1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə237/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   233   234   235   236   237   238   239   240   ...   256

 

530


Əvvəlki dönəmlərdə,yetişmiş demokratik ölkələrdə, adətən mandatlarına və 

məqsədlərinə görə, müdafiə və təhlükəsizlik sektorlarına bir-birini inkar edən sek-

torlar kimi baxılırdı. Silahlı qüvvələr  xarici təhlükələri qorumağa yönəldiyi hal-

da,təhlükəsizlik qüvvələri--polis,əks-kəşfiyyat və  kəşfiyyat qüvvələri daxili təhlü-

kələrə qarşı yönəlmişdir. Müasir təhlükəsizlik mühitində,təhlükəsizliyin daha geniş 

tərifi ilə və beynəlxalq terrorun sancılı təhlükəsi ilə, bu fərq, getdikcə daha çox el-

mi işə çevrilir və daha çox dövlətlərin özlərinə rəva bilmədiyi təmtəraqa çevrilir. 

Ordunun müdafiəni və mülki qüvvələrin təhlükəsizliyi təmin etdiyi haqqında 

ənənəvi aksiom praktikada artıq üstünlük təşkil etmir. Faktiki olaraq,əksər ölkələr 

və beynəlxalq təşkilatlar artıq bunları  fərqləndirmir.  Əvəzində,BM-də,NATO və 

AB hallarında olduğu kimi, təhlükəsizlik sektoru islahatı konsepsiyası mülki-hər-

bi(və ya siyasi-hərbi)münasibətlər kimi daha dar ideyanı sıxışdırıb çıxarır. 

Təhlükəsizlik sektoruna bu cür geniş baxış,ümumilikdə dövlətin və onun tərkib 

hissələrinin qorunmasına məsuliyyət daşıyan bütün funksiyalar və qüvvələr başa 

düşülür.Təhlükəsizlik sektoruna,silahlı qüvvələrin  əsas strukturları,bütün hüquq 

mühavizə qüvvələri və yarı  hərbi qüvvələr,kəşfiyyat və  təhlükəsizlik agentliklə-

ri,gömrük agentlikləri,sahil və sərhəd xidmətləri və həmçinin,daxil və xarici təhlü-

kəsizlik siyasətini formalaşdıran,yerinə yetirən və ona nəzarət edən qüvvələr daxil-

dir

500


. Avropa Birliyi və Avropa Parlamenti Assambleyası təhlükəsizlik sektorunu 

dörd əsas sahəyə bölür: müdafiə,polis,kəşfiyyat və sərhəd idarəetməsi

501

. Ənənəvi 



olaraq,müdafiə  və  təhlükəsizlik arasında açıq-aydın fərq olmasına baxmaya-

raq,praktikada,bu təsisatların məsuliyyət sahələri və  fəaliyyətləri bir-birini örtür. 

Müasir təhlükəsizlik mühitinin üzləşdiyi,təhlükəsizlik və müdafiənin bu qarışan 

məsuliyyətləri,cəmiyyəti və dövləti daha yaxşı qorumaq üçün onların vəzifələrini 

necə bölmək müzakirəsini yaradır. 

Şreyer bizə hökümət və ya dövlətin daxilində  əmək bölgüsünün, həm nəzəri, 

həm də praqmatik olaraq müxtəlif səbəblərini göstərir. Bu səbəblərin içində ən baş-

da duranı o ideyadır ki,demokratiya çoxtərəfli və müxtəlif dövlət təsisatları arasın-

da tarazlaşdırılmış hakimiyyət bölgüsünü tələb edir,xüsusilə,müdafiə və təhlükəsiz-

lik sahəsində və o, Veberin (Weber), dövlətin zorakılığı idarə etmək və tətbiq et-

mək monopoliyası ideyasını paylaşır.Çoxlu sayda avtoritar ölkələrin müdafiə  və 

təhlükəsizlik orqanlarının fəaliyyətləri göstərdi ki,heç bir təsisat demokratik pro-

                                                            

500


 

Təhlükəsizlik sektorunun tərifi bu kitabda müzakirə olunur: Dylan Hendrickson and Andrzej 

Karkoszka, “The Challenges of Security Sector Reform”, in SIPRI Yearbook 2002: Armaments, 

Disarmament and International Security (Oxford: Oxford University Press, 2002), p. 179. 

501


 Bax: Council of Europe, Parliamentary Assembly, Democratic Oversight of the Security Sector in 

Member States, Report Political Affairs Committee, Doc. 10567, 2 June 2005, at: 

http://assembly.coe.int/Documents/WorkingDocs/doc05/EDOC10567.htm

 

 



 

531


seslərin düzgün funksiyasını təhlükə altında qoya bilən gücdə və ya nüfuzda olma-

malıdır.Müdafiə  və  təhlükəsizlik arasında hakimiyyət tarazlığını  təkmilləşdirmək 

üçün iki şərt vardır: missiyalarda və xidmətlərin təmin edilməsində səlahiyyətlərin 

aydın bölünməsi və hesabatlılıq öhdəliklərinin aydın bölünməsi. Belə olduqda, 

missiyaların örtüşməsi və büdcələmə, resurslar və fəaliyyətlərin təkrarı aradan qal-

xır. Digər tərəfdən,məsuliyyət və hesabatlılığın birqiymətli izahatı missiyanın daha 

effektiv və daha məhsuldar həyata keçirilməsi üçün əsas yaradır.Eyni zamanda,o, 

təsisatın həm şəffaflığını və həm də onun fəaliyyətlərini möhkəmlədir və daha pe-

şəkar xidmətlərə doğru irəliləyir və mövcud çatışmamazlıqların aradan qaldırılma-

sına  gətirir. Müdafiə  və  təhlükəsizlik aparatlarında əmək bölgüsünü formalaşdır-

maq üçün, dövlətin seçə bildiyi çoxlu yollar mövcuddur və onlar aşağıdakılardır:1) 

(1) dövlət təşkilatının strukturları içərisində; (2) dövlətin içərisində; (3) dəyişən və-

ziyyətdərdə; və (4) AB daxilində sərhəd təhlükəsizliyi üçün. 

Dövlət təşkilatının strukturları içərisində  əmək bölgüsü. Qərb dövlətləri,adə-

tən,iki kabinet-səviyyəli nazirlik vasitəsilə müdafiə və təhlükəsizlik funksiyalarını 

praktiki olaraq ayırmaq üçün kompleks təsisatlar qurmuşlar: müdafiə qüvvələri 

Müdafiə Nazirliyinə və təhlükəsizlik qüvvələri Daxili İşlər Naziriyinə və ya bir çox 

ölkələrdə Təhlükəsizlik Nazirliyinə və ya Ədliyyə Nazirliyinə verilir. Müvafiq na-

zirlər və onların icraedici nazirlikləri, müdafə  və  təhlükəsizlik qüvvələrinin  əsas 

mülki nəzarətçiləridir və beləliklə onlar qanunda müəyyən edildiyi kimi,uyğun 

qüvvələrin mülki hakimiyyətlərə tabe olmasını təmin edirlər.Lakin eyni zamanda, 

bu nazirliklər bu qüvvələrin peşəkar müstəqilliyini saxlamağa borcludur. Nazirlər 

qanunvericilik orqanına büdcə və qanunlar təklif edir və dövlət büdcəsinin plan və 

proqramlarda nəzərdə tutulan məqsədlərə xidmət etməsini təmin edir. Bu qüvvələri 

yönəltmək,inzibati idarəçilik ilə məşğul olmaq və onları idarə etmək üçün yeganə 

səlahiyyəti olan Nazirlərdir,lakin bu konstitusiya əsasında,qanun və strateji sənəd-

lər əsasında olmalıdır. Onlar silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin məq-

sədlərini və ya niyyətlərini müstəqil olaraq dəyişə bilməz və onlar bu qüvvələrin is-

tifadəsi ilə bağlı bütün qərarları konstitusiya və qanunlar əsasında müəyyən edilmiş 

prosedurlarla verməlidirlər. 

Dövlət müdafiə  və  təhlükəsizlik sahələrində  əmək bölgüsü.  Təhlükəsizlik  və 

müdafiə qüvvələrinin yeni təhlükəsizlik tələblərini qarşılaması üçün,ölkə struktur-

larının, yatırım formalarının,idarəetmə sistemlərinin fundamental islahatı və həmçi-

nin,mülki-hərbi münasibətlər tələb olunur. Praktiki olaraq,son on ildə bu təsisatla-

rın üzləşdiyi tələblər və funksiyalar dramatik dərəcədə  dəyişmişdir,lakin onların 

daxili strukturları  hələ  də sürətlə  dəyişmir.Bu günkü təhlükəsizlik mühitində, 

müdafiə və təhlükəsizlik üçün məsul olan qüvvələrin geniş tərkibli tapşırıqları və 

rolları vardır və o da onların uyğun rollarının psixoloji uyğunsuzluğuna gətirə bilər. 

Ölkə daxilində,qanun və qaydanı saxlamaq,ölkənin,fərdlərin və mülkiyyətin  təhlü-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə