1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Fransa böhran dövründə (1929-1935 ci illərdə) daxili və xarici siyasət



Yüklə 199,24 Kb.
səhifə17/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   13   14   15   16   17   18   19   20   ...   58
Müasir cavablar [1 - 60].

20. Fransa böhran dövründə (1929-1935 ci illərdə) daxili və xarici siyasət.
1929-cu ilin oktyabrında ABŞ-da başlayan iqtisadi böhran Fransaya nisbətən gec- 1930-cu ilin sonunda çatdı. Bu böhran 1935-ci ilə qədər davam etdi. Böhranın gec başlanması Fransa burjuaziyasının istehsal avadanlıqlarını daim yeniləşdirməsi vǝ inflyasiya ilə əlaqədar olaraq malların qiymətini vaxtında xeyli aşağı salması ilə bağlı idi. Əgər 1913-cü ildə Fransada sənaye istehsalının indeksini 100 qəbul etsək, 1929-cu ildə bu rəqəm 139-a, 1932-ci ildə isə 96-ya bərabər oldu. Böhran ən çox özünü 1932 ci ildə göstərdi və bu proses 1935-ci ilə qədər davam etdi. İqtisadi böhran nəticəsində Fransanın istehsal vasitələri istehsalı 80%-ə düşdü. Kənd təsərrüfatında gəlir 1929-cu ildəki 45 milyard frankdan 1932-ci ildə 17 mlrd franka endi. İdxal və ixrac 2-2,5 dəfə azaldı. Fəhlələrin yarısı işsiz qaldı. İnflyasiya gücləndi. Vəziyyəti çətinləşdirən səbəblərdən biri də Almaniyadan təzminat alınmasının dayanması idi. ABŞ isə Fransadan borcunu tələb etdi. Böhran illərində xarici ticarət 2 dəfədən çox azaldı. Fransa böhrandan ancaq 1935-ci ildə öz iqtisadiyyatını hərbiləşdirmək hesabına çıxa bildi.
30-cu illərdə ölkədə dövlət tənzimlənməsinin forma və məqsədləri ciddi müzakirə edilirdi. Dövlət tənzimlənməsi "çaricim" adlanırdı.
Böhran ölkənin siyasi həyatına da böyük təsir göstərdi. 1931-1933-cü illərdə yeddi hökumət dəyişikliyi oldu ki, bu hökumətlərdən üçünə Laval başçılıq etdi. 1932-ci ildə hökumətə yenidən Eduard Errio başçılıq etdi və onun dövründə Fransa ilə SSRİ arasında 1932-ci ilin noyabrında bir-birinə hücum etməmək haqqında müqavilə bağlandı. 1933-cü ildən 1934-cü ilin fevralinadək hökumətə Eduard Daladje başçılıq edirdi.
Xarici işlər naziri olan Lui Bartu sağlam düşüncəyə malik bir şəxs idi. O, Almaniyada faşizmin hakimiyyət başına gəlməsinin tezliklə Fransada da təhlükə yaradacığını görür və SSRİ ilə münasibətləri normal məcrada inkişaf etdirməyə çalışırdı. Ona görə də o, 1934-cü ildə həm SSRİ ilə qarşılıqlı yardım haqqında müqavilə, həm də Şərq paktı bağlamaq təşəbbüsü ilə çıxış etdi. Həmin paktı Almaniya, Fransa, SSRI, Finlandiya, Polşa, Çexoslovakiya və Pribaltika ölkələri imzalamalı idilər. Lakin Almaniya və Polşanın bu təklifi rədd etməsi nəticəsində həmin pakt imzalanmadı. Lui Bartu isə Yuqoslaviya kralı Aleksandrla birlikdə 1934-cü ilin oktyabrında Marseldə Almaniya kəşfiyyatının hazırladığı "Tevton qılıncı" əməliyyatına əsasən öldürüldü və onun başladığı iş yarımçıq qaldı.


Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə