1 uluslararasi azərbaycan felsefe araştirmalari fəLSƏFƏ VƏ sosial-siyasi derneğİ elmlər assosiASİyasi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə13/52
tarix26.11.2017
ölçüsü5,03 Kb.
#12669
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

Aristotel – 2400 
 
 
- 39 - 
dəyərlərə  uyğun  surətdə  qurmağa  çalışır  və  əslində  nə  kimi  bir  materialla  
işlədiklərinin fərqinə varmırlar. Lakin bu material insanın istəyindən, arzu-
sundan  asılı  olmadan  irəlicədən  verilmiş,  başqası  tərəfindən  yaradılmış  bir 
gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi 
reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən, 
sonradan  əldə  edilmiş  keyfiyyətlərdən,  cəmiyyətin,  mühitin  insana  təlqin 
etdiklərindən  uzaqlaşmaq,  «xilas  olmaq»  yolu  ilə  özünə  yaxınlaşmağa 
çalışır. Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın 
həqiqi Mən-inin realizasiyası kimi həyata keçir. 
Upanişadlara  görə  insan  azadlığa,  son  sevincə  elə  bu  dünyada  çata 
bilər:  «Ürəyindəki  bütün  istəkləri,  tutkuları  söküb  ata  bilsə,  insan 
ölümsüzlüyə çatar. Öz həyatında Brahmana yetişər»
1
. Beləliklə, Upanişadlar 
cənnəti göydən alıb yer üzünə endirmiş, insanları da tanrılar qatına yüksəlt-
miş olur. Buddizm də bu anlayışı bölüşür.   
Bütün  Veda  himnləri,  brahmanizm,  hinduizm  əsrlər  boyu  bir-birini 
əvəz  etsə  də,  mahiyyət  dəyişməmişdir.  Bu  dəyişkən,  iztirablarla  dolu 
dünyada  elə  bir  səviyyəyə  çatmaq  lazımdır  ki,  onun  fövqünə  qalxmaq  və 
ondan azad olmaq mümkün olsun. (Ancaq bu dünyadan azad olan insan ona 
nəzarət  edə  bilər.)  Bu  səviyyə  ali  başlanğıc  olan  Brahmana  mənsubdur. 
Əlbəttə, adi insan Brahman ola bilməz, amma hər bir insan öz həqiqi Mən-
ini  arasa  bu  ali  başlanğıcı  özündə  tapa  bilər.  Fərdi  miqyasda  atman 
adlandırılan  bu  ali  başlanğıc  əslində  Brahmana  adekvatdır.  Başqa  sözlə, 
atman  ali  başlanğıc  və  prinsipin  universal  forması  olan  Brahmanın  xüsusi, 
özəl  təzahürüdür.  İnsan  bütün  diqqətini  öz  Mən-inə  yönəldərək  hər  hansı 
xarici  təsirdən,  bu  fani  dünyanın  təbəddülatlarını  ehtiva  edən  sansaradan 
tam  azad  olduqda  onun  üçün  Brahmana  gedən  yol  açılşmış  olur. 
Təmizlənmiş, saflaşmış fərdi ruhun təcəssümü olan atman ilahi ruha, Brah-
mana qovuşur.  
Bu  təmizlənmə  yolu,  dünyəvi  olan  hər  şeyin  fövqünə  qalxmaq  cəhdi 
tərki-dünyalığa, asketizmə  sövq  edir.  Və  bu  yolun  sonu  yoxdur.  Əgər  fərdi 
ruhun təmizlənməsi bədəndən ayrılma hesabına həyata keçirsə, bunun insan 
                                                 
1
 İlham Güngören. Buda və ögretişi. İstanbul, «Yol yayınları», 1981, səh.34. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2 
 
 
- 40 - 
həyatına faydası nə olur.  
Ruhun təntənəsi bədənin inkarı üzərindəmi qurulmalıdır?!  
Yoxsa təmizlənmiş ruh yenə bədənə qayıtmalı və həyat yolunu onunla 
birlikdə  qət  etməlidir. Axı  bədən  sadəcə cansız  bir  cisim  deyil,  onun da  öz 
istəkləri vardır. Və məqsəd də bu istəkləri düzgün yönəldə bilməkdən, yəni 
bədənin özünü də tərbiyə etməkdən ibarətdir.  
Ruh  özünə  dalaraq  ruhani  aləmin  ənginliklərinə  daxil  olduqdan  və 
təmizləndikdən,  saflaşdıqdan  sonra  yenidən  yerə  enir,  «bədənin  ruhu»  ilə, 
nəfslə  təmasda  olur  və  nəfsi  də  təmizləməyə,  paklaşdırmağa  nail  olur.  Bu 
prosses zaman-zaman davam edir, hər  gün və hətta gündə neçə dəfə nəfsin 
ilahi ruhla təmas sayəsində haqqa yönəldilməsi baş verir. Nəticədə nəfs özü 
də təmizlənir, nurlanır. Hətta bədən də, insanın sifəti də dəyişir, nuraniləşir.  
Ancaq  paklaşmış,  təmizlənmiş  insan  öz  həqiqi  siması,  varlığı  ilə 
təmasda ola bilər və azadlığa da ancaq bu zaman çata bilər.  
Nəsihətlər,  tövsiyələr  üzərində  qurulmuş  tərbiyə  sistemi  ancaq 
ənənəvi  mühit  üçün  faydalı  ola  bilər;  o  da  əgər  vərdişə  çevrilərsə. 
Standartdankənar,  ekstremal  vəziyyətlərdə  məhz  həmin  vəziyyətə  uyğun 
optimal  qərar  çıxarmaq  üçün  mənəvi  prinsipləri  dövlətçilik  təfəkkürü  və 
ixtisas maraqları ilə eyni müstəviyə gətirmək, bu amilləri çıxarılacaq qərarın 
strukturana  daxil  etmək  üçün  ən  əsas  şərt  sərbəst  düşüncə,  yaradıcı 
təfəkkürdür. Ayrı-ayrılıqda mənəvi prinsipləri bilmək, müəyyən bir ixtisasa 
yiyələnmək, siyasi və hüquqi bilikləri mənimsəmək olar, amma ən başlıcası, 
hər bir şəraitdə onları əlaqələndirmək, optimal sintezini yaratmaqdır. Bu isə 
hər  adama  müyəssər  olmur.  Belə  bir  əlaqə  hiss  və  ya  vərdiş  səviyyəsində 
deyil, ancaq təfəkkür səviyyəsində yarana bilər. Ona görə də, Qərb dünyası 
hələ  XVIII  əsrdən  təfəkkür  tərbiyəsini  ön  plana  çəkir.  Con  Lokk  özünün 
məşhur  «Zəkanın  tərbiyəsi»  və  «Təlim  haqqında»  əsərlərində  təlimin  əsas 
vəzifəsi kimi təfəkkürün tərbiyəsini irəli sürürdü. Bu ideyanın irəli sürülmə-
sində xronoloji baxımdan yenə də Şərq irəlidədir. Yəni bu fikri də İbn Sina 
Con Lokkdan səkkiz əsr əvvəl irəli sürmüş və vərdişə çevrilmiş zəkanı «bi-
likli qüvvə», yaxud «maddi zəka» adlandırmışdır.
1
 Lakin əsas o deyildir ki, 
                                                 
1
 Ибн Сина. Избранные философские произведения. М., «Наука», 1980, стр.319. 


Aristotel – 2400 
 
 
- 41 - 
hansı ideya ilk dəfə hansı xalqın nümayəndəsi tərəfindən irəli sürülmüşdür. 
Əsas odur ki, bu ideyanı hansı xalq tətbiq etmişdir və əməli prosesə, sosial 
reallığa çevirmişdir.
 
 
Prof. Dr. Salahaddin Khalilov 
 
Aristotle`s Soul-Body Doctrine and its Transformation to the 
Contemporary Western Thought Over the Eastern-Islamic Philosophy 
(summary) 
 
In Medieval Islamic philosophy, Aristotle's doctrine on soul studied in 
two  aspects  -  ontological  and  epistemological  aspects.  The  soul-body 
comparison  from  the  ontological  aspect  is  discussed  as  a  manifestation  of 
the  spiritual  and  material  things  in  human  scale.  From  the  epistemological 
point  of  view,  Ibn  Sina  and  Suhrawardi  analyzed  different  fields,  whole 
spectrum of the soul – from sensitive soul to rational soul, from instinct to 
intuition and studied their mutual relations. The activities undertaken in this 
area played an essential role in the formation of rationalism and the creation 
of epistemological doctrines in New Age Western philosophy. In this article 
the  philosophical  thought  of  John  Locke's,  the  psychological  teachings  of 
W.James  and  C.Jung  have  been  comparatively  observed  in  the  context  of 
epistemology of Ibn Sina and Suhrawardi. 
 
Keywords:  Aristotle,  soul,  Eastern-Islamic  philosophy,  rationalism, 
epistemology. 
 
 
Prof. Dr. Salahaddin Khalilov 
 
Aristoteles`te Ruh-Beden Öğretisi ve Onun Doğu-İslam Felsefesi 
Üzerinden Çağdaş Batı Düşüncesine Aktarılması 
(özet) 
Aristoteles`in  ruh  hakkındaki  öğretisi  Ortaçağ  İslam  felsefesinde  iki 
açıdan – ontolojik ve epistemolojik açılardan araştırma konusu yapılmıştır. 
Ontolojik  bakımdan  ruh-beden  karşılaştırması  manevi  ile  maddi  olanın 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə