1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə239/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   235   236   237   238   239   240   241   242   ...   256

 

534


“Müdafiə  və  Təhlükəsizlik Sahələrində  Əmək Bölgüsü”-nü   oxumaq və  dərindən 

analiz etməyə dəyər. 

 

 Demokratiya və Silahlı Qüvvələr 

 

Ordunun və digər təhlükəsizlik orqanlarının oturuşmuş demokratik ölkələrdə 



roluna olan marağın mühüm dərəcədə düşməsinə baxmayaraq,son beş ildə təhlükə-

sizlik sahəsində gedən dinamizm göstərdi ki, bu sahənin qulaqardına vurulması, bi-

lavasitə bütün ölkələr üçün risklidir. Hans Born, ” Müdafiə Xarakterli Fəaliyyətlə-

rin Demokratik Şəkildə İdarə Edilməsi” fəslində göstərdiyi kimi, Avropada baş ve-

rən dəyişikliklər,oradakı demokratik hökümətləri, özlərinin təhlükəsizlik aparatları 

üzərində müşahidələrini daha da yaradıcı və çevik edir. Qısa olaraq,dövlətin təhlü-

kəsizlik orqanları üzərində səmərəli nəzarət  problemi heç vaxt demokratik fikirli 

vətəndaşların və hökümət rəsmilərinin gözündən uzaq olmamalıdır”.  

Born,daha düzgün olaraq qeyd edir ki,“Avropada müdafiə fəaliyyətləri üzərin-

də demokratik və parlament nəzarəti yüksəlişdədir”,baxmayaraq ki,mülki-hərbi 

münasibətlər dinamikasını yenidən öyrənməyə qayıtmaq, bəlkə də, daha çox maa-

riflənmək üçün yox, yəqin ki, öz ixtiyarına buraxılmış silahlı qüvvələrin demokra-

tik ölkəyə yaxşı xidmət edə bilməməsi fikrindən qaynaqlanır.Born o fikirdədir 

ki,silahlı qüvvələrə indiki zamanda xüsusi fikir verilməsinin səbəbləri çoxdur. Bi-

rincisi, Avropa qitəsi üzrə ölkələrdə  məcburi çağırış sisteminin ləğv edilməsi,de-

mokratik ölkələrin tam könüllülərdən ibarət silahlı qüvvələri nəzarət etmə bacarığı 

üzərində ciddi debatlar açmışdır. Bu arqumentlər,peşəkar silahlı qüvvələrə nəzarət 

etmək,çağırışçılardan ibarət orduya nəzarət etməkdən çox çətindir qorxusu ilə mü-

şaiyət olunmuşdur. İkincisi,son on il ərzində,silahlı qüvvələri gözləyən tapşırıqların 

sayının orta hesabla artmasına baxmayaraq, silahlı qüvvələrin sayı azalmışdır. 

Avropa ölkələri ilə məhdudlaşmayan,bütün inkişaf etmiş ölkələrin silahlı qüvvələ-

rinə aid olan bu büdcə  və kadr tələbləri siyasi-hərbi münasibətləri gərginləşdirir. 

Və üçüncüsü,beynəlxalq hərbi fəaliyyətlərin artması beynəlxalq hərbi  əməkdaşlıq 

və təsisatlar üzərində demokratik və parlament nəzarətini getdikcə zəruri edir. Bu 

tendensiya xüsusilə NATO və AB-nin kiçik ölkələrinə aiddir.  Silahlı qüvvələr üzə-

rində demokratik nəzarətin beynəlxalq prinsiplərinin Born tərəfindən xülasəsi  və 

onun ölkə səviyyəsində irəli sürdüyü demokratik nəzarət mexanizmləri və prinsip-

lər istifadə üçün tam yararlıdır. 

 

Beynəlxalq Standardların Artan Əhəmiyyəti 

 

Əksər  əsas hökümət və qeyri-hökümət beynəlxalq təşkilatları,silahlı qüvvələr 



və digər təhlükəsizlik xidmətləri üzərində demokratik nəzarət konsepsiyasını, hər 


 

535


hansı bir ölkəni demokratik ölkə saymaq üçün əsas kriteriyalardan biri kimi qəbul 

etmişlər və çox zaman bu inkişaf etməkdə olan ölkənin demokratik praktikanı  tət-

biq  etməsi üçün ilkin element sayılır. 2002-ci il BMT İnsan İnkişafı Hesabatına is-

nad etsək,hər hansı dövləti demokratik saymaq üçün müəyyən fundamental prinsip-

lərin həyata keçirilməsi lazımdır. 

 

•   Həlledici təhlükəsizlik məsələlərində son qərar seçilmiş hakimiy-



yət nümayəndələrinin əlində olmalıdır; 

•  Təhlükəsizlik təşkilatları beynəlxalq hüquq və Konstitusiya əsasın-

da hərəkət etməli və insan hüquqlarına hörmət etməlidir; 

•  Təhlükəsizlik planlaşdırması və resursları ilə bağlı informasiyalar 

həm hökümət daxilində, həm də ictimaiyyətə geniş şəkildə əlçatan olmalı-

dır. Təhlükəsizlik,çoxtərəfli,intizamlı yanaşma hesabına idarə olunmalıdır. 

Bu o deməkdir ki, təhlükəsizlik qüvvələri hökümətin digər hissələri kimi, 

ictimai sektor idarəetməsinin eyni prinsiplərinə,milli təhlükəsizliyə aid mə-

sələlərin gizliliyini tənzimləyərək tabe olmalıdır; 

•   Mülki-hərbi münasibətlər mülki hakimiyyət ilə hərbi qüvvələr ara-

sında düzgün ifadə olunmuş hakimiyyət ierarxiyası üzərində, mülki haki-

miyyət və müdafiə qüvvələri arasında qarşılıqlı hüquqlar və öhdəliklər üzə-

rində  və  vətəndaş  cəmiyyəti təşkilatları ilə  şəffaflıq və insan hüquqlarına 

hörmət əsasında qurulmalıdır: 

•  Mülki hakimiyyətlər təhlükəsizlik qüvvələrinin  əməliyyatları  və 

maliyyələşdirilməsi üzərində siyasi nəzarət aparmaq iqtidarında olmalıdır; 

•  Təhlükəsizlik qüvvələrini müşahidə etmək üçün və  təhlükəsizlik 

siyasəti üzrə siyasi müzakirələrə konstruktiv töhvə vermək üçün vətəndaş 

cəmiyyətinin vasitələri və imkanları olmalıdır; 

•  Təhlükəsizlik qüvvələrinin şəxsi heyəti öz işlərini peşəkar səviyyə-

də görmələri üçün təlim keçməli və qadınlar və azlıqlar da daxil olmaqla 

cəmiyyətin rəngarəngliyini əks etdirməlidir; 

•   Siyasətçilər regional və yerli sülhü təlqin etməyə önəm verməli-

dirlə 


 

Qanunvericilik Sahəsi 

 

Bu kitab boyunca gedən ümumi xətt onu göstərir ki, demokratik ölkələrin qə-



bul edəcəyi, vahid, ən yaxşı model üçün universal resept yoxdur,xüsusilə də, o öl-

kələr üçün ki, onlar keçmişdə hansısa formada avtoritar olmuşlar. Bütün bunları 

fikrində saxlayaraq,Born,mülki-hərbi münasibətlər üzrə demokratik ölkələrdə ya-

zılmış materiallardan istifadə edərək,o nəticəyə  gəlir ki, silahlı qüvvələr üzərində 




 

536


səmərəli parlament nəzarəti olmadan heç bir dövlət əsil demokratik ölkə sayıla bil-

məz. Daha geniş surətdə,qanunvericilər aşağıdakılara malik olmalıdırlar:icra orqan-

larını hesabatlı tutmaq üçün qanuni sələhiyyətə,nəzarət həyata keçirmək üçün baca-

rığa və eyni zamanda parlamentarlar hökümət hesabatlılığı haqqında ciddi mövqe-

yə sahib olmalıdırlar. 

Keçid dövrü yaşayan ölkələrin silahlı qüvvələr üzərində demokratik nəzarətinin 

əsas strukturlarını qurmağa kömək edən strukturu hazırlayaraq,qanunvericilər icra or-

qanları və silahlı qüvvələr üzərində aşağıdakı üstünlüklərə sahib olmalıdırlar: 

 

1.  Ümumi səlahiyyətlər: bu səlahiyyətlər prinsipcə hökümətin bütün 



sahələrinə aiddir. Bir çox ölkələrdə bu səlahiyyətlərə aşağıdakılar daxildir: 

qanunlar irəli sürmək və ya onlara düzəliş vermək hüququ, məsələlər qal-

dırmaq, icra orqanlarının üzvlərini və ya onların işçilərini ifadə verməyə 

çağırmaq, vətəndaş  cəmiyyətləri üzvlərini ifadə verməyə çağırmaq, gizli 

məlumatlara çıxış, parlament sorğuları aparmaq hüququ və dinləmələr ke-

çirmək hüququ. 

2.  Büdcə nəzarəti:hüququ-proqramlar, layihələr və ayrı-ayrı maddələr 

səviyyəsində müdafiə büdcəsi fondları ayırmaq və düzəliş etmək; istənilən 

əlavə müdafiə büdcəsi təklifləri qəbul etmək və  qəbul etməmək hüququ( 

büdcə ili ərzində) və uyğun müdafiə budcəsi sənədlərinə çıxış əldə etmək. 

3.  Sülhü dəstəkləyən  əməliyyatlar: xaricə  hərbi qüvvələr göndərmə-

yi,onların mandatını, büdcələrini, cəlb olunan şəxsi heyətin risklərini, əmə-

liyyatlara girmək qaydalarını,komandanlıq/nəzarət, missiyanın vaxtını  qə-

bul etmək/etməmək və xaricdəki missiyalarda olan hərbi qüvvələrə  səfər 

etmək hüququnu qəbul etmək/etməmək.  

4.  Müdafiə alqı-satqısı: hökümətin müqavilələrlə bağlı  qərarına, la-

zımlı yeni avadanlığın dəqiqləşdirilməsinə, istehsalçıların seçilməsinə  və 

kompensasiya və ofsetlər üçün təkliflərin qiymətləndirilməsinə parlamen-

tin cəlb olunması. 

5.  Təhlükəsizlik siyasəti və planlaşdırma sənədləri: Təhlükəsizlik Si-

yasəti Konsepsiyasına, müdafiə konsepsiyasına,böhranı idarəetmə konsep-

siyasına, güc strukturu/planlaşdırmasına və  hərbi strategiyaya düzəliş et-

mək və ya qəbul etmək/etməmək. 

6.  Hərbi  şəxsi heyət: müdafiə xarakterli insan resursları idarəetmə 

planını, MN-i və  ordu tərəfindən istifadə olunan maksimum sayda şəxsi 

heyəti, parlament tərəfindən qəbul etmək/etməmək səlahiyyəti, yüksək rüt-

bəli hərbi komandanları təsdiq etmək və yüksək rütbəli təyinatlar üçün Mü-

dafiə Naziri ilə məsləhətləşmələr hüququ. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə