1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə50/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   46   47   48   49   50   51   52   53   ...   256

 

109


Birlikdə, bu nəzarət alətləri istənilən ordunun ən mühüm aspektlərini, yəni  

planlaşdırma,əməliyyatlar, pul, insanlar, avadanlıq və siyasətləri əhatə edir. 

Əvvəllər deyildiyi kimi, bu səlahiyyətlərdən  əlavə, parlament nəzarəti, 

onun,icra orqanlarını hesabata çəkməyə nə qədər hazır olmasından və imkanın-

dan da asılıdır. “Hazır “ dedikdə, bir partiya/koalisiya siyasətinə baxmayaraq, 

parlamentlərin höküməti cavabdeh tutmağa vəzifəsi nəzərdə tutulur. Parlamen-

tin  “imkanı” dedikdə parlamentin əməkdaşları,büdcə, kitabxana və infrastruk-

turu və parlament resursları nəzərdə tutulur. 

 

Parlament Nəzarət Səlahiyyətləri  

 

Əvvəlki bölmədə işıqlandırıldığı kimi,problem, parlamentlərin nəzarət səla-

hiyyətlərinin miqyasıdır. Bu fəsilin məqsədi üçün, Avro-Atlantik məkanda yer-

ləşən on altı demokratik ölkə seçilmiş  və bu ölkələrdə parlament nəzarəti or-

qanlarının fərqli nəzarət dairəsi, səlahiyyətləri və imkanları göstərilmişdir. Se-

çilmiş ölkələr həm prezident, həm də parlamentli demokratik sistemlərdir və 

həm Qərbi, həm də  Şərqi Avropanı,həmçinin, Kanada  və Amerika Birləşmiş 

Ştatlarını əhatə edir( Bax Cədvəl 2 aşağıda). 

Bu məlumat bazası NATO üzvləri və tərəfdaş ölkələrdə parlament nəzarə-

tinə  həsr edilən geniş  tədqiqat materialından götürülmüşdür. Tədqiqat məlu-

mat bazası,2002- ci ildə

94

 Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə 



Cenevrə  Mərkəzinin Cenevrədə  və NATO Parlament Assambleyasının Brüs-

seldə


95

 apardığı birgə  işin nəticəsidir. Məlumatlar ya parlament üzvləri,ya da 

parlamentin müdafiə komitələrinin  əməkdaşları  tərəfindən verilmişdir. Məlu-

matlar, parlament üzvlərinin özlərinin nəzarət səlahiyyətlərini necə qavradıq-

larını göstərir. 

 

 



 

 

 

 

 

                                                            

94

 Rumıniyanı nəzərdə tutan məlumat bazası 2005 ci ilin İyununda toplanmışdır. Rumıniya 



parlamenti Müdafiə,İctimai Asayiş  və Milli Təhlükəsizlik Komitəsinin Müşaviri Xanim 

Teodora Fuior-a xüsusi təşəkkürlər.  

95

  Niderland Senatı üzvü və NATO PA Vitse-prezidenti Dr. Wim F. van Eekelen -ə, NATO PA 



əməkdaşlarının,həmçinin,ABŞ Konqresi, Fransa, İsveçrə  və  İsveç parlamentlərinin parlament 

komitələrinin əməkdaşlarının gözəl dəstəyinə görə xüsusi təşəkkürlər. 




 

110


Cədvəl 2:  Siyasi Sistemlərin və Parlament Müdafiə Komitələrinin Seçilmiş 

 

           Ölkələrdə Xüsusiyyətləri 

 

 

Siyasi Sistem 

Ali Baş Komandan 

Hərbi Xidmət 

Məcburiliyi? 

Kanada  

Parlamentli Parlament 



Çex Respublikası 

Parlamentli Prezident 



Danimarka 

Parlamentli  

Monarxiya 

Parlament X 



Fransa 

Prezidentli Prezident 



Almaniya 

Prezidentli Prezident 



Macarıstan 

Parlamentli Prezident 



Makedoniya 

Parlamentli Prezident 



Niderlandiya 

Parlamentli Parlament 



Polşa 

Prezidentli Prezident 



Rumıniya 

Prezidentli Prezident 



İspaniya 

Parlamentli  

Monarxiya 

Monarx O 



İsveç 

Parlamentli  

Monarxiya 

Parlament X 



İsveçrə 

Plebisit 

Parlamentli 

Ancaq müharibə zama-

nı, parlament seçır 



Türkiyə 

Parlamentli Parlament 



Birləşmiş Krallıq 

Vestminster 

 Parlamentli 

Parlament O 

Amerika Birləş-

miş Ştatları 

Prezidentli Prezident 



 

X: Ölkədə hərbi xidmət məcburidir. 

O: Ölkədə hərbi xidmət məcburi deyil. 

 

Mənbə: DCAF/NATO PA tədqiqatı 2002 



 

2-ci Cədvəl,secilmiş nümunə dövlətlərin ümumi xüsusiyyətlərini göstərir. Buraya 

altı prezidentli sistem olan demokratik ölkələr( Fransa, Almaniya, Polşa,Rumıniya və 

ABŞ) və alti parlamentli demokratik ölkələr(Kanada, Çex Respublikası,Macarıstan, 

Makedoniya,Niderlandiya və Türkiyə) daxildir. Üç parlamentli monarxiya analiz edil-

mişdir (Danimarka, İspaniya və İsveç). Amma,Danimarka və İsveçdə monarx rəmzi rol 

oynayir. O səbəbdən, ordunun baş komandanı kimi konstitusyon monarx yox,parla-

ment müəyyən edilir. İsveçrə plebisitli parlament sistemi kimi təsvir edilir, o baxımdan 

ki, parlament nəzarəti geniş şəkildə referendum vasitəsilə təmin edilir. 



 

111


Siyasi sistemə  gəldikdə isə, müqayisə  nəticəsində aydınlaşır ki,prezident sistemli 

demokratik ölkələrdə silahlı qüvvələrin komandanı prezidentdir,parlamentli sistemlər-

də isə komandanlıq daha çox kabinet üzvləri ilə  sıxlaşmışdır( məsələn, baş nazir və 

müdafiə naziri), və ya Şərqi Avropa ölkələrində olduğu kimi- “yeni” demokratik parla-

mentli ölkələrdə, ali baş komandan və dövlətin başçısı vəzifəsini prezident tutur, məsə-

lən, Çex Respublikasında, Macarıstanda və Makedoniyda olduğu kimi. 

Prezidentə  məxsus hakimiyyətə baxmayaraq,müdafiə siyasətinə  gəldikdə,prezident 

sistemləri mütləq olaraq zəif parlamentli olmurlar.Hakimiyyətin bölünməsi sisteminə gö-

rə, Amerika Konqresi prezidentlə üz-üzə güclü mövqeyə malikdir.Müxaılifət, nümayən-

dələr palatasında və ya senatda çoxluq təşkil edərsə bu belə olur, o zaman onlar köklü də-

rəcədə prezidentin siyasətinə mane ola bilirlər. Əlavə olaraq,  Fransa prezidenti müdafiə 

və təhlükəsizlik məsələlərində ənənəvi olaraq geniş səlahiyyətlərə malikdir, amma, o, o 

zaman güclüdür ki, onun partiyası hakimiyyətdədir. Hakimiyyətdə olmasa, parlament 

prezidentin səlahiyyətlərini məhdudlaşdıra bilər. Son 26 ildə azlıq höküməti olmasına 

rəğmən  İsveçdə parlament daha güclu mövqeye malikdir. Azlıq hökümətləri, təbiətinə 

görə, parlamentdə qanunvericilərin hökmranlığında olduğundan,icra orqanının parlamen-

tdə hökmranlıq etməsi gözlənilən deyil

96

. Prezidentlik sistemlərində dövlət başçısının 



mövqeyini möhkəmləndirən başqa bir özəllik prezidentin Ali Baş Komandan olması-

dır.Bu Fransada, Amerika Birləşmiş Ştatlarında  və Polşada belədir. Xüsusilə,başqa ölkə-

lərin əksinə olaraq İsveçrədə dinc dövrdə Ali Baş Komandan yoxdur

97

. İsveçrə hərbi baş 



komandanı geniş şəkildə çağırışçı səfərbərliyi olduğu zaman parlament tərəfindən seçilir. 

Müharibə dövründə,bu seçilmiş generala daha geniş səlahiyyətlər verilir

98

. Lakin, İsveçrə 



Konstitusiyasının 16-cı maddəsi hər hansı mərkəzi hakimiyyətə nizamlı( peşəkar) ordu ( 

federal səviyyədə) saxlamağı qadağan edir, eyni zamanda kantonlara icazə verir (300 nə-

fərə qədər polis işləri üçün). Konstitusiyanın 19- cu maddəsi federal ordunun “kantonla-

rın hərbi qüvvələrindən təşkil olunduğunu” şərtləndirir. Ona görə də, hər bir kantonun na-

ziri və müdafiə nazirliyi vardır

99

.   Əlavə olaraq, İsveçrədə referendum icra və qanunveri-



ci orqanların rollarına təsir edir və onları məhdudlaşdırır

100


                                                            

96

 A. Lijphart, Patterns of Democracy: Government Forms and Performance in 36 



Countries, Yale University Press, 1999, p. 136. 

97

 Əlavə olaraq, İsveçrədə dövlət başçısı və ya baş nazir yoxdur, lakin hər il dəyişən rəmzi 



prezidenti vardır. 

98

 K. Haltiner, Civil-Military Relations: Separation or Concordance? The Case of 



Switzerland, paper presented at the conference on ‘Redefining Society-Military Relations 

from Vancouver to Vladivostok’, University of Birmingham, UK, 1999, pp. 4-5. 

99

 K. Haltiner. op. cit. p. 4. 



100

 Referendum  qırıcı təyyarələrin alınması ilə F/A 18 (1993),  isveçrənin nüvə silahı ilə 

silahlanmasına qarşı, ordunun ləğv edilməsi ilə(1993), sülhməramlıların silah daşımasına 

icazə verilməsi ilə (2001) və s. ilə bağlı olmuşdur. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə