1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


İtaliya üçün I Dünya müharibəsinin nəticəsi və faşistlərin hakimiyyətə gəlməsi



Yüklə 199,24 Kb.
səhifə28/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   24   25   26   27   28   29   30   31   ...   58
Müasir cavablar [1 - 60].

30.İtaliya üçün I Dünya müharibəsinin nəticəsi və faşistlərin hakimiyyətə gəlməsi
İtaliya Birinci dünya müharibəsinin başlanmasına qədər Üçlər ittifaqının tərkibində idi. 1881-ci ildə Tunisi öz himayəsinə keçirdiyinə görə Fransadan hədsiz dərəcədə inciyən İtaliya 1882-ci ildə Üçlər İttifaqına daxil olmuşdu. Lakin tezliklə başa düşdü ki, Avstriya-Macarıstanla onun ittifaqı qeyri-mümkündür. Çünki Dunay hövzəsində və Balkanlarda onların mövqeyi toqquşurdu. Ona görə də Birinci dünya müharibəsi başlanarkən İtaliya Üçlər ittifaqının tərəfində müharibəyə girmədi və gözləmə mövqeyi tutdu. Lakin Antantanın verdiyi vədlər (Misir mülklərindən pay, Albaniya üzərində protektoratlıq, Cənubi Tirol, İstriya yarımadası, Terentino) İtaliya üçün daha əlverişli olduğuna görə 1915-ci ilin may ayında o, Avstriya-Macarıstana müharibə elan etməklə Antantanın tərəfində müharibəyə başladı. 1916-cı ilin avqustunda isə İtaliya Almaniyaya müharibə elan etdi. Alman qoşunları 1917-ci ilin oktyabrında olmuş Koperetto döyüşündə italyanları məğlub etdi. İtalyanları ancaq ingilis-fransız qoşunlarının köməyə gəlməsi xilas etdi. İtaliya daha döyüş əməliyyatlarında iştirak etmədi.
Antantanın üzvü olduğuna görə İtaliya Birinci dünya müharibəsindən qalib dövlət kimi çıxdı. Lakin italyan burjuaziyası iqtisadi cəhətdən kifayət qədər qüdrətli deyildi. Müharibə qurtardıqdan sonra Antantanın hakim dövlətləri olan İngiltərə və Fransa İtaliyaya verdikləri vədləri yerinə yetirməkdən imtina etdilər. Konfransda həmin ərazilərin İngiltərə Balkan yarımadasında öz siyasi təsir və nüfuzunu gücləndirmək məqsədilə Yunanıstana və yeni yaranmış Serb-Xorvat Sloven Krallığına verilməsinə nail oldu. İtaliyaya ancaq bir sıra ərazilər – Cənubi Tirol, Terentino vilayəti, Triyestlə birlikdə İstriya yarımadası verildi.
İtaliya üçün Birinci dünya müharibəsinin nəticəsi maddi və insan itkisi baxımından da xoşagələn deyildi. Belə ki, İtaliya müharibədə 700 min adam, öz milli sərvətinin isə 1/3 hissəsini itirdi. Müharibə dövründə İtaliyanın maddi və hərbi xərcləri 65 mlrd qızıl lir’ə bərabər oldu. İtaliya üçün Birinci dünya müharibəsinin nəticələrindən biri də onun xarici, ilk növbədə, ABŞ və ingilis kapitalından asılılığının güclənməsi idi.
Müharibə dövründə İtaliyada bir sıra iri inhisar birlikləri yarandı. Bunlardan ən mühümləri metallurgiya və maşınqayırma sahələrində «Ansaldo» və «İlva», avtomobil istehsalında «Fiat», hərbi sənayedə «Breda» inhisar birliyi idi. İtaliya müharibə nəticəsində aqrar ölkədən aqrar-sənaye ölkəyə çevrildi.
Müharibə qurtardıqdan sonra sifarişlərin azalması və ordunun tərxisi nəticəsində ölkədə işsizlik artdı. İtaliyanın cənubunda latifundiyalar qalmaqda idi. İqtisadi cəhətdən güclü inkişaf etmiş şimalla feodal qalıqlarının hökm sürdüyü cənub arasında olan fərqlər kəskin idi. Rusiyadakı Oktyabr çevrilişindən sonra İtaliyada fəhlə hərəkatı geniş vüsət aldı.
Birinci dünya müharibəsi qurtardıqdan sonra İtaliya hökuməti 1918-ci ildə zəhmətkeşlərin təzyiqi altında bir sıra islahatlar keçirməyə məcbur oldu. Fəhlələr üçün 8 saatlıq iş günü rəsmiləşdirildi. Seçki qanunu qəbul edildi. Həmçinin seçki sistemində proporsional seçki qaydası tətbiq olundu (səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi). Ərzaq məhsullarının satışında qiymət maksimumu qoyuldu.
1919-cu ilin yanvarında italyan burjuaziyası Sosialist partiyasına qarşı dura biləcək bir partiya yaratmaq qərarına gəldi və bu partiya keşiş Sturso tərəfindən yaradılmış Xalq partiyası oldu. 1919-cu ilin noyabrında keçirilən seçkilərdə Liberal və Sosialist partiyası ilə bərabər bu partiya da parlamentə xeyli deputat keçirə bildi.
1919-cu ilin iyununda Orlandonun istefasından sonra, 1920-ci ilin iyunun 6-dək baş nazir Françesko Nitti oldu. O, siyasi amnistiya verdi. 8 saatlıq iş günü tətbiq etdi.
1919-1920-ci illər İtaliya tarixinə «qırmızı ikillik» kimi daxil oldu. Bu dövrdə oktyabr çevrilişinin təsiri altında İtaliyada fabrik-zavod komitələri və sovetlər yaradıldı. İtaliyada inqilabı təşkilatlar yaradıldı. Kütlələr üzərində heç bir zorakılıq yox idi. İtaliyada liberallar hökumətinə başçılıq edən Ciolliti kütlələrə qarşı silah işlədilməsinin əleyhinə idi.
Fəhlə hərəkatının parçalanması inqilaba gətirib çıxarmadı. 1921-ci ilin yanvarında İtaliyanın Livorno şəhərində Sosialist partiyasının xüsusi qurultayı oldu. Qurultayda irəli sürülən əsas məsələ Kommunist partiyasının yaradılması idi. «Sollar» Kominternin 21 şərtini qəbul etdilər və İtaliya kommunist partiyası yaradıldı. Onun ilk sədri Bordiqo oldu.

Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə