1.Şərabçılıq bir elm kimi. Dünyada şərabçılığın tarixi



Yüklə 1,05 Mb.
səhifə4/5
tarix13.01.2023
ölçüsü1,05 Mb.
#98563
1   2   3   4   5
ixtsasa giris cavablar - Kopya

Gəncə-Qazax bölgəsi.
Bu bölgənin iqlimi mülayim isti-quru və mülayim isti-yarımquru olub, yayı isti, qışı mülayim keçir. Orta illik temperatur 12,1-13,2°C-dir. Aran yarımzonasında (dəniz səviyyəsindən 69-450 m hündürlükdə) aktiv temperaturun miqdarı 3860-4167°C-dir. Yağmurların miqdarı 282-451mm-ə qədərdir. Dağətəyi və orta dağ yarımzonasında (dəniz səviyyəsindən 600- 1200 m hündürlükdə) orta illik temperatur 10,3-11,8°C, aktiv temperaturun miqdarı 3200-3700°C-dir. Yağmurların miqdarı 346- 525 mm-dir. Zonanın açıq-şabalıdı, şabalıdı və çəmən torpaqlarında, bütün meyvə-giləmeyvə və birillik bitkilər becərilir. Xüsusilə üzümçülükdən yüksək gəlir götürülür. Qışı mülayim keçən bu bölgədə yüngül və ağır sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün lazımi şərait vardır. Gəncə-Qazax üzümçülük və şərabçılığın bütün dövrlərdə inkişaf etdirildiyi bölgələrdən biridir. Azərbaycanın ən məhsuldar texniki üzüm sortu olan Bayanşirə və qiymətli süfrə istiqamətli üzüm sortu olan Təbrizi bölgənin ən qədim aborigen üzüm sortlarındandırlar. Həmçinin bu bölgədə aborigen üzüm sortlarından Gəncə qızıl üzümü, Gəncə qara keçiməməsi, Tatlı və Şal üzümü də geniş əkilibbecərilir. Bu bölgə həm süfrə, həm də texniki üzümçülüyün inkişaf etdirilməsi üçün perspektivlidir.
Şərq Ulduzu ATSC. “Şərq Ulduzu” ATSC 2002-ci ildə yaradılmışdır. Müstəqillikdən sonra bu sahə üzrə ölkədə həyata keçirilən ən iri layihələrdəndir. Üzümlükləri 120 ha olub, 200 hektara çatdırılması planlaşdırılır. Zavodun istehsal gücü 2 min ton üzüm emalınadır. Üzüm sortları – Merlo, Şardone, Saperavi, Rkasiteli, Bayanşirə, Kaberne Sovinyon, Şirazdır. Zavod, Bakı – Qazax yolunun 388-ci kilometirliyində yerləşir (şəkil1.6). Üzümlüklərin salınması,şərab zavodunun layihələndirilməsi, qurulması və işə salınmasında məşhur Avropa şirkətləri olan Padovan, Defranceski, Bucher Vaslin, G. Wein, Maselli və b. iştirak etmişlər.
Üzümün emalı 2 ədəd Vaslin- Bucher presində (saatda 40 ton məhsuldarlıqla) aparılır. Alman layihəsi ilə zavodda tutumu 14-dən 37 tonadək olan 63 rezervar qurulmuşdur. Şərabın doldurulması GAI firmasının (İtaliya) məhsuldarlığı saatda – 3 min butulka olan doldurma xəttində, filtrasiya Padovan (İtaliya) firmasının istehsalı olan filtrlərdə aparılır.
Zavodda Şardone, Bayanşirə, Merlot, Rkasiteli, Saperavi, Kabarne Sovinyon və Şiraz adlı şərablar alındığı sortların adı ilə buraxılır.
Avadanlıqlar arasında Fransa istehsalı olan vakuum preslər mühüm yer tutur. İstifadə olunan avadanlıqlar üzümün qabığını və toxumunu əzmədiyindən şərabın dadının dəyişmə ehtimalı olmur. Qıcqırma avtomat idarə olunan sistemdə həyata keçirilir. Şərabın saxlanma temperaturuna nəzarət edilir. Mənfi 14-180C-yə yaxın soyutma rejimi tətbiq olunma imkanı vardır. Bütün istehsal prosesləri kompüterdən idarə olunur. Dəyərli şərablar palıd çəlləklərdən istifadə edilməklə saxlanır.
Əldə olunan uğurlara görə müəssisəyə (İSO: 22000: 2005) Beynəlxalq sertifikat verilmişdir. Zavodda konyak spirti çəkən sex işə salınmışdır. Almaniya istehsalı olan bu qurğuda gündə 700 l konyak spirti alınır. Zavodun məhsulları Beynəlxalq səviyyəli sərgi və müsabiqələrdə dəfələrlə ən yüksək mükafatlara layiq görülmüşdür.
11. Üzümün keyfiyyətini təmin edən amillər
Üzüm bitkisinin məhsuldarlığının artırılması istiqamətində atılan addımlardan biri də gübrələrin tətbiqidir. Gübrələr torpağı üzüm bitkisinin lazım olduğu qida maddələri ilə təmin edir. Üzümün qidalanması bir çox amillərdən- torpağa verilən gübrələrdən, torpaqda gedən mikrobioloji proseslərdən, istilik və rütubət balansından, sortun xüsusiyyətindən, tətbiq olunan aqrotexnikanın səviyyəsindən və sairədən asılıdır. Məhsulun formalaşması dövrlərində qidalanmanın böyük əhəmiyyəti vardır. Çiçəkləmə dövründə və bütün yay ərzində tənəyin digər qida maddələri ilə yanaşı maksimum dərəcədə fosfor qidasına, yayın axırında isə kaliuma ehtiyacı olur. Mineral torpağın gübrələmə dövründən və suvarılmadan asılı olaraq payızda ) yaxud yazın əvvəllərində verilir.
Tənəklərdə tumurcuqların şişməsi yeni zoğların əmələ gəlməsi ilə əlaqadar qida maddələrinə (azot, fosfor, kalium və mikroelemetlərə) bu dövrdə böyük ehtiyac duyulur.. Çiçəkləmədən əvvəl, çiçəkləmə və gilələrin formalaşması dövründə də üzümün qida maddələrinə olan tələbatı böyükdür. Çiçəkləmədən əvvəl və sonra bir sıra məqamlar gözlənilməlidir. Bu vaxtı gübrələrin maye halda istifadəsi daha məqsədəuyğundur. Bunun üçün gübrələr suda həll edilərək şırımla, yeraltı suvarma, damcı suvarması və s. ilə kökdən yemləmə həyata keçirilə bilər. Yaxşı olardı ki, bu zaman gübrələmə çiçəkləmənin başlanmasından 10-15 gün qabaq aparılsın. Bu vaxt azot birləşməsi çox olan gübrələrdən istifadə etmək məqsədəuyğundur. Həmçinin azot, fosfor və kalium gübrələri birlikdə verilə bilər

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə