1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Böyük Britaniyada L.Corc, Bonar-Lou və S.Bolduin hökumətlərinin daxili və xarici siyasəti



Yüklə 199,24 Kb.
səhifə12/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   8   9   10   11   12   13   14   15   ...   58
Müasir cavablar [1 - 60].

14. Böyük Britaniyada L.Corc, Bonar-Lou və S.Bolduin hökumətlərinin daxili və xarici siyasəti
Müharibə qurtarandan sonra sənayeni hərbi xətdən dinc xəttə keçirmək mühüm vəzifələrdən biri oldu. Hökumət 1917-ci ildə qəbul etdiyi “İqtisadi və siyasi yenidənqurma” proqramına uyğun olaraq dağıdılmış təsərrüfatın bərpasına başladı. Müharibənin son illərində hökumətə liberallar partiyasının liderlərindən biri olan Lloyd Corc rəhbərlik edirdi. Onun təşkil etdiyi hökumətin tərkibində həm mühafizəkarlar, həm liberallar və həm də leyboristlərin nümayəndələri iştirak etdiyinə görə o, koalisiyalı hökumət adlanırdı. Müharibə qurtardıqdan dərhal sonra Lloyd Corc hökuməti yeni seçkilərdə uğur qazanmaq məqsədilə 1918-ci ilin noyabr ayında parlament islahatı keçirdi. Bu islahat nəticəsində seçicilərin sayı ölkə üzrə 8 mln-dan 21 mln nəfərə çatdırıldı. 30 yaşından yuxarı bütün qadınlara, 21 yaşından yuxarı bütün kişilərə seçki hüququ verildi. “Fişer İslahatı»” adlanan təhsil islahatı nəticəsində İngiltərədə 14 yaşına qədər bütün uşaqlar məcburi icbari təhsillə əhatə olundular. Müharibədə əlil olmuşlara, valideynlərini itirmiş uşaqlara, qocalara verilən pensiyalar və müavinətlər artırıldı.
Hökumətin tərkibində olan leyboristlər partiyası seçkiqabağı koalisiyadan çıxdığını bildirdi. Leyboristlər göstərirdilər ki, onlar hakimiyyətə gəlsələr, Sovet Rusiyasını tanıyacaqlar. Ən mühüm sənaye sahələrini, yəni elektrik stansiyalarını, kömür şaxtalarını, dəmir yollarını milliləşdirəcəklər. Həmçinin Hindistan və İrlandiyaya müstəqillik verəcəklər. 1918-ci ilin dekabrında hərbi vəziyyət şəraitində keçirilən “gümüsü” seçkilərdə liberallar və mühafizəkarlar üstünlük təşkil etdilər. Bu seçkilərdə ilk dəfə olaraq, liberallar mühafizəkarlardan az yer aldılar. Halbuki İngiltərə tarixində son 100 il ərzində liberallar həmişə parlamentdə çoxluq qazanmışdılar. Sənaye və ticarət burjuaziyasının partiyası olan liberallar partiyası maddi bazasını itirdiyindən siyasətdə də nüfuzdan düşdü. Onun yerini dövrə uyğunlaşmağı bacaran leyboristlər partiyası tutdu. 1918-ci ilin dekabrında leyboristlər partiyası öz nizamnaməsində belə bir dəyişiklik etdi ki, o, partiya üzvlüyünə kollektiv formadan başqa fərdi formada da üzv qəbul edə bilər. Bu imkan verdi ki, bu partiyada təkcə fəhlələr deyil, həm də xırda, orta və hətta iri burjuaziyanın nümayəndələri də təmsil edilsin.
Müharibə qurtardıqdan sonra bir sıra hərbi sənaye sahələrinin bağlanması fəhlə sinfinin vəziyyətini pisləşdirdi. 1919-cu ildə İngiltərədə 2.5 mln-a yaxın fəhlə tətil etdi. Bu hadisə hökuməti məcbur etdi ki, 6 mln-a qədər fəhlənin əmək haqqını 20% artırsın, 6.5 mln fəhlənin isə iş gününü 7saata endirsin. Rusiyada bolşeviklərin hakimiyətə gəlməsi 1919-cu ildə III İnternasionalın – Kommunist internasionalının yaranmasına gətirib çıxardı. Bu hadisədən sonra kapitalist ölkələrində kommunist partiyalarının təşkili gücləndi. Bu dövrdə Böyük Britaniyada 4 sosialist təşkilatı var idi. Bunlar Böyük Britaniya sosialist partiyası, Böyük Britaniya sosialist fəhlə partiyası, Fəhlə sosialist federasiyası, Cənubi Uels sosialist cəmiyyətindən ibarət idi. Lakin bu təşkilatlarda belə bir səhv fikir var idi ki, köhnə metodların hamısından əl çəkmək lazımdır. Parlamentə seçilmək gərək deyil. Saziş bağlamaq olmaz. Əslində bütün bunlar onların kifayət qədər təcrübəli olmamasından irəli gəlirdi. Halbuki hər hansı bir partiya xalqı öz tərəfinə çəkmək üçün kütləni öz ardınca aparmağı bacarmalıdır.
1920-ci ilin iyulun 31-i ilə avqustun 1-i arasında Londonda keçirilən qurultayda Harri Pollitin başçılığı altında İngiltərə kommunist partiyasının yaradıldığı elan edildi. Lakin bu partiyanın üzvlərinin sayı 10 min nəfəri keçə bilmədi. Çünki İngiltərə fəhlə sinfi Tredyunion təşkilatları və leyborist partiyasına daha çox inanırdı. Bu dövrdə İngiltərənin qarşılaşdığı mühüm problemlərdən biri müstəmləkələrə münasibət məsələsi idi. Hindistanda 1919-cu il islahatından sonra kütləvi nümayişlər başlandı. Onun ən faciəvi nəticələrindən biri 1919-cu ilin aprelində Amritsar qırğını oldu. 1919-1920-ci illərdə Mahatma Qandinin başçılığı altında vətəndaş itaətsizliyi kampaniyası davam etsə də, Qandinin ancaq dinc yolla mübarzəni davam etdirmək tərəfdarı olması onun nəticəsiz qurtarmasına səbəb oldu. 1919-1921-ci illərdə Misir xalqı da İngiltərəyə qarşı mübarizəyə qalxdı. Nəticədə 1922-ci ilin fevralın 28-də İngiltərə formal da olsa, Misiri müstəqil krallıq elan etdi. Ancaq o, Misirdə yenə də öz qoşunlarını saxlayır və onun xarici siyasətinə rəhbərlik edirdi. Böyük Britaniya ən ciddi problemlə İrlandiyada qarşılaşdı. 1916-cı ildə irlandiyalılar üsyan etsələr də, azadlıq qazana bilmədilər. Bu hadisələrdən sonra, İrlandiyada Şinnfeyn (Biz özümüz) partiyası yaradıldı. 1918-ci ilin dekabrında keçirilən seçkilərdə bu partiya İrlandiyadan seçilən 103 deputatdan -nə sahib oldu. Bu partiya bildirdi ki, o, Londona parlamentə getməyəcək və 1919-cu ilin yanvarında İrlandiyanı müstəqil respublika elan etdi. Bu hadisə İngiltərədə böyük təşvişə səbəb oldu. Hökumət İrlandiyaya qoşun yeritdi. 1919-cu ilin yanvarından 1921-ci ilin dekabrına qədər İrlandiya öz azadlığı uğrunda mübarizə apardı. İngiltərə güzəştə getməyə məcbur oldu. Belə ki, dünya ictimaiyyəti, İngiltərə fəhlə sinfi, tred-yunion təşkilatları, həmçinin ABŞ və Fransa İrlandiyanı müdafiə elədilər. 1921-ci il dekabrın 6-da bağlanmış sazişə əsasən cənubdakı 26 qraflığa «Azad İrlandiya dövləti» adı ilə muxtariyyət verildi. Şimaldakı sənaye cəhətdən inkişaf etmiş və ingilislərin çoxluq təşkil etdiyi 6 qraflıq isə İngiltərənin tərkibində qaldı. De Valera başda olmaqla İrlandiya xalqı 1923cü ilin yazına qədər mübarizəni davam etdirsə də, bu nəticəsiz qaldı.
Hələ 1917-ci ildə İngiltərə öz dominionları olan Kanada, Avstraliya və Cənubi Afrika İttifaqına muxtar respublika hüququ vermişdi. 1923-cü ildə isə bu dominionlara icazə verildi ki, xarici dövlətlərlə müstəqil müqavilələr bağlasınlar. 1920-ci ilin ortalarında İngiltərədə yeni iqtisadi böhran başlandı.Ona görə də ölkəni yenidən fəhlə tətilləri bürüdü. Hökumət polisin hər hansı bir nümayişi dağıtması haqqında qanun qəbul etməyə məcbur oldu. 1921-ci ildə müharibə dövründə tətbiq edilmiş kömür şaxtaları sahibkarları üzərində hökumətin nəzarəti qaydası ləğv edildi. Bundan istifadə edən sahibkarlar fəhlələrin əmək haqlarının aşağı salınmasına və iş gününün uzadılmasına nail ola bildilər.
1922-ci ilə qədər İngiltərə hökumətinə Lloyd Corc başçılıq etdi. Yeni hökumətin başlıca şüarı “İngiltərəni oyadın” oldu. Istehsal üzərində dövlət nəzarəti ləğv edildi. Bu dövrdə İngiltərənin həm beynəlxalq, həm də daxili vəziyyəti xoşagələn deyildi. L.Corc hökumətinin xarici siyasəti liberallizmə əsaslanırdı ki, bu da zor tətbiq etməyin əleyhinə olsa da, imperiya siyasətindən imtina etmək deyildi. L.Corc hökumətinin xarici siyasətinin əsas istiqamətləri Paris sülh konfransında iştirak, Azərbaycana, müstəmləkələrə münasibət, İran və Əfqanıstana, Rusiyaya, Vaşinqton konfransına, Genuya konfransına, Türkiyəyə münasibət məsələsi idi. Avropa ölkələri və ABŞ-a münasibətdə ingilis diplomatiyası tarazlaşdırılmış xətt yeridirdi. Çörçill başda olmaqla bir qrup nazirlər belə hesab edirdilər ki, Sovet Rusiyası ilə heç bir danışığa girmək olmaz, ancaq hərbi müdaxilə lazımdır. Lloyd Corc başda olmaqla bir qrup nazir isə belə hesab edirdi ki, iqtisadi yolla da Rusiyanı məhv etmək olar. Liberallarla mühafizəkarların koalisiyası məsələsində də mühafizəkarlar arasında fikir ayrılığı mövcud idi. Mühafizəkarlardan Çemberlen, Balfur liberallarla koalisiyanı saxlamaq tərəfdarı idilər, Stenli Bolduin, Bonar-lou isə liberallarla koalisiyanın əleyhinə çıxırdılar. Bu ixtilafların nəticəsi olaraq, Lloyd Corc 1922-ci ilin oktyabrında baş nazir vəzifəsindən istefa verdi və yeni seçkilər təyin edildi. Keçirilən seçkilərdə mühafizəkarlar qələbə çaldılar. 1922-ci ilin dekabrından 1923cü ilin mayına qədər Bonar-Lounun, 1923-cü ilin may ayından dekabr ayına qədər isə Stenili Bolduinin başçılığı altında mühafizəkarlar hökuməti hakimiyyətdə oldu. Mühafizəkarlar hökuməti daxili siyasətində inhisarların mənafeyini müdafiə etməklə fəhlə hərəkatına qarşı ciddi mübarizə apardı. Xarici siyasətində isə ilk növbədə Sovet Rusiyasına qarşı düşmənçilik mühüm yer tuturdu. Bu özünü 1923-cü il mayın 8-də xarici işlər naziri Lord Kerzonun sovet hökumətinə göndərdiyi notada bir daha göstərdi. Həmin notada İngiltərə hökuməti tələb edirdi ki, Əfqanıstan və İranda Sovet Rusiyası antiingilis təbliğatına son qoysun və sovet nümayəndə heyətini bu ölkələrdən geri çağırsın. Sovet Rusiyası İngiltərənin tələblərini yerinə yetirməli oldu. 1923-cü ilin fevral ayında Bolduin Vaşinqtonda ABŞ-la Böyük Britaniyanın borclarını 30% azaldan, qalan borclarının isə 62 il müddətində ödəməsini tələb edən sazişi imzalamalı oldu. Mühafizəkarlar hökumətinin proteksionizm, yəni xarici malların İngiltərəyə axınının qarşısını almaq üçün çox yüksək gömrük haqqı qoymaq siyasəti yeritmək istəmələri mühafizəkarlar içərisində fikir ayrılıqlarına gətirib çıxartdı. 1923-cü ilin dekabrın 6-da keçirilən parlament seçkilərində mühafizəkarlar uğur qazana bilmədilər.

Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə