1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə235/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   231   232   233   234   235   236   237   238   ...   256

 

522


yac var, islahata köklənməyə,şübhə əvəzinə və resursları israf etmək əvəzinə  və re-

gional əsasda onları təkrarlamaq əvəzinə birgə addımlara ehtiyac vardır. Regional 

əməkdaşlıq mülki cəmiyyət dəstəklərsə uğurlu olur. 

Yuxarıdakı problemlərin çoxu mülki cəmiyyət səviyyəsində intensiv regional 

əməkdaşlıq vasitəsilə həll edilə bilər. Bu kontekstdə, Qara Dəniz-Xəzər Dənizi  və 

Demokratik Nəzarət Konsorsiumu misal çəkmək yerinə düşər. Konsorsium 2004-

cü ilin Noyabrın 27-də Kiyevdə Qara Dəniz və Xəzər Dənizi bölgələrindən təşkil 

olunan səkkiz QHT-nin təşəbbüsü ilə(Azərbaycan, Bolqarıstan,Gürcüstan, Erme-

nistan,Moldova,Rumıniya,Türkiyə və Ukrayna) yaradılmışdır.Beynəlxalq Təhlükə-

sizlik və Strateji Tədqiqatlar Mərkəzinin fikrinə görə, bu addım müdafiə islahatı sa-

həsində bu cür mühüm bölgədə mülki cəmiyyətlərin şəbəkələrininn güclənməsində 

yönəlmişdir. 

Konsorsiumun məqsədləri və prioritetləri aşağıdakılardır: 

 

•  Regionda demokratik transformasiyaya dəstək yönündə QHT-lərin 



bir yerə toplanması; 

•   Iştirakaçı ölkələrin demokratik nəzarət və regional təhlükəsizlik 

üzrə mövqelərinin yaxınlaşması; 

•  Demokratik nəzarət səviyyəsi üzərində və milli və regional təhlü-

kəsizliyin vəziyyəti haqqında eyni metodologiya vasitələri ilə təsirli moni-

torinq sistemlərinin qurulması; 

•  Təhlükəsizlik Sektoru Yetginlik Modelinin hazırlanması  və onun 

üçün metodologiyanın işlənib başa çatdırılması; 

•  Iştirakçı təşkilatların və təsisatların Web site şəbəkələri qurması və 

periodik jurnallar dərc etməsi;fəaliyyətlərin koordinasiyası və informasiya 

mübadiləsi, o cümlədən, Konsorsiumun periodik “Demokratik Nəzarət və 

Regional Təhlükəsizlik”jurnalının dərc edilməsi. 

•  Qara Dəniz –Xəzər Dənizi Virtual yayılan ADL Kollecinin 

yaradılması. 

 

Bu çox böyük təşəbbüsdür və onun uğuruna mülki cəmiyyətdə demokratiya və 



inkişafın yetginliyinin göstəricisi kimi baxıla bilər. Bəzən bu cür təşəbbüslərin ye-

tişməsinə illər tələb olunur,xüsusilə də,kifayət qədər ilkin maliyyə və uğurları qiy-

mətləndirmə mexanizmləri olmadığı hallarda. Vaxtında başlamaq və mülki cəmiy-

yətlə müdafiə təsisatları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq üçün tələb olunan 

ən yaxşı praktikalardan istifadə edərək irəli getmək çöx əhəmiyyətlidir. 

 

 



 


 

523


Yekun 

 

Uğurlu qarşılıqlı  əlaqə  və  əməkdaşlıq, adamlardan,mədəniyyətdən və mövcud 



təsisatlar,bilgi və informasiya sistemlərindən asılıdır. 

Müdafiə təsisatları qurmaq vasitəsilə müdafiə idarəetmə sistemlərinin təkmilləş-

dirilməsi proqramları ilə paralel, mülki cəmiyyət təşkilatlarının(QHT-lər,elmi insti-

tutlar, media və iş adamları da daxil olmaqla)inkişafı üçün müvafiq layihələrin artı-

rılmasına ehtiyac açıq görünür, məqsəd hər bir vətəndaşın müdafiə strukturları ilə 

əməkdaşlıq və qarşılıqlı əlaqə bacarıqlarının artırılmasıdır. 

TSİ nisbətən yeni konsepsiyadır və keçid dövrü yaşayan ölkələrdə və münaqişə 

sonrakı ölkələrdə çox populyardır

499

.  Gedən qəti islahat proseslərinə görə,birinci 



və ikinci mərhələ islahatları üzrə müzakirələr artıq başlamışdır. TSİ –nın ikinci 

mərhələsi təsisatların fəaliyyətlərinin təkmilləşməsinə fokuslanmışdır və son məq-

səd tam inteqrasiya olunmuş təhlükəsizlik sektoru əldə edilməsidir. Ucüncü mərhə-

ləyə hazırlıq, hədəf modelini fikirdə tutmaqla erkən başlana bilər. Bu hazırlıq aşa-

ğıdakıların üzərində işləməklə həyata keçirilə bilər: 

 

1.  Konstitusiya məsələləri-Konstitusiyada Sılahlı Qüvvələr sözü Təh-



lükəsizlik Sektoru ilə əvəz edilsin. 

2.  Təhlükəsizliyə yeni baxış əsasında təhlükəsizlik strategiyası və vətən-

daşlara doğru yönəlmiş birləşmiş təhlükəsizlik sektoru inkişaf etdirilməsi. 

3.  Təhlükəsizlik sektorunun müxtəlif elementləri arasında ölkə,bölgə 

və Avroatlantik səviyyədə qanunvericiliyin ahəngləşdirilməsi. 

4.  İnzibatçılıq qabiliyyəti və koordinasiya.Hökümətin Təhlükəsizlik 

Şurası, birləşmiş təhlükəsizlik sektorunun birləşmiş orqanı. 

5.  Birləşmiş Əməliyyatlar-planlaşdırma,təlim və fəaliyyət. 

6.  Birləşmiş Dəstək-planlaşdırma,imkanlar qurulması və təminat. 

7.  Çoxmillətli birliklər-imkanlar və regionun prioritetlərinə doğru yö-

nəlmiş potensial və tapşırıqlar. 

 

Elə ya belə,bu məsələlər,müdafiə islahatının sosial cəhətlərindən  əlavə, mülki 



cəmiyyətlə müdafiə institutları arasında qarşılıqlı  əlaqənin mərkəzində durur. Bir 

tərəfdən,bu sahələr milli məsuliyyət sahələridir və çox hallarda,təmiz hökümət işi 

sayılır,lakin digər tərəfdən bu sahələr geniş  cəmiyyət maraqlarını  təmsil edir  və 

onların çoxu haqqında müttəfiqlər və regional tərəfdaşlarla məsləhətləşmələr olma-

dan sadəcə ölkə səviyyəsində qərar verilə bilmir.  Bu ona görə ki: 

                                                            

499

 Alan Bryden, Heiner Hanggi (eds.), Reform and Reconstruction of the Security Sector, LIT: 



Munster, 2004, p. 275. 


 

524


 

1.  Təhlükəsizlik regional məsələ olduğundan, o, həm də ABŞ-ın həl-

ledici rolu ilə  bərabər Avro-Atlantik məsələdir- Cənubi  Şərqi Avropa-

da,Qara Dəniz-Xəzər Dənizi ,Orta Asiya və geniş Yaxın Şərqdə Rusiyanın 

nüfuzu nəzərə alınmalıdır. 

2.  İnkişafın ölçüləri oxşar tarixi yolu və məqsədləri olan ölkələr ara-

sında müqayisəli analizə əsaslanır. 

3.  Bilik və bacarıqların Cənubi  Şərqi Avropadadan Qara Dəniz və 

Xəzər Dənizi bölgəsinə və Orta Asiyaya ötürülməsi azadlıq və demokrati-

ya zonasının genişləndirilməsi üçün və təhlükəsizliyin ən yaxşı yolla təmin 

edilməsi üçün həlledici ideyadır. 

4.  Kiçik ölkələr özlərinin milli təhlükəsizlik sektorunun təsirli proq-

ram idarəetməsi və inkişafı üçün regional inteqrasiyaya ehtiyac duyurlar-

xüsusilə də,Təhsil və Təlim sahəsində,elmi tədqiqat məsələlərində, moder-

nizasiya,infrastruktur qurulmasında və müttəfiqlik fəaliyyətlərində. 

5.  Çoxmillətli birliklər təkmilləşmiş beynəlxalq  əməkdaşlıq və tran-

satlantik əlaqələrin gücləndirilməsi üçün və həmçinin, təhülkəsizlik sekto-

runun inteqrasiyası üçün önəmlidir . 

6.  Təhlükəsizlik infrastruktur üçün və  tərsinə olaraq şərtdir.  İnfras-

truktur, Qara Dəniz və Xəzər Dəniz bölgəsi inkişafı üçün həlledicidir. 

7.  Qara Dəniz və Xəzər Dənizi Konsorsiumu,TSİ Mərkəzi  və Ustalıq 

Mərkəzi  şəbəkələri, transformasiyanın irəli getməsində mühüm rol oyna-

yırlar və onların əməkdaşlığı Adriatik Çarter üzvü olan ölkələrin NATO-ya 

inteqrasiyasına,SNT Şərqə Doğru proqramının təkmilləşməsinə və həmçi-

nin,bilik və bacarıqların Yaxın Şərq və Qara dəniz və Xəzər Hövzəsi ölkə-

lərinə ötürülməsi üçün mühüm addımdır.   

 

Bu baxımdan, TSİ üzrə Qara Dəniz və Xəzər Dənizi Mərkəzi yaradılması üçün 



təşəbbüs formalaşdırıla bilər(Təhlükəsizlik və İnteqrasiya Mərkəzi). Ən Yaxşı nü-

munə Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzidir. Bu 

mərkəz dövlət –özəl münasibətləri üzərində Hökümətlə QHT arasında qurula bilər 

və  dəyişiklik idarəetməsi və  cəmiyyətin iştirakı ilə  təhlükəsizlik sektorunun tran-

sformasiyasına fokuslana bilər. 

Mərkəzə daxil ola bilər:idarəetmə;tədqiqat bölməsi və tədqiqatçılar şöbəsi, baş-

qa yerlərdə təlim üçün mobil təlim qrupları; Konsorsium  üçün İT bölməsi; uyğun 

məlumat bazası ilə təmin olunmuş kitabxana(beynəlxalq Jurnal) ilə öyrənmə, kon-

frans və şəbəkə dəstəkləyici komandalar; və texniki işçilər. Bu o deməkdir ki, bu 

mərkəz tədqiqat/öyrənilmiş təcrübələr,şəbəkələr qurmaq,təlim, İT idarəetmə və bi-

lik idarəetməsi kimi işləri dəstəkləmək üçün orqan olacaqdır. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə