş.Sührəvərdi  yazırdı  ki,  aşağıda  olan  özündən 
yüksəkdəkini  idarə  edə  bilməz.  Ona  görə  də,  nəfs  bədənin  məhsulu  ola 
bilməz.  Bədən  nəfsi  yox,  nəfs  bədəni  idarə  edir.
4
  XX  əsrin  ən  böyük 
psixoloqlarından biri Karl Qustav Yunq yazır ki, ideyalar hansı isə konkret 
insandan  yox,  nə  isə  daha  böyük  bir  varlıqdan  yaranır.  Biz  onları  deyil, 
                                                 
1
 У.Джеймс. Научные основы психологии. - Минск.: Харвест, 2003, стр.3. 
2
 Yenə orada, səh. 5. 
3
 Yenə orada, səh. 9. 
4
 Ş.Sührəvərdi. İşıq heykəlləri.- Şərq fəlsəfəsi (IX-XII əsrlər), Bakı, 1999, səh. 221. 


Aristotel – 2400 
 
 
- 35 - 
onlar bizi formalaşdırır.
1
 
U.Ceyms də,  K.Q.Yunq da İbn Sina, Ş.Sührəvərdi kimi nəfsin bədənə 
nisbətən  yüksəkdə  durduğunu,  daha  böyük  bir  sirrə  əsaslandığını  bir  sövq-
təbii  ilə,  fəhmlə  dərk  edirlər.  Lakin  bir  Qərb  adamı  olaraq  U.Ceyms  tə-
biətşünaslığın açdığı imkanlardan kənar qala bilmir və ümid edir ki, ənənəvi 
elmi  üsullarla  alınan  biliklər,  fizioloji  və  nevroloji  proseslərin  tədqiqi, 
nəhayət nəfsin öyrənilməsi üçün baza olacaqdır.  Və ümid edir ki, indi baş-
ayaq qoyulanlar fəlsəfi konteksə keçdikdə yenidən öz yerini tuta bilər.  
Elmin  mövqeyi  isə  təxminən  belədir  ki,  nəfs,  şüur  hadisələri  bədənlə 
xarici  maddi  aləm  arasında  qarşılıqlı  əlaqədən  irəli  gəlir.  Yəni  iki  maddi 
tərəf arasındakı münasibət fərqli bir mahiyyətin – şüurun yaranmasına səbəb 
olur. Lakin ən çətini və elm üçün əlçatmaz olan da, elə bu keçid məqamının 
anlaşılmazlığıdır.  Cismlə  qarşılıqlı  əlaqə  nəticəsində  orqanizm  müəyyən 
fiziki təsirlərə məruz qalır və bu təsirlər beynə ötürülür. Beyndə də müəyyən 
proseslər gedir, qıcıqlar  neyronlara təsir  edir və s., və s.  Bütün bunları elm 
öyrənə  bilər.  Lakin  beyndə  gedən  sonrakı  maddi  proseslərin  sayəsində 
maddi aləmin hüdudundan kənara çıxan, ondan köklü surətdə fərqli olan və 
maddi  üsullarla  qavranıla  bilməyən,  görünməsi,  eşidilməsi,  toxunulması 
mümkün  olmayan  şüur  hadisələri  ortaya  çıxır.  Bax  bu  keçidi  və  yaranmış 
yeni  mahiyyətli  hadisəni  təbiətşünaslıq  izah  edə  bilmir.  Elmin  ən  son 
nailiyyətlərinə  əsaslanmağa  çalışan  fəlsəfə  də  bu  məqamda  aciz  qalır.  Bu  
keçid,  sıçrayış,  bu  böhran  məqamı  elm  üçün  anlaşılmaz  olduğu  kimi, 
sıçrayışdan sonra qədəm qoyduğumuz yeni dünya, mənəvi-ruhani dünya da 
elm  üçün  əlçatmazdır.  (Elm  bu  sahəni  fəlsəfəyə  saxlamışdır.)  Çünki,  bu 
dünyada  nə  məkan,  nə  zaman,  nə  də  səbəbiyyət  hökm  sürür.  Maddi  dünya 
qanunlarından  heç  biri  burada  işləmir.  Lakin  insan  malik  olduğu  əqlin, 
mənəviyyatın  sayəsində,  həmin  sirli  və  əsrarəngiz  dünyanın  sayəsində 
maddi  dünyaya  fərqli  bir  münasibət  bəsləməyə  başlayır  ki,  bax,  bundan 
sonrakı zona yenə də elmi tədqiqat zonasıdır. Daha doğrusu, bu elə əvvəlki, 
şüuraqədərki  maddi  dünyadır,  sadəcə  bizə  məlum  olduğu  şəkildə.  Zira, 
şüuraqədərki  dünyanın  özü  də  bizim  üçün  əlçatmazdır,  qaranlıqdır.  Dünya 
                                                 
1
 Юнг К. Г. Психология бессознательного. М., Канон, 1994, стр.6. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə