1.Şərabçılıq bir elm kimi. Dünyada şərabçılığın tarixi


ÜZÜM KİFAYƏT QƏDƏR QİDALANMASA NƏ BAŞ VERƏR?



Yüklə 1,05 Mb.
səhifə5/5
tarix13.01.2023
ölçüsü1,05 Mb.
#98563
1   2   3   4   5
ixtsasa giris cavablar - Kopya

ÜZÜM KİFAYƏT QƏDƏR QİDALANMASA NƏ BAŞ VERƏR?
Əgər üzüm böyümə prosesi zamanı torpaqdan kifayət qədər qida almırsa, bu aşağıdakı siqnalları verir:
ÜZÜMDƏ KALİUM (K) ÇATIŞMAZLIĞI:
Kalium bitkinin keyfiyyətini təşkil edən proseslərin tamamlanmasında mühüm rol oynayır. Üzümdəki kalium çatışmazlığı yarpaqlarda özünü göstərir və tünd qırmızı rəngə çevrilib aşağı əyilməsinə səbəb olur. Bitkidə kaliumun azlığı , böyümənin ləngiməsi, aşağı məhsuldarlıq və yarpaq çatışmazlığı kimi əlamətlərdə özünün göstərəcəkdir.
ÜZÜMDƏ MAQNEZİUM (MG) ÇATIŞMAZLIĞI:
Maqnezium bitkilərə yaşıl rəng verən və günəş işığını fotosintez yolu ilə enerjiyə çevirmək üçün istifadə olunan əsas maddələrdən biridir. Maqnezium çatışmazlığı bitkilərin həyatda qalması üçün lazım olan fotosintez prosesini ləngidir. Maqnezium çatışmazlığı yarpaqların saralması ilə özünü göstərir. Bitki böyüməsi və canlılığı üçün əhəmiyyətli bir qida olan maqnezium bitki tərəfindən kifayət qədər qəbul edilmədikdə məhsulun qurumasına və büzülməsinə səbəb olur.
ÜZÜMDƏ FOSFOR (P) ÇATIŞMAZLIĞI:
Fosfor qida maddələrinin daşınması və bitkilərdə enerji istehsalı üçün lazımdır. Fosfor çatışmazlığı yarpaqların tünd yaşıl və loblar boyunca qırmızı nöqtələr halına gəlməsi ilə nəticələnir. Üzümdəki fosfor çatışmazlığı toxumun məhsuldarlığını və meyvəsini xeyli azaldır ki, bu da səmərəsizliyə səbəb
12. Üzümün yetişməsi və bu zaman baş verən proseslər.
13. Gəncə Qazax bölgəsində becərilən üzüm sortları.
Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyada tələblərə cavab verən yeni hibrid formalarının yaradılması, qiymətləndirilməsi, perspektiv süfrə, kişmişi, texniki istiqamətli hibrid formaların seçilməsi və təsərrüfat əhəmiyyətli əlamətlər üzrə yaxşılaşdırılması işləri davam etdirilir. Stansiya əməkdaşları tərəfindən üzümçülük və şərabçılığın ixtisaslaşma xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə müxtəlif aqroekoloji şəraitdə yerli, introduksiya olunmuş üzüm sortlarının kəmiyyət və keyfiyyət parametrlərinin, texnoloji istifadə istiqamətlərinin tədqiq edilməsi istiqamətində tədqiqat işləri aparır.
Son vaxtlar stansiyanın seleksiyaçıları tərəfindən 250-dən çox azyayılmış və naməlum yerli üzüm sortları aşkar edilib öyrənilmiş, onların kolleksiyası salınmış, 40-dan artıq müxtəlif istiqamətli seleksiya hibrid formaları yaradılmışdır. 50-yə yaxın Amerika calaqaltıları öyrənilmiş, bunlardan 6-sının Gəncə-Qazax zonasına uyğun gəldiyi müəyyənləşdirilmişdir. Stansiyanın təcrübə sahəsində yeni əldə edilən “Azəri”, “Göygöl”, “Bəhrəli”, “Kəpəz” sortları dövlət reysterinə daxil edilərək rayonlaşdırılmış, “Şirəli”, “Gəncəvi” və “Emin” adı verilən yeni hibrid sortları isə sınağa təqdim olunmuşdur.
Aparılan bu tədqiqatlara beynəlxalq elmi mərkəzlər tərəfindən xüsusi əhəmiyyət verilib. Mərkəzi İspaniyanın paytaxtı Madriddə yerləşən “Ticarət liderləri klubu” təşkilatı Gəncə Üzümçülük və Şərabçılıq Stansiyasını “Beynəlxalq” prizə layiq görmüş, Meksikanın Qvadalaxara şəhərində keçirilmiş sərgidə isə “Almaz Ulduz” mükafatı təqdim olunmuşdur.
Eyni zamanda, stansiya əməkdaşları tərəfindən Gəncə-Qazax bölgəsində fəaliyyət göstərən fermerlərə aqronom xidmətləri göstərilir və maarifləndirmə işləri karantin günlərində fasiləsiz olaraq həyata keçirilir. Üzümçülük və şərabçılıqla məşğul olan fermer təsərrüfatlarına, özəl şirkətlərə bağların salınması, sortların düzgün seçilməsi, alaq otları, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, aqrotexniki tədbirlərin elmi əsaslarla tətbiq edilməsi istiqamətində lazımi məsləhətlər verilir. Atılan bu addımlar bölgədəki təsərrüfatlarda yüksək məhsuldarlığın əldə olunmasında öz tövhəsini verməkdədir. Hazırda stansiyada nadir, qiymətli yerli üzüm sorlarının (“Xindoqni”, “Bayanşirə”, “Təbrizi” və s.) və yeni hibrid formalarının (“Emin”, “Elmin”, “Kəpəz”, “Göygöl”, “Gəncəvi”, “Şirəli”, “Azəri” və s.) qorunub saxlanılması, səmərəli istifadəsi, becərilmə texnologiyası barədə tədqiqat işləri davam etdirilir. Stansiyada adları çəkilən üzüm sorlarından ibarət 1 hektar sahədə tinglik salınmış və 56 min ədəd bioloji baxımdan sortaməxsus çubuqlar əkilmişdir. Bu sortlardan əldə olunacaq tinglər gələcəkdə fermerlərə tövsiyə ediləcək və onlardan filloksera xəstəliyinə davamlı calaq-üzüm tinglərinin yetişdirilməsində istifadə ediləcək.

14. Ölkəmizin bölgələr üzrə torpaq iqlim şəraitinin səciyyəsi.


Azərbaycann torpaq örtüyünün əmələ gəlməsində refyef və iqlim mühüm rol oynayır. Bu amillərin təsiri nəticəsində respublika ərazisində torpaqlar əsasən şaquli qurşaqlar üzrə yerləşir. Ölkədə torpaqların 25 tipi, 60 yarımtip formaları mövcuddur.

Respublikada şabalıdı torpaqlar (boz-qəhvəyi) 400-800 m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlarda humusun miqdarı 2,5-3,5%-dir. Böyük və Kiçik Qafqaz dağlarında, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində, Acınohur va Ceyrançol alçaq dağlıq zonalarında bu torpaqlar 600 m-ə qədər, Naxçıvanda isə 1000 m-dən də yuxarı qalxır. Aşağıdan yuxarı getdikcə açıq şabalıdı, şabalıdı və tünd şabalıdı torpaqlar bir-birini əvəz edir. Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində açıq şabalıdı torpaqlar, Acınohurda tünd şabalıdı torpaqlar üstünlük təşkil edir.

Dağlarda 700-2000 m yüksəklikdə dağ-meşə torpaqları əmələ gəlmişdir. Aşağı zonalarda, nisbətən quraq ərazilərdə qəhvəyi dağ-meşə torpaqları yayılır. Seyrək meşələr və kolluqlar bitən bu torpaqlarda humusun miqdarı 5-7%-dir. Yuxarı hissələrdə qonur dağ-meşə torpaqlarına rast gəlinir. Fıstıq və vələş meşələri sahəsində humus 5-6%-ə çatır. Lənkəran vilayətində yağıntıların çox olması ilə əlaqədar qonur dağ-meşə torpaqları geniş sahə tutur. Naxçıvanda isə quraq iqlim olduğuna görə bu torpaq tipi yoxdur.

Azərbaycanda Böyük Qafqazın cənub-şərqində, Qarabağ və Murovdağ silsilələrinin şimalında dağ-qara torpaqları yerləşir. Bu torpaqlarda humus 6-6,5%-dir. Talış dağlarının aşağı hissələrində və Lənkəran ovalığında sarı və qırmızı torpaqlar vardır. Humusu 8-12% olan bu torpaqlarda dəmir-oksidin miqdarı çoxdur.

Alazan-Əyriçay vadisi, Samur-Dəvəçi ovalığı və Şollar düzü çəmən-meşə torpaqları ilə örtülüdür. Talış dağlarının şimal ətəklərində allüvial-çəmən torpaqlar, Qızılağac körfəzinin sahillərində, Kür çayı və Baş Şirvan kollektoru boyu bataqlıq-çəmən torpaqları əmələ gəlmişdir. 

Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra iqlimi şəraitində (4500 m-dən yüksəklikdə) dağ-çəmən torflu torpaqlar formalaşır. Sıra dağların suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahəni tutur. Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq-sarı, əksər hallarda skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır. Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı yüksək olur.

Azərbaycanda torpaq örtüyünün müxtəlif olmasına əsas səbəb relyef və iqlim şəraitinin müxtəlifliyidir. Hümusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər münbit olar. Ən çox hümus qara torpaqdadır (10-12%). Qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, şabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-dır. Azərbaycanın rütubətlənmə əmsalı vahiddən çox olan ərazilərində - qonur və qəhvəyi dağ-meşə, dağ-çəmən, sarı, qara və tünd şabalıdı kimi münbit torpaqlar yayılıb. Dağlıq ərazilərdə yayılan bu torpaqlarda dəmyə əkinçiliyi geniş yayılıb. Quraq ərazilərdə yayılan boz, boz-qonur, boz-çəmən, şoran, açıq şabalıdı torpaqlar daha az münbitliyə malikdir. Düzənliklərdə yayılmış bu torpaqlarda suvarma əkinçiliyi inkişaf edib. Azərbaycanda hündürlük qurşağına görə torpaqlar aşağıdakı kimi formalaşıb:



1. Yarımsəhra və quru-çöl iqlimə malik Azərbaycan düzənliklərində (Lənkəran ovalığından başqa) boz, boz-qonur, boz-çəmən torpaqlar geniş yayılıb. Suvarma şəraitində pambıq, taxıl və bol meyvə yetişdirilir. Qış otlağı kimi istifadə olunur

Şoran torpaqlar Kür-Araz ovalığında, Abşeronda, Şərur və Ordubad düzənliklərində tala şəklində yayılıb. Buna səbəb suvarılmanın düzgün aparılmaması, suvarma kanallarının əksəriyyətinin dibinin betonlaşdırılmaması, qrunt sularının səthə yaxın olmasıdır. Meliorativ tədbirlər - yəni torpaqların yuyulması və kollektor-drenaj şəbəkəsi çəkməklə şoranlığı aradan qaldırmaq olar. 



2. 800 m-ə qədər dağətəyi və alçaq dağ çöllərində şabalıdı torpaqlar yayılıb. Iqlim qismən rütubətli olduğundan Böyük və Kiçik Qafqazın dağ ətəyində, Acınohurda – tünd şabalıdı; Gəncə-Qazax və Mil-Qarabağ düzlərində isə iqlim quraq olduğundan – açıq şabalıdı torpaqlar geniş yayılıb. Bu torpaqlarda dəmyə şəraitində üzüm, taxıl, günəbaxan, kartof və tərəvəz becərilir.

3. 700-2000 m arasında mülayim-isti iqlimə malik dağlıq ərazilərdə dağ-meşə torpaqları yayılıb. Sarı, qara, qonur və qəhvəyi rəngli növlərə ayrılır. Çürüntü ilə zəngin rütubətli meşələr altında- qonur; iqlimi nisbətən quraq keçən meşələr altında isə - qəhvəyi torpaqlar inkişaf edib. Sarı torpaqlar rütubətli subtropik iqlimə malik Talış dağları və Lənkəran ovalığında yaranıb. Tərkibində dəmir çox olduğundan torpaq qırmızı və sarı rəngə çalır. Çay, limon, feyxoa, tərəvəz və tütün becərilir. Dağ qara torpaqlar yüksək məhsuldar olub Şamaxı, Ismayıllı və Gədəbəy rayonlarında yayılıb. Dəmyə şəraitində taxıl, kartof, günəbaxan, üzüm yetişdirilir.

15.Üzüm ailəsinin təsnifatı


16. Vitis cinsinin mədəni növlərinin bioloji xüsusiyyətləri və təsərrüfat xarakterizəsi.
17. Üzüm bitkisinin quruluşu və onun həyatı.
18. Temperaturun üzüm bitkisinə təsiri
19. Üzüm bitkisinin seleksiyası
20. Şirvan bölgəsinin əsas istehsal sahələri
Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə