1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


"Qəribə müharibə". Almaniyanın Qərbdə fəal hərbi əməliyyatlara keçməsi



Yüklə 199,24 Kb.
səhifə33/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   29   30   31   32   33   34   35   36   ...   58
Müasir cavablar [1 - 60].

"Qəribə müharibə". Almaniyanın Qərbdə fəal hərbi əməliyyatlara keçməsi
1939-cu ilin sentyabrın 3-dən 1940-cı ilin aprelin 9-na qədər olan dövr İkinci dünya müharibəsi tarixində "qəribə müharibə" kimi səciyyələnir. Çünki sentyabrın 3-də Fransa və İngiltərə Almaniyaya müharibə elan etsələr də, ona qarşı fəal hərbi əməliyyatlara başlamadılar. Alman faşistlərinin planında Skandinaviya ölkələri xüsusi yer tuturdu. Hitlerçilər Şimal-Qərbi Avropa və Atlantik okeanda ağalıq mövqeyi qazanmaq fikrində idilər. Hərbi əhəmiyyəti olan xammallar da bu ölkələrdə az deyildi. 1939-cu ildə İsveçdə istehsal edilən 24 milyon ton dəmir-filizinin 11 milyon tonu Almaniyaya ixrac edilirdi. Almanlar hələ 1939-cu ilin oktyabrında Danimarka və Norveçi tutmaq buradan İngiltərə və Fransaya qarşı hücum etmək niyyətində idilər. 1940-cı il aprelin 9-da Almaniya müharibə elan etmədən Danimarka və Norveçə hücum etdi. Bununla Avropada "qəribə müharibə" sona çatdı. Almaniya Qərbdə fəal hərbi əməliyyatlara başlamış oldu. Səhər saat 5-də sərhədi keçən Hitler qoşunları heç bir əks-təsirə rast gəlmədən ölkənin dərinliyinə doğru hərəkət etdilər. Bu hadisədən bir neçə saat sonra Danimarka hökuməti danışıqsız təslim olaraq ölkəni hitlerçilərə təhvil verdi. Danimarka Almaniyanın əlaltısı olan dövlətə çevrildi. Danimarkaya hücumla yanaşı almanlar Norveç sahillərinə də desant salmışdılar. Hitler qoşunları ilk sırada Oslonu və bir sıra başqa liman şəhərlərini tutmaq fikrində idilər. Həmin məntəqələrə həm dəniz, həm də havadan hücum edərək bir günə paytaxtı işğal etdilər, təqribən iki ay müddətində Norveç işğal edildi. Norveçin işğalı İngiltərə və Fransanı bir sıra hərbi dəniz bazalarından məhrum etdi. 1940-cı il mayınn 10-da alman faşistləri Hollandiya, Belçika və Fransaya hücuma keçdilər. Faşist Almaniyasının Qərbi Avropada 45 gün davam edən hərbi əməliyyatlarını xarakterinə görə 2 mərhələyə bölmək olar:

  1. 10 may- 4 iyun. Bu dövrdə Almaniya bütün istiqamətdə müttəfiqlərin (İngiltərə-Fransa- Hollandiya-Belçika) cəbhəsini yararaq La-Manşa çıxıb onların çoxlu miqdarda qoşun hissələrini məhv etdi. Almaniya Belçika, Hollandiya və Şimali Fransanı işğal etdi.


  2. Yüklə 199,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə