1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Almaniyada faşistlərin hakimiyyətə gəlməsi və onun səbəbləri(27-ci sual, 26 və 28-in əlaqəlandirilməsidi)



Yüklə 199,24 Kb.
səhifə24/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   20   21   22   23   24   25   26   27   ...   58
Müasir cavablar [1 - 60].

27.Almaniyada faşistlərin hakimiyyətə gəlməsi və onun səbəbləri(27-ci sual, 26 və 28-in əlaqəlandirilməsidi)
1929-cu ilin oktyabrında ABŞ-da başlanan dünya iqtisadi böhranı Almaniyaya daha ağır təsir etdi. Çünki, bir tərəfdən böhranın yaratdığı çətinliklər, digər tərəfdən ABŞ və İngiltərənin ona verdiyi kreditləri dayandırması, həm də Almaniyanın təzminat verməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi.
1929-1933-cü illərdə ölkədə istehsal vasitələri istehsalı 60% azaldı. İşsizlərin sayı 6 milyonu ötüb keçdi. İdxal və ixrac 2 dəfədən çox ixtisar edildi. 1931-ci ildə Almaniya bildirdi ki, o, təzminatı ödəmək iqtidarında deyildir. ABŞ prezidenti Huverin təklifi ilə Almaniyadan bir il müddətində təzminat alınması təxirə salındı. 1932-ci ilin iyulunda Lozannada çağrılmış konfransda isə Almaniyadan təzminat alınmaması haqqında qərar qəbul edildi. Almaniyadan bu vaxtdan etibarən təzminat alınmadı.
1929-cu ildən başlanan dünya iqtisadı böhranından həm yuxarı, həm də aşağı dairələr çıxış yolu axtarmağa başladılar. Yaranmış bu şəraitdən bu illər ərzində heç bir siyasi qüvvəyə malik olmayan faşistlər çox məharətlə istifadə etdilər və xalqı öz tərəflərinə çəkməyi bacardılar. Onların xalqı inandıra bilmələrinin səbəbi isə böhrandan çıxmaq və xalqın vəziyyətini yaxşılaşdırmaq yollarını göstərməsi idi. Faşist partiyasının proqramında göstərilirdi ki, nasist diktaturasının yaradılması Versal müqaviləsi buxovlarından xilas olmaq, böhrandan qurtarmağın yeganə yoludur. Onların şüarı "Məhv olsun Versal!" idi. Onlar göstərdilər ki, dövlət ilk növbədə qadınların və gənclərin qayğısına qalmalıdır.
1932-ci ilin yanvarında Dyusseldorfda olan yığıncaqda Hitler bildirdi ki, o, xüsusi mülkiyyətə toxunmayacaq. Nasisitlərin proqramları Nitsenin fəlsəfəsindən qidalanırdı. Bu fəlsəfəyə görə həyat güclülərin olmalı idi. Güclülər Nitsenin fikrincə, həmişə qalibdirlər və onlar ağalıq etmək üçün doğulmuşlar. Faşistlər şovinizmi və irqçiliyi təbliğ edir və almanların ari irqindən olduğunu göstərirdilər. Faşistlərin emblemi kəllə sümüyündən və çarpazlaşmış sümüklərdən təşkil edilmişdi. Faşistlər həyatda xoşbəxt olmaq üçün zorakılığı əsas vasitə kimi götürürdülər. Onlar trestlər üzərində nəzarət təşkil etməyi, universal mağazaları bağlamağı, işsizliyi ləğv etməyi, aqrar islahat keçirməyi vəd edirdilər. Onlar həmçinin almanların "həyat sahəsini" genişləndirməyi vəd edirdilər.
Onlar almanlara təlqin edirdilər ki, sosial-iqtisadi probelmləri «daxili düşmənlərin» – kommunistlərin və başqa antifaşistlərin məhv edilməsi və Sovet İttifaqına qarşı müharibə aparılması yolu ilə həll etmək olar. SSRİ-nin ərazisini, slavyan xalqlarının məskunlaşdığı torpaqları hitlerçilər özlərinin "ömürlük boş" torpaqları elan etmişdilər.
Nasistlər insan şəxsiyyətinə hər cür hörməti inkar edir, qəddarlığa və zorakılığa pərəstişi yayırdılar. Nasist təbliğatına uyan təbəqələr – yəni sənətkarlar, kəndlilər, müharibə veteranları, işsizlər, kapitalın nüfuzlu dairələri, demokratiyadan yorulmuş gənclər, Veymar respublikasından narazı olan sənayeçilər, bankirlər və hərbi bürokratiya onları müdafiə edirdilər.
Onlar belə ideya irəli sürürdülər ki, alman xalqı bütün dünyaya ağalıq etmək üçün yaranmışdır. Onlar quldarlıq quruluşu yaratmaq, bu quruluşda almanları, ağa, yerdə qalan xalqları qul etmək fikrində idilər. Faşizmin prinsipləri belə ifadə olunurdu. Güclü vahid dövlət, güclü vahid millət, güclü vahid rəhbər.
Müllerin «böyük koalisiya» hökumətini 1930-cu ilin martında prezidentin sərəncamı ilə Mərkəz partiyasından olan Brüninqin koalision hökuməti əvəz etdi. Bu vaxtdan Almaniyada demokratik rejimdən avtoritar rejimə keçidin əsası qoyulmuş oldu. Brüninq hökuməti əmək haqqını aşağı saldı, işsizliyə görə verilən müavinəti azaltdı, vergiləri artırdı. 1932-ci ilin iyununda Brüninqi əvvəlcə fon Papen, dekabrda isə Şlyayxer əvəz etdilər ki, onlar da Hitlerin hakimiyyətə gəlməsi üçün yol açmış oldular. 1932-ci ildə fon Papen xüsusi dekretlə sahibkarlara icazə verdi ki, onlar fəhlə və qulluqçuların əmək haqlarını aşağı salsınlar. Şlyayxer öz hökumətini «milli həmrəylik hökuməti» adlandırdı. Böhran illərində faşistlərin nüfuzu xeyli artdı. Belə ki, onlar 1928-ci il seçkilərində cəmi 800 min, 1932-ci ilin iyun seçkilərində isə 13,7 milyon səs aldılar. Lakin fon Panen hökumətinin fəaliyyəti faşistlərin nüfuzuna xeyli xələl gətirdi. Belə ki, 1932-ci ilin noyabrında reyxstaqa keçirilən seçkilərdə nasistlər 2 milyon səs itirdilər. Bu hadisə alman inhisarçı burjuaziyasını və yunkerləri narahat etdi və onlar kütlələrin inqilabi hərəkatından qorxaraq faşistləri hakimiyyətə gətirməyə tələsdilər. Y.Şaxtın təşəbbüsü ilə bir qrup iri burjuaziyanın adından prezident Hündenburqa 1932-ci ilin noyabrın 19-da belə bir tələb göndərildi ki, A.Hitler reyxkansler təyin edilsin və yeni hökumətin tərkibinə faşistlər daxil edilsin. Prezident hakim sinfin iradəsini yerinə yetirərək 1933-cü ilin yanvar ayının 30-da A.Hitleri alman hökumətinin başçısı təyin etdi. Yeni hökumət formal olaraq koalision adlansa da, əslində orada əksəriyyəti faşistlər təşkil etdilər. Hitlerin "Milli həmrəylik" adlandırdığı hökumətin tərkibində mərkəzçilər və mühafizəkarlardan da nümayəndələr var idi.


Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə