1 uluslararasi azərbaycan felsefe araştirmalari fəLSƏFƏ VƏ sosial-siyasi derneğİ elmlər assosiASİyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə12/52
tarix26.11.2017
ölçüsü5,03 Kb.
#12669
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2 
 
 
- 36 - 
bizim  üçün  şüur  mərhələsindən  sonra  işıqlanır.  Daha  doğrusu,  işıqlanmış 
hissəsi bizim üçün dünyadır.  
Ona görə də, müasir psixologiya əslində bir neçə fərqli tədqiqat sahə-
lərini,  zonalarını  ehtiva  edir.  Bu  kəsişmə  məqamına  qədər  olan  fiziki, 
fizioloji və neyrofizioloji proseslərin eksperimental və nəzəri tədqiqi və bir 
də  insanın  davranışlarının,  onun  «şüurlu»  fəaliyyətinin  eksperimental  və 
nəzəri  tədqiqi  (analoji  olaraq  koqnitiv  psixologiya  da  iki  mərhələyə 
bölünür)…  
Şüuraqədərki hadisələr zonası və şüurdan sonrakı hadisələr zonası…   
Şüur hadisəsi, fikrin, ideyanın müstəqil mövcudluğu və əql aləmində 
gedən proseslərin maddi aləmdən asılı olmaması … 
Hegelin fikrinə görə, fikir yalnız özünü doğurarkən, – özünü tapır. Və 
yalnız o zaman ki, özünü tapır, onda mövcuddur və fəaliyyətdədir.
1
 Hegelə 
görə,  fikrin  özünü  tapması  fərdi  miqyasda  mümkün  olduğu  kimi 
ümumbəşəri  miqyasda  da  mümkündür.  Bütövlükdə  bəşəriyyət  üçün  bu 
proses  fəlsəfə  tarixindən  ibarətdir.  İnsan  ümumisinin,  böyük  hərflərlə  in-
sanın intellektual müstəvidə özünüdərki ayrıca götürülmüş bir insanın deyil, 
bütövlükdə  bəşəriyyətin  missiyasıdır.  Fərdin  özünüdərki  isə  fikir 
müstəvisində  yox,  hissi  təcrübənin  bir  məqamı  kimi  həyata  keçir.  Sadəcə 
olaraq  burada  təcrübənin  obyekti  insanın  öz  Mən-i,  mənəvi  dünyasıdır. 
Təkcə  intellektlə  yox,  instinktlə,  nəfslə  səciyyələnən  konkret,  spesifik  və 
unikal bir mənəvi dünya!  
M.Merlo-Ponti  özünün  «Qavrayışın  fenomenologiyası»  əsərində 
R.Dekartın məşhur  «düşünürəmsə demək mövcudam» fikrinə işarə etməklə 
yazırdı:  «  «Mən  düşünürəm»  tezisi  indiyədək  başqasının  qavranmasını 
dəyərdən salırdı; o mənə deyirdi ki, «Mən» ancaq onun özü üçün əlçatandır. 
Belə  ki,  Mən  bir  fikir  kimi  təyin  olunduğumdan  Mən  mənim  özüm 
haqqımdakı fikrimlə eyniləşdirilirdi».
2
 
Bəs  əslində  Mən  kimdir,  yoxsa  nədir?  İnsanın  bədəni,  nəfsi  və  əqli 
                                                 
1
  Гегель.  Лекции  по  истории  философии.  Книга  первая.  //  Гегель.  Сочинения  М., 
1932, том  ЫХ стр.12.  
2
  Мерло-Понти.  (bax:  Филиппов  Л.И.  Философская  антропология  Жан-Поля 
Сартра. М., «Наука», 1977, стр.15).  


Aristotel – 2400 
 
 
- 37 - 
Mən-lə nə dərəcədə əlaqədardır? Orta əsrlər islam fəlsəfəsində, xüsusən İbn 
Sina və Ş.Sührəvərdinin əsərlərində Mən əsasən nəfslə eyniləşdirilir. Dekart 
insanın mövcudluğunu onun düşüncəsi, əqli ilə bağlayır. Materialist təlimlər 
və  adi  şüur  isə  insanın  varlığını  daha  çox  dərəcədə  bədənlə  eyniləşdirirlər. 
Lakin  diqqətlə  yanaşıldıqda  bütün  insan  bədənləri  təxminən  eyni  bir 
funksiyanı icra edir və onların fərqi insan həyatlarının rəngarəngliyini ifadə 
etmək  üçün  əsla  yetərli  deyil.  Digər  tərəfdən,  ölümdən  sonra  bədənin  öz 
funksiyalarını  itirməsi,  onun  heç  də  müstəqil  və  ya  aparıcı  olmadığına 
dəlalət edir. Ölüm isə nəfəsin dayanması və nəfsin bədəndən ayrılması kimi 
başa düşülür. Deməli, bədənə həyat verən, onu bir canlı varlıq kimi yaşadan 
əslində nəfs imiş. Əqlin fəaliyyətinə gəlincə, o universal səciyyə daşıyır və 
bütün  insanlar  üçün  təxminən  eynidir.  Düşüncə  qabiliyyətləri,  potensial 
imkanlar  fərqli  ola  bilər.  Lakin  yol  eyni  yoldur.  Görünür,  buna  görə  də, 
əqlin fərdi Mən-i səciyyələndirmək şansı azdır.  
Lakin  nəfslər  necə,  fərdidirlərmi  və  nə  dərəcədə?  Platon  belə  hesab 
edirdi  ki,  nəfs  (ruh)  bir  insan  öldükdən  sonra  başqa  insanlarda  və  hətta 
heyvanlarda  yaşamaqda  davam  edir.  Bununla  da  nəfsin  fərdiliyi,  unikallığı 
inkar  edilirdi.  Buna  baxmayaraq,  hər  bir  fərdin  öz  şəxsi  həyatında  nəfsini 
təkmilləşdirməsi  və  deməli,  sonrakı  nəsillərə  irs  olaraq  daha  sağlam  ruh 
qoyub  getməsi  imkanı  açılırdı.  Deməli,  tərbiyə  bir  tərəfdən  insanlar 
arasındakı münasibətin sayəsində mümkün olursa, digər tərəfdən, insanın öz 
Mən-ini təkmilləşdirməsi sayəsində həyata keçir.  
Özünü tanımaq, həyatını öz meyarlarına uyğun şəkildə qurmaq heç də 
bütün  insanlara  qismət  olmur.  Neçə-neçə  insan  bu  dünyada  həyat  sürüb, 
başqaları  ilə  ünsiyyətdə  olub,  başqalarını  tanıyıb,  onlarla  iş  birliyi  qurub, 
amma bir dəfə də olsun özü ilə görüşmək, özünü tanımaq və öz seçimi ilə nə 
isə  bir  iş  görmək  şansı  olmayıb.  Amma  kimə  ki,  özü  ilə  görüşmək  nəsib 
olur,  onun  keçirdiyi  ilk  hiss  heyrət  və  vahimə  ilə  müşaiyət  olunur. 
Başqasının istəklərinə və düşüncələrinə soyuqqanlı yanaşmaq, onları tənqidi 
surətdə  nəzərdən  keçirmək  emosiyasız  da  mümkündür.  Yaxın  adamlarının 
mövqeyinə,  həyat  tərzinə  biganə  qalmaq  çətindir.  Özünə  qarşı  biganəlik 
qeyri-mümkündür.  (Düzdür,  insan  özünü  heç  tanımadan  rahatca  «yaşayır». 
Amma  əslində  kimin  həyatını  yaşayır?  Başqalarının  həyatına  əlavəyə 


Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2 
 
 
- 38 - 
çevrilmir ki?).   
Hegel  «Tarix  fəlsəfəsi»  əsərində  diqqəti  insanın  özünün  əslində  nə 
olması  haqqında  fikirlərin  tarixən  dəyişilməsinə  yönəldir.  Misirlilərin  bu 
haqda  düşüncələrini  ifadə  etmək  üçün  Neyt  ilahəsinin  məbədində  həkk 
olunmuş  məşhur  yazını  misal  gətirir:  «Mən  o-yam  ki,  olmuşam,  varam  və 
olacağam:  heç  kim  mənim  pərdəmi  götürməmişdir».
1
  İnsanın  özünə 
münasibəti,  özü  haqqında  bilgisi  problemi  daha  yüksək  inkişaf  pilləsi  olan 
yunan  təfəkküründə  daha  aydın  qoyulur  və  «özünü  dərk  et»  şəklində 
konkretləşir.  Hegel  bu  fikri  izah  edərək  yazır  ki,  burada  söhbət  heç  də  hər 
bir  insanın  öz  müsbət  və  mənfi,  üstün  və  zəif  cəhətlərini  anlamasından 
getmir. Əsas məsələ ümumiyyətlə insanın özünü dərk etməsidir.
2
 Bu mənada 
özünüdərk öz-ün, fərdi Mən-in yox, insan ümumisinin dərkidir və tarixi bir 
prosesdir.  Lakin  hər  bir  insanın  öz  şəxsi  həyatında  məhz  öz  fərdi  varlığını 
dərk etməsi problemi də çox önəmlidir. Həm də bu zaman proses daha çox 
dərəcədə duyğu, hissiyyat müstəvisində gedir, insan həyatının tərkib hissəsi 
kimi yaşanır.  
Özünün  əslində  kim  olduğunu,  ürəyindən  nələr  keçdiyini  bilmək 
imkanı  insanı  vahimələndirir.    İnsanın  özü  ilə  həqiqi  görüşü  onun  özü 
haqqında  yaratdığı  himsiz-bünövrəsiz,  çox  təxmini,  ufaq  obrazın,  bəzən 
mifin  dağılması  ilə  nəticələnə  bilər  və  insanın  həqiqi  siması  özü  üçün  tam 
bir  yenilik  ola  bilər.  Şopenhauer  yazır  ki,  insandan  başqa  heç  bir  varlıq  öz 
mövcudluğuna  təəccüb  və  heyrətlə  baxmır.  İnsan  öz  şüurlu  həyatını 
yaşayarkən,  öz  mövcudluğuna  izahat  tələb  etməyən  bir  reallıq  kimi  baxır. 
Lakin,  insanın  öz  Mən-inə  kənardan  baxmaq  imkanı  fəlsəfi  düşüncələrin 
əsası  olur  və  məlum  olur  ki,  insanın  kortəbii  fəaliyyəti  çox  vaxt  onun  öz 
maraqlarının əksinə yönəlmişdir.
3
 
Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü surətdə çəkinirlər, 
onlar  öz  həyat  tərzini  mövcud  sosial  normalara,  mənəvi  prinsiplərə,  əxlaqi 
                                                 
1
  Г.В.Ф.Гегель.  Философия    истории.  Санкт–Петербург,  «Наука»,  2000,  стр.  248-
249.  
2
 Yenə orada: səh.249. 
3
  А..Шопенгауэр.  Мир  как  воля  и  представление.  Приложение  2-е.  О 
метафизической потребности человека. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə