1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə233/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   229   230   231   232   233   234   235   236   ...   256

 

517


rilməsində və formasının dəyişməsində hökümətin və parlamentin rolunu  dəstəklə-

məklə nail olmaq olar

495



Müdafiə siyasətinin həyata keçirilməsi təkcə ictimai dəstək və ideyalar tələb et-



mir,həm də dinc dövrdə geniş miqdarda müxtəlif resursların və tam miqyaslı müha-

ribəni kənara qoysaq,fövqaladə hallarda,böhranlı vəziyyətlərdə və digər əməliyyta-

larda  əlavə resursların geniş  səfərbərliyini tələb edir. Bu resurslar və xüsusilə 

də,mülki resursların effektiv səfərbər olması ən əsası mülki cəmiyyət subyektləri-

nin,vətəndaşların və biznes dairələrinin anlamından,dəstəyindən və bu işlərdə işti-

rak etmək arzusundan asılıdır. 

Özəl-dövlət tərəfdaşlığının müasir formalarının yaradılması,iş dünyası və vətən-

daşların iştirakı vasitəsilə müdafiə ilə bağlı fəaliyyətlərə həm dəstək,həm də  resurs 

təmin edilməsi baxımından ən yaxşı yoldur. 

 

Humanitar və Mülki Təhlükəsizlik Konsepsiyaları  əsasında Təhlükəsizlik 



sektoru İnteqrasiyasının Mülki Cəmiyyyət Amili 

 

Təhlükəsizlik bütöv bir analayışdır. Cəmiyyəti, təhlükəsizlik sektorunda “kim 



kimdir” məsələsi və  təhlükəsizlik sektorunun müxtəlif elementlərinin bir-biri ilə 

necə  əməkdaşlıq etməsi çox da maraqlandırmır.İlk növbədə  cəmiyyət  və  hər bir 

vətəndaş istənilən zaman və istənilən yerdə təhlükəsizliyi bütöv görmək istəyir. 

Mülki təhlükəsizlik və birləşmiş  təhlükəsizlik sektoru konsepsiyası vasitəsilə 

daha çox  təhlükəsizlik əldə etmək olar

496


. Təbii fəlakətlərin,hadisələrin,fəlakətlər 

və vətəndaşların və infrastrukturun qorunmasının yaratdığı böhranların idarəetmə-

sinin birləşmiş sistemlərinin adları üçün aparılan analizlər bir sıra fərqli variantların 

üzərinə fokuslana bilər: mülki müdafiə, ətraf mühitin təhlükəsizliyi, ictimai təhlü-

kəsizlik(  cəmiyyətin təhlükəsizliyi anlayışı Skandinaviya ölkələrində  qəbul edi-

lib,Amerikada isə vətənin təhlükəsizliyi kimi gedir); əhalinin və infrastruktuun qo-

runması;vətəndaşların və infrastruktur təhlükəsizliyi; cəmiyyətin qorunması, huma-

nitar təhlükəsizlik;mülki təhlükəsizlik. 

Avro-Atlantik kontekstində,ən çox tövsiyə olunan termin “mülki təhlükəsizlik”-

dir(Fransa və Belçikada qəbul olunmuşdur).  Bolqarıstan mülki təhlükəsizlik kon-

sepsiyası yaradılarkən,Bolqarıstandakı  təcrübə  və  vəziyyəti nəzərə alaraq,Böhran 

İdarəetmə Qanununun  məhsuldar tətbiqinə mümkün ən yaxşı mühitin yaradılması 

məqsədilə,nümunə kimi,Amerika və Avropanın müxtəlif ölkələrinin yanaşmaları 

arasında tarazlıq axtarılmışdır. 

                                                            

495

 Blagovest Tashev, Velizar Shalamanov, Plamen Bonchev, Todor Tagarev, Dobromir Totev, 



Bulgaria’s Roadmap to NATO after Prague (Sofia: Institute of Euroatlantic Security, 2004), p. 86. 

496


 Konstantin Dimitrov, Velizar Shalamanov, NATO Integration Program for the Republic of 

Bulgaria (Sofia: Institute of Euroatlantic Security, 2002), p. 100. 


 

518


Mülki təhlükəsizlik sistemi, təhlükəsizliyin digər iki dayağı ilə(əsasən,daxili iş-

lər nazirliyi tərəfindən təmin olunan)daxili təhlükəsizlik və ictimai asayiş və (əsa-

sən müdafiə nazirliyi tərəfindən təmin edilən) xarici təhlükəsizlik və hərbi əməliy-

yatlarla eyni əhəmiyyətə malik olan təhlükəsizlik sektorunun müstəqil üçüncü “da-

yağı” kimi qurula bilər

497


.  Nəticədə,onun,yaxşı ifadə olunmuş normativ qaydaları 

və möhkəm təsisat sahələri olmalıdır. 

Mülki təhlükəsizlik sistemi,təhlükəsizlik sektorunun digər elementləri ilə müqa-

yisədə mülki iştirak və mülki nəzarətin  ən yüksək dərəcədə  iştirakı ilə qurulur. 

Məhsuldar mülki təhlükəsizlik sisteminin yaradılması, yaxşı tarazlaşdırılmış mülki-

hərbi münasibətlərin saxlanması üçün başlanğıcdır və müxtəlif növ böhranlar za-

manında öhdəliklərin açıq-aydın bölünməsidir. 

Mülki təhlükəsizlik sistemi,desentralizasiya prinsipləri üzərində qurulmalıdır.  

Xüsusi  əhəmiyyət, mülki vətəndaşlara və infrastruktura təhlükə yarandığı zaman 

ilkin cavab tədbirləri görmək üçün mülki təhlükəsizliyin yerli birliklərinə veri-

lir(yerli hakimiyyətlər tərəfindən nəzarət edilən). Mülki təhlükəsizlik üçün sistemin 

bu özünəməxsusluğu,yerli səviyyə də daxil,elektronik hökümət yaradılması prose-

sinə birbaşa uyğundur. Əgər transformasiya prosesi yaxşı idarə olunursa,”təhlükə-

sizlik” də digər inzibati xidmətlərlə bərabər “bir dayanacaqlı xidmət”kimi (İnternet 

vasitəsilə və ya telefon zəngi ilə),təmin oluna bilər. Bu baxımdan Avropa və Ame-

rikanın inzibati -ərazi bölgülərində  qurulmuş Fövqaladə Çağırış Mərkəzlərinin təc-

rübəsindən  çox şey öyrənilə bilər. 

Desentralizasiya prinsipi,mülki təhlükəsizlik sisteminin ”mərkəzi birlikləri”-

(Böhran İdarəetmə üzrə Milli Mərkəz,Mülki Müdafiə üzrə Dövlət Agentliyi və Hö-

kümət səviyyəsində Əhalini Qorumaq Daimi Komitəsi) ümumi koordinasiya və nə-

zarət funksiyalarını həyata keçirdikləri zaman sistemi dalana gətirib çıxarmır. 

Əhali və mühüm infrastruktur qoruma sisteminin mülki təhlükəsizlik sisteminə 

uğurlu transformasiyası  həm test,həm də birləşmiş  təhlükəsizlik sektorunun yara-

dılması baxımından və təsisatlarla mülki cəmiyyət arasında effektiv əməkdaşlıq  is-

tiqaməti baxımından başlıca addım olacaq. Hətta,mülki təhlükəsizlik sistemi “ayrı-

ca dayaq” kimi inkişaf etdirilmədiyi halda,Mülki Təhlükəsizlik Konsepsiyası uğur-

lu təhlükəsizlik sektoru transformasiya prosesi üçün konseptual bazaya çevrilə bi-

lər. Bu baxımdan, Mülki Təhlükəsizlik Konsepsiyası,Təhlükəsizlik Sektoru İnteq-

rasiya Konsepsiyasının yeni forması kimi başa düşülə bilər.Digər tərəfdən, “milli 

təhlükəsizliyin” çərçivəsindən kənara çıxaraq Mülki Təhlükəsizlik Konsepsiyası, 

bütövlükdə Avro-Atlantik geopolitik məkana tətbiq edilə bilən  Təhlükəsizlkik 

Sektoru Yetişmə Modelinin formalaşdırılmasına imkan yaradır. 

                                                            

497


 

Xarici işlər nazirliyi tərəfindən aparılan Xarici siyasət və diplomatiyanı da bu üç dayağın üzərinə 

əlavə etməliyik (xüsusilə də, Bolqar vətəndaşlarının qorunması və xaricdəki mülkiyyətlə bağı). 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə