1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Böyük Britaniyada S.Bolduin və N.Cemberlen hökumətlərinin (1935-1940) daxili və xarici siyasəti



Yüklə 199,24 Kb.
səhifə15/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   11   12   13   14   15   16   17   18   ...   58
Müasir cavablar [1 - 60].

17. Böyük Britaniyada S.Bolduin və N.Cemberlen hökumətlərinin (1935-1940) daxili və xarici siyasəti
1935-ci ilin iyununda keçirilən seçkilərdən qabaq Makdonald istefaya getdi və mühafizəkarlar hökuməti təşkil olundu. Yeni hökumətə Bolduin başçılıq edirdi. 1935-ci ilin noyabr seçkilərində onlar kollektiv təhlükəsizlik şüarı ilə çıxış edərək qalib gəldilər. S.Bolduin hökumətinin daxili siyasəti əsasən ölkə iqtisadiyyatının sağlamlaşdırılmasına yönəldilmişdi. Hökumətin xarici siyasətində Avropa dövlətləri ilə münasibətlər mühüm yer tuturdu. Almaniya və İtaliyanı sakitləşdirmək, İspaniya işlərinə «qarışmamaq» siyasəti yeridilirdi. 1935-ci ilin iyununda Almaniya ilə bağlanan hərbi dəniz sazişinə görə Almaniya İngiltərə donanmasının 35%-i qədər donanma yaratmaq hüququ aldı. 1935-ci ilin iyulun 6-15-də Versal sülh müqavləsinə yenidən baxmağı nəzərdə tutan «Razılıq və əməkdaşlıq paktı»nı Almaniya, İtaliya, Fransa ilə birlikdə İngiltərə də imzaladı.
Hindistanda antingilis əhval-ruhiyyəni zəiflətmək üçün 1935-ci ildə Hindistanın yeni konstitusiyası qəbul edildi. 1937-ci ildə orta səviyyəli bir adam olan Nevill Çemberlen kabinetin başçısı oldu. O bu vəzifəyə aristokrat mənşəyinə və ailə əlaqələrinə görə keçə bilmişdi. Hökumət aqrar bölməni inkişaf etdirmək məqsədilə kənd təsərrüfatı mallarının təminatlı qiymətlə alınmasını təşkil etdi. Kənd təsərrüfatına kapital qoyuluşu artırıldı. 1937-ci ildə İrlandiya parlamentinin qəbul etdiyi konstitusiya bəyənildi. Hökumət xarici siyasətdə ilk növbədə 1937-ci ildə İtaliya ilə saziş bağlayaraq onun Həbəşistandakı təcavüzünü bəyəndi. Tərəflər Aralıq dənizi rayonunda bir-birinin mənafelərinə hörmət edəcəklərini öhdələrinə götürdülər. Nevil Çemberlen hökumətinin faşizmin təhlükəsini lazımınca qiymətləndirməyərək, Almaniyanı «sakitləşdirmək» siyasəti yeritməsi İngiltərənin tərəqqipərvər ictimaiyyətinin və U.Çörçill başda olmaqla mühafizəkarlar partiyasının bir sıra xadimlərinin etirazına səbəb oldu. Çemberlenin 1938-ci ilin sentyabrında Münhen sövdələşməsinə imza atması onları daha çox narazı salmışdı. Mühafizəkarlar partiyasının bu görkəmli xadimləri Çemberlenin siyasətinə qarşı müxalifət təşkil etdilər. Onlar Çemberlenin xarici siyasətinin antisovet istiqamətinə tərəfdar olsalar da, onun Hitler və Mussoliniyə etibar etməsini bəyənmir, təcavüzkarlarla sövdələşərkən ehtiyatlı olmağı məsləhət görürdülər. Onlar İngiltərənin hərbi mövqelərini möhkəmlətmək məqsədilə zəruri tədbirlər görülməsini lazım bilirdilər. Onların fikrincə, ancaq bu yolla təcavüzkar dövlətlərlə İngiltərə üçün daha faydalı şəraitdə danışıqlar aparmaq mümkündür.
Çemberleni «daxili kabinet» adlanan kabinetə daxil olan ifrat mürtəce siyasi xadimlər qrupu müdafiə edirdi. «Daxili kabinet» ətrafında «Klayvden guruhu» (Bu qrupun üzvləri, iri ingilis kapitalisti Astorlar ailəsinə mənsub olan Klayvden malikanəsində tez-tez görüşdükləri üçün belə adlanırdı) adı ilə məşhur olan mürtəce siyasətçilər qrupu toplaşmışdı. Almaniya 1939-cu ilin martında bütün Çexoslovakiyanı işğal etdikdən sonra Çemberlen bildirdi ki, artıq İngiltərə diplomatiyası və siyasətinin yeni mərhələsi başlayır. İngiltərənin müdafiəsini gücləndirmək üçün bir sıra tədbirlər görüldü. Lakin bu tədbirlər çox ehtiyatla görülürdü. 1939-cu ilin aprelində İngiltərənin silahlanmasına buraxılan xərclər iki dəfə artırıldı. 1939-cu il mayın 15-də icbari hərbi mükəlləfiyyət tətbiq edildi.
XX əsrin 30-cu illərinin ikinci yarısında Böyük Britaniyanın yeritdiyi xarici siyasət İkinci Dünya müharibəsinin başlanmasına imkan yaradan amillərdən biri oldu. 1939-cu ilin sentyabrın 3-də Böyük Britaniya Almaniyaya müharibə elan etməklə İkinci Dünya müharibəsinə qoşulmuş oldu. İngiltərə ilə eyni vaxtda Yeni Zelandiya və Avstraliya, sentyabrın 5 və 8-də isə Kanada və Cənubi Afrika İttifaqı Almaniyaya müharibə elan etdilər. Hindistan da Almaniya ilə müharibə vəziyyətində olduğunu bildirdi. İngiltərə ilə Fransa 1940-cı ilin may ayınadək passiv müharibə aparırdılar. Danimarka və Norveç təslim olduqdan sonra N.Çemberlenin nüfuzu xeyli aşağı düşdü. Hökumətə 1940-cı il mayın 10-da nəinki liberallar və leyboristlər, hətta mühafizəkarların da əksəriyyəti etimad göstərmədiklərini bildirdikləri üçün o, istefa verməli oldu. U.Çörçillin başçılığı altında yeni hökumət yaradıldı. Parlament 1940-cı il mayın 22-də müharibənin aparılması üçün fövqaladə qanun qəbul etdi. Müharibə illərində İngiltərə silahlı qüvvələrinin sayı 4 mln 543 min nəfərə çatdı.Ölkədə təyyarə, tank, top islehsal edilirdi. İngiltərə müharibə illərində özünün ərzaq təlabatını əsasən ödəyirdi.


18. Fransa üçün Birinci Dünya müharibəsinin nəticələri.Fransada “milli blok” hökumətinin daxili və xarici siyasəti
Birinci Dünya müharibəsindən Fransa qalib dövlət kimi çıxdı. Lakin qələbənin nəticələri o qədər də təsəlliverici deyildi. Fransa əmək qabiliyyətli əhalinin 11%-ni, 1 milyon 325 min adam itirmişdi. Ölkə öz milli sərvətinin itirmiş, 10 departamenti dağıdılmış, şose, dəmir yolu, zavod, çoxlu yaşayış evləri sıradan çıxmışdı. Daş kömür çıxarılması, çuqun istehsalı enmişdi. Kənd təsərrüfat məhsulları istehsalı 34%-ə düşmüşdü. Büdcə çatışmazlığı 27 milyard frank təşkil edirdi. Müharibə dövründə Fransanın ümumi dövlət borcları 300 milyard franka qalxmışdı. Rusiya, Avstriya-Macarıstan, Osmanlı imperiyalarının dağılması nəticəsində Fransanın xaricə kapital ixracı 40% aşağı düşdü. Fransa 1871-ci ildə itirmiş olduğu Elzas və Lotaringiyanı Birinci dünya müharibəsi nəticəsində özünə yenidən qaytardı. Müharibə nəticəsində hərbi sənaye inkişaf etdi. Müharibə Fransa xalqının dünyagörüşündə böyük dəyişikliyə səbəb oldu. Fəhlə sinfinin siyasi şüuru xeyli inkişaf etdi. Birinci dünya müharibəsinin sonunda Fransa hökumətinə radikallar partiyasının lideri Corc Klemonso başçılıq edirdi. Kartoçka sistemi ləğv edildi. Istehsal üzərində dövlət nəzarəti zəiflədi. Ölkədəki inqilabi hərəkatın yüksəlişi 1919-cu ilin aprel ayının 23-də 8 saatlıq iş günü haqqında qanunun verilməsi ilə nəticələndi. Həmçinin sahibkarlarla həmkarlar ittifaqları arasında kollektiv müqavilələr bağlanması qanuniləşdirildi, müharibədə həlak olmuş cəbhəçilərin uşaqlarına, dul qalmış qadınlarına, şikəstlərə təqaüd müəyyən edildi. Birinci dünya müharibəsinin gedişində Fransada istehsalın və kapitalın təmərküzləşməsi prosesi daha da gücləndi. Ölkənin bank-maliyyə əməliyyatlarına üç iri bank - Hind-Çin, Lion və Paris bankları nəzarət edirdi. Pejo, Reno, Sitroen maşınqayırma zavodları ölkədə maşın istehsalının -ni verirdilər. Lakin yenə də o, aqrarsənaye ölkəsi olaraq qalırdı. Əhalinin 53.6 %-i kənddə yaşayırdı. Bununla belə, müharibə nəticəsində şəhərə axın gücləndi. Klemanso hökuməti öz xarici siyasətində Sovet Rusiyasına qarşı düşmənçilik mövqeyində dururdu. Fransa bunu onunla əsaslandırırdı ki, müharibə dövründə Rusiya Antantaya sadiq olmamış, bolşeviklər hakimiyyətə gəldikdən sonra isə Leninin Almaniyanın agenti olduğu müəyyənləşdirilmiş, Rusiya öz müttəfiqlərini yarı yolda qoymuş, axıracan onlarla getməmiş, 1918-ci il martın 3-də Almaniya ilə seperat Brest- Litovsk sülhünü bağlamışdı. Fransa belə hesab edirdi ki, Rusiya öz borclarını, ilk növbədə Fransaya olan 12 milyard frank borcunu verməlidir. Fransa sovet Rusiyasına qarşı hərbi müdaxilədə iştirak etsə də, ölkə ictimaiyyətinin tələbi ilə fransız əsgərləri Qara dənizdən geri qayıtmalı oldular.

1919-cu ilin noyabrında keçirilən seçkilərdə Aristid Brianın, Aleksandr Milyeranın, Raymond Puankarenin başçılığı altında 6 respublikaçı partiyanı birləşdirən və sağlardan ibarət «Milli blok» qalıb gəldi. A.Milyeranın başçılığı altında «Milli blok» hökuməti təşkil edildi. «Milli blok»un liderləri daxili böhranı aradan qaldırmağa çalışırdılar. Onlar meydana çıxan problemləri həll etmək üçün ümidlərini Birinci Dünya müharibəsi dövründə və ondan əvvəl Rusiyaya verilmiş borclarını geri almağa və Almaniyanın ödəyəcəyi təzminata bağlayırdılar. Bu məqsədlə hökumət Genuya konfransında Sovet Rusiyasından borclarını geri qaytarmağı tələb etdi. Lakin bu tələb nəticəsiz qaldı. Bu hökumətin başlıca vəzifələrindən biri də bolşevizmə qarşı mübarizə aparmaq və bu bəlanı Avropaya, xüsusilə Fransaya buraxmamaq idi. Hökumətin antifəhlə siyasəti ölkədə fəhlə hərəkatının yenidən yüksəlməsinə və 1920-ci ilin dekabrında Lui Frossarın başçılıq etdiyi Fransa kommunist partiyasının yaranmasına səbəb oldu.


1920-ci ilin yanvarında Fransada prezident seçkiləri keçirildi. Öz qələbəsinə əmin olan Klemanso tezliklə yanıldığını başa düşdü. Belə ki, parlament Klemansonu prezident seçməkdən imtina etdi. Onu iki məsələdə ittiham etdilər. Bunlardan birincisi antisovet müdaxilənin iflası, ikincisi, Paris sülh konfransında Fransaya Avropada hegemonluq qazandırmaması idi. Parlament prezident vəzifəsinə De Şaneli seçdi. Lakin o tezliklə xəstəliyinə görə bu vəzifədən istefa verməli oldu. Bu vəzifəyə Aleksandr Milyeran təyin olundu. Milyeran həm də dünya tarxinə 1920-1921-ci illərdə yaranmış "Kiçik Antanta" nın təşkilatçısı kimi daxil olmuşdur. O, Fransanın təsiri altında Sovet Rusiyasına qarşı "sanitar kartonu" təşkil etmək məqsədilə Yuqoslaviya, Çexoslovakiya və Rumıniyadan ibarət "Kiçik Antanta" təşkil etmiş və bu təşkilat 1938-ci ilə qədər fəaliyyət göstərmişdir.


Baş nazir Milyeran 1920-ci ilin sentyabrından ölkə prezidenti vəzifəsini tutdu. O, 1924-cü ilə qədər bu vəzifədə çalışdı. 1920-ci ilin sentyabrından 1921-ci ilin yanvarına qədər Fransa hökumətinə Leyq, 1921-ci ilin yanvarından 1921-ci ilin sonuna qədər A.Brian, 1920-ci ilin yanvarından 1924-cü ilin iyulun 1-dək əsasən dünya və Fransa tarixinə "müharibə simvolu" kimi daxil olmuş Raymond Puankare başçılıq etdi. Onu müəyyən vaxtlarda Aristid Brian da əvəz etdi. 1921-1922ci illərdə Almaniyanın təzminatı 20 mlrd marka ödəməsi əvəzinə 3 mld marka ödəməsi Puankare hökumətinin Belçika ilə birlikdə 1923-cü ilin yanvarında Almaniyanın Rur kömür hövzəsinə təcavüz etməsinə gətirib çıxartdı. Əslində Puankarenin məqsədi Rur kömür hövzəsini Fransaya qatmaq və Fransanı böyük sənaye dövlətinə çevirmək idi. Lakin bu plan İngiltərə və ABŞ-ın diplomatik təzyiqi nəticəsində baş tutmadı. Fransa-Belçika qoşunları 1923-cü ilin payızında Rur kömür hövzəsindən çıxarıldı.



Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə